İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Ramiz Yediyarov vəzifədən alınır |


Son dəqiqə

SOSİAL > Ramiz Yediyarov vəzifədən alınır

Ramiz Yediyarov vəzifədən alınır
Tarix : 20 Avqust 2014 15:57
İcra başçısı Gədəbəydən sakitcə getmək istəyir
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyətindən yuxarı instansiyalara olunan çoxsaylı şikayətlər nəhayət ki, bir nəticə doğurmaq üzrədir. Məlumatlı mənbələr bildirirlər ki, Gədəbəyin icra başçısının tutduğu vəzifədən alınma ehtimalı bu gün ən yüksək həddə çatıb. Bununla paralel olaraq isə rayondan aldığımız digər məlumatlarda Ramiz Yediyarovun özünün yaranmış vəziyyətə münasibətinə dair maraqlı açıqlamalar təqdim olunur. Bu xüsusda bildirilir ki, yaxın ətrafının əhatəsində apardığı söhbətlərdə, R.Yediyarov bu yaxınlarda ya Şəmkir rayonuna, ya da Bakının Nəsimi rayonuna başçı vəzifəsinə yeni təyinat alacağını iddia edir. Əslində bu gün gədəbəylilər üçün bu məmurun işdən çıxarılması ilə istənilən digər rayona başçı təyin olunması arasında elə bir prinsipial fərq yoxdur. Əsas odur ki, R.Yediyarov bu rayondan getsin. Bəziləri isə hətta deyirlər ki, rayon ayaq açıb yeriyə bilsəydi, özü baş götürüb bu başçıdan qaçardı. İnsaf xatirinə demək lazımdır ki, sakinlərin belə deməyə hər cür əsasları var. Gədəbəyə rəhbərlik etdiyi iki il ərzində, R.Yediyarovun bu rayonda tənəzzülə uğratmadığı bir sahə, ziyan vurmadığı bir sakin qalmadı. Bu gün ölkə prezidenti cənab İlham Əliyev Gədəbəy rayonunda quruculuq-abadlıq işlərinin görülməsi, əhalinin sosial rifahının yüksəldilməsi və işsizlik probleminin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi halda, yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin ağırlaşmasına yol açır. Məhz Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləndən sonra yerli əhalini narahat edən problemlərin sayı sürətlə artmağa başlayıb. Bu xüsusda rayondan gələn məlumatlarda bildirilir: “Ramiz Yediyarova qədər işlər qaydasında gedirdi. Elə ki, başçımız dəyişdi, günümüz qaraldı. Pay torpaqları və örüş sahələri satışa çıxarıldı. Buna etiraz əlaməti olaraq icra hakimiyyətinin nümayəndələrinə şikayətimizi bildirsək də, bizə qulaq asan yoxdur. Gədəbəy sanki bir qrup məmurun arasında bölüşdürülüb. Hara müraciət ediriksə, nəticəsi olmur. Rayonda sosial durum yaxşı deyil. Yerli məmurlar əhaliyə zülm verir…” Artıq ötən yazılarımızda da biz qeyd etmişdik ki, daxil olan məlumatlarda ən çox narazılıq doğuran məqamlardan biri kmi Gədəbəydə kənd təsərrüfatı məhsulları istehlakçılarına qarşı yol verilən özbaşınalıqlar və hüquq pozuntularıgöstərilir. Bu barədə redaksiyamıza müraciət edən yerli sakinlər deyirlər ki, Ramiz Yediyarov vətəndaşları adam yerinə qoymur. Belə ki, başçı indi də camaatın yeganə dolanışıq yeri olan əkin-biçinə şərik olub. Əgər belə olmasaydı Ramiz Yediyarovun adamları kəndlilər məhsulu tarladan yığmamış onların başlarının üstünü kəsdirməzdilər. Nədi-nədi, hektara görə 80 manat pul veriblər. Bunu bəhanə edən Yediyarov tələb edir ki, kəndlilər öz məhsullarını məhz onun adamlarına satmalıdırlar. Bakıya malı aparmağa maneələr yaradıldığından istehsalçılar məcburdurlar ki, Bakıdakı qiymətlərdən 20 dəfə aşağı qiymətə Yediyarovun adamlarına öz məhsulunu satsınlar. Diqqətəlayiq haldır ki, öz əməllərinin nəticəsini müşahidə edən Ramiz Yediyarov, yaxın vaxtlarda tutduğu vəzifədən getmə ehtimalının son dərəcə yüksək olduğunu nəzərə alaraq həyata keçirdiyi pul yığımlarının həcmini və dinamikasını artırmışdır. Onun bu əməllərindən ən çox əziyyət çəkən təbəqə isə rayonda fəaliyyət göstərən, daha doğrusu fəaliyət göstərmək istəyən iş adamlarıdır. Başçının yerli sahibkarlara qarşı hər zaman nümayiş etdirdiyi qərəzli mövqeyi bu gün də rayon iqtisadiyyatının inkişafını əngəlləyir. Ramiz Yediyarovun ən böyük özbaşınalıqları da məhz yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların haqsız yerə incidilməsi ilə bağlıdır. Ramiz Yediyarov bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta prezidentin tapşırıqlarının əksinə addımlar atır. Həm də Gədəbəydə bu siyasi kursa əməl olunmamaqla insanların qanunlarımıza, dövlətə və dövlətçiliyimizə olan inamına zərbələr vurulmaqdadır. Bu inamsızlığın bir təzahürü də ölkə prezidentinin sərəncamına əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə 6,7 milyon manatın Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılmasına münasibətdə özünü göstərib. Məsələ bundadır ki, gədəbəylilər ayrılan bu məbləğin də təyinatı üzrə sərf olunmayacağından çox narahatdırlar. Buna səbəb isə Ramiz Yediyarovun dövlət başçısı tərəfindən keçən il Gədəbəy rayonuna ilkin olaraq ayrılmış 4 milyon manat vəsaitin heç də təyinatı üzrə xərclənməməsidir. Bu barədə aldığımız məlumatda göstərilir ki, icra başçısı dövlət büdcəsindən və rayon daxili büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri guya ki, abadlıq, təmir tikinti işlərinə “sərf edərək” vəsaitlərin bir hissəsinin mənimsənilməsinə şərait yaradır. Bildirilir ki, təkcə keçən il Gədəbəy rayonunda 9 səhiyyə, 28 mədəniyyət  obyekti, 2 kənd məktəbi cari, 2 kənd orta məktəbi isə “əsaslı təmir” edilib. 39 obyektin cari təmiri üçün  xərclənən 2 milyon manat vəsaitin isə çox hissəsi məsul şəxslər tərəfindən mənimsənilib. Bu məqsədlər üçün Ramiz Yediyarov əvvəllər ciddi maliyyə pozuntularına yol verdiklərinə görə müxtəlif vəzifələrdən azad edilmiş şəxsləri öz ətrafına toplayıb. Bu məmurlar isə əvvəllər öz “xeyirlərinə” törətdikləri korrupsiya əməllərini, maliyyə maxinasiyalarını indi sırf başçının göstərişi ilə və onun nəzarəti altında həyata keçirirlər. Təbii ki, əldə olunan bütün gəlir də məhz başçıya çatır. Həmçinin məlumatlarda qeyd olunur ki, Ramiz Yediyarov artıq bir müddətdir ki, dövlətə məxsus ehtiyat torpaq fonduna aid olan ərazilərin də istismarına başlayıb. Belə ərazilərdən biri kimi rayonun Göyyurd kəndi yaxınlığında yerləşən torpaqlar göstərilir. RİH başçısı bu ərazidə yerləşən daş karxanasını qeyri-qanuni  və qeyri-rəsmi olaraq icarəyə verib. Halbuki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan bu ərazidə bu qəbildən olan işlərin aparılması qadağan olunub. Lakin bu qadağa təbii ki, R.Yediyarova və onun biznes tərəfdaşlarına sirayət etmək üçün yetərli gücə malik deyil. Göründüyü kimi Ramiz Yediyarovun Gədəbəydə şəriksiz hakimlik iddiaları həm də onun digər təsisatların balansında olan torpaq sahələrinə əl qoymasında özünü göstərir.Hələlik isə Ramiz Yediyarov Gədəbəyin kəndlərində yerli sakinlərlə “sakitləşdirici” görüşlər keçirməkdədir. Bəlli olan budur ki, istənilən halda rayondan gedəcəyini başa düşən R.Yediyarov ən azından bu prosesin maksimum “ağrısız” keçməsini təmin etmək istəyir. Mənbələr bildirirlər ki, hətta belə görüşlərin birində ona ünvanlanmış – “Niyə bütün respublikada yeganə olaraq bizim rayonda nə Heydər Əliyev mərkəzi, nə Heydər Əliyev muzeyi, nə də Bayraq meydanı yoxdur?” sualına da Ramiz Yediyarov adəti üzrə kobudluqla cavab verə bilməmişdir. Bəlkə də başqa vaxt olsaydı, RİH başçısı bu sualı verməyə cürət etmiş vətəndaşı elə oradaca təhqir edər və hətta ona əl də qaldırardı. Lakin indi o məqam deyil. Necə deyərlər, görünür Ramiz Yediyarov Gədəbəydən sakitcə getmək istəyir…

Bizimdovr.az

loading...
39.250 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Xəbərdarlıq: Yollar buz bağlayacaq
Deputatlarımız Maliyə gedir - Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
Alman kəşfiyyatının Türkiyə narahatlığı
Tramp və nüvə çemodanı: “qırmızı düymə” necə basılır...
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi - FOTO
“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş
Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını
Sabahın hava proqnozu açıqlandı
20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı
20 Yanvar faciəsi Los-Ancelesdə - Foto
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
Əsəddən Astana sammitinə reaksiya
ABŞ İŞİD-in 2 düşərgəsini məhv etdi
Gülənin yaxınına tarixi cəza - 319 il
Bakıda kirayə mənzillər bahalaşdı
Bu dövlət rüsumlarının məbləği azaldılır
Uçuş təhlükəsizliyi ilə bağlı proqram hazırlanır
Afrika İttifaqı bu islam ölkəsinə hücuma hazırlaşır
Rusiyada hakimiyyətdən narazılıq artır - Sorğu
Bu universitetlər də bağlanacaq - Adlar
Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Kəndimizin son günü (16-cı yazı)
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com