İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Restoranlar toy sahibinə necə “toy tuturlar”? |


Son dəqiqə

SOSİAL > Restoranlar toy sahibinə necə “toy tuturlar”?

Restoranlar toy sahibinə necə “toy tuturlar”?
Tarix : 14 Avqust 2014 16:28

Ailə qurmağa hazırlaşan əməkdaşımız şadlıq evlərində heyrətamiz mənzərə ilə üzləşib

Administrator: «Əgər fotoqraf xidmətindən imtina edirsinizsə, buna görə restorana 700 manat ödəməlisniz»

Bəlkə də dünyanın heç bir ölkəsində toy etmək Azərbaycandakı kimi çətin deyil. Əgər toy etmək qərarına gəlmisənsə, sən bu prosesin əsəb və stressini əvvəldən nəzərə almalısan. Bakıda toy etmək üçün normal açıq məkan tapmaq çətindir. Belə məkanların sayı həm azdır, həm də burada toy etmək risklidir. Çünki bizdə şadlıq sarayı ilə 3-4 ay öncədən danışıb, yer bron etməlisən. Bakı küləklər şəhəri olduğundan sən 3-4 ay sonra toy günündə külək olub-olmayacağını bilə bilmirsən. Deməli, açıq havada toy etmək risklidir. Biz də bu səbəbdən açıq havada toy etmək qərarımızdan vaz geçdik. Keçdik qapalı məkanları axtarmağa. Çox yer gəzmədik. Büdcəmizə uyğun bir neçə şadlıq sarayı seçdik və bir-bir həmin məkanlara baş çəkdik.

Müştəri məmnuniyyəti…

Böyük şərtlərimiz yox idi. Tək şərtimiz şadlıq evinin fotoqraf və kamera çəkilişindən imtina etmək idi. Bunun da səbəbləri var. Qohum-əqrəbanın toy ərzində gəlin və bəyin oturduğu yerin arxasına keçib şəkil çəkdirməkdir. Çoxuna gülməli gələ bilər. Hətta bir neçə saniyəlik prosesə niyə bu qədər qarşı olduğumuza görə bizi qınaya da bilərlər. Ancaq özünü gəlinlə bəyin yerinə qoyanda görürsən ki, toya gələn hər qonaqla şəkil çəkdirməyə ayrılacaq 5-10 saniyəni toplasaq bu sənin ən xoş günündə azı 2 saatını ala bilər. Hələ bir dəfə ilə doymayıb bir neçə dəfə şəkil çəkdirmək istəyənləri də nəzərə alın. Kamera məsələsinə gəlincə, toyu başdan sonacan lentə almağı mənasız bildik. Nəzərə almaq lazımdır ki, bu kamera həm də çoxlarının gözünü qorxudur. Toyda istədikləri kimi əylənə, istədiklərini yeyə bilmirlər. Dəfələrlə kompleksli insanları yemək yedikləri yerdə lentə alındıqlarına görə utandıqlarının şahidi olmuşam.

“Fotoqraf istəmirsinizsə 700 manat ödəməli olacaqsınız”

Şadlıq saraylarının əksəriyyəti bizim bu şərtlə razılaşmadı. İlk getdiyimiz restoranın administratoru: “Bilirsiniz bizdə iki fotoqraf işləyir. Onların hər ikisi sarayda olan toydan çəkdiklərindən bizə 350 manat ödəyirlər. Siz fotoqraf istəmirsinizsə, bizə bunun müqabilində 700 manat ödəməlisiniz. Əksinə razı deyilik. Kamera məsələsinə gəlincə, əgər bizim şadlıq evinin kameramanını istəmirsinizsə, toyda əlavə kamera çəkən olmamalıdır. Yəni, toy lentə alınmamalıdır. Bizim şadlıq evinin özünəməxsus qayda-qanunu var. Onlardan kənara çıxa bilmərik”.

Biz ona bu proseslərdə əsas olanın müştəri məmnuniyyəti olduğunu başa salmağa çalışsaq da, administrator şadlıq sarayının məmnuniyyətini daha üstün tutdu.

İkinci restoranın administratorunun reaksiyası da fərqli olmadı. Ancaq bu bir az da irəli gedib toyda telefon və şəxsi fotoaparatlarla çəkiliş aparılmasını da yasaqladı: “Birdən bizim fotoqrafdan imtina etməkdə məqsədiniz toya əlavə fotoqraf gətirmək olar ha. Bax, o zaman bütün anlaşmamız pozular”. Kənardan dinləyən də elə başa düşər ki, sanki administrator özünə toy edir və bizim həmin toya müdaxilə etməyimizə qarşıdır.

“Qonağınız 350 nəfərdən az olacaqsa, bu sizə baha başa gələcək”

Digər bir restoran isə kamera və fotoqrafın olmamasını problem etmədi. Çünki bu restoranın daxili qaydaları bir az fərqli idi. Ancaq bu dəfə də adminitratorun başqa şərtləri oldu: “Bu zal 250-400 nəfər qonağı qəbul edə bilir. Sadəcə, bizim bəzi problemlərimiz olduğundan son vaxtlar 350 nəfər qonaqdan aşağı olanları qəbul etmirik. Etsək belə bu bir az baha olacaq. Görürəm siz bizim qiymətləri bilirsiniz. Ona görə əvvəlcədən xəbərdar edirəm ki, qonağınız az olacağı təqdirdə gərək bir az artıq pul ödəyəsiniz”.

Keçək qiymətlərə…

İlk getdiyimiz restoranın cəmi bir menyusu var idi. Onun da qiyməti 55 manat idi. Administrator yeməkləri tərifləyib bitirə bilmirdi. Biz isə qoyulan şərtlərin müqabilində sayılan yeməklərin adlarını belə eşitmirdik. Bizə verilən menyuda isə “43 adda soyuq yemək, 12 adda isti yeməyin olduğunu görürük”. Avtomatik bir sual çıxır meydana bir nəfər 43 soyuq, 12 isti yeməyi bir gecədə yeyib bitirə bilərmi? Başqa adla desək bir insanın bir oturuma 55 manatlıq yemək yeməsi nə dərəcədə realdır? Bir gecədə 200 adda yemək…

İkinci restoranda 3 cür menyu var idi. Birincisi VİP, ikincisi qızıl, üçüncüsü isə gümüş menyu adlanırdı. Birinci menyunun qiyməti 80, ikincinin qiyməti 70, ən ucuz menyu isə 55 manat idi. Və bu üç menyunun yer aldığı jurnal 43 səhifədən ibarətdir. İçində 200-dən artıq çeşid var. Qiymətə rəqqasə Fatimənin aş gətirməsi və atəşfəşanlıq da daxildir.

Qeyd: Restoranların əksəriyyətində ansambl qoyulan qiymətə daxil edilmir. Kənardan gətirəcəyin ansambılın qiyməti isə 2000-4000 manat arası dəyişir. Toyda əlavə fotoqraf istəyirsənsə, bu sənə minimum 500, maksimum da 2000 manata başa gəlir. (bizimyol.info)

loading...
313 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Planetin məhvinə səbəb ola biləcək – 5 təcrübə
Zelandiyadan 3 milyonluq yardım
“Xalqbank” müavini tutuldu, Çavuşoğludan ABŞ-a - Mesaj
Bakılı oğlandan gözəl ifa - Video
Azərbaycanda
Sabahın hava proqnozu açıqlandı
60 milyardlıq Breksit başladı
İran və Rusiya viza rejimini ləğv etdi
29 Mart - Günün qoroskopu
İdmançılarımızdan Macarıstanda uğurlu start
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
Türkiyədən kürd bayrağına reaksiya: Doğru deyil
Şotlandiyadan müstəqillik yolunda ilk addım
Türkiyə-ABŞ-la razılaşa bilməyəcək - Admiral
Yeni konsepsiyalı ilk kompleks - kitabxana açıldı - Foto
FETÖ-çuların toplantısına belə basqın edildi - Video
Rusiya ilə İran üçüncü ölkələri... - Ruhani
“Aksent”in rəhbəri: “Bakını çox sevirəm”
Ərdoğan Bakı-Tiflis-Qars layihəsinin açılışına qatılacaq
İraqda sünni muxtariyyəti yaradılmayacaq
Bu il ali məktəblərə qəbulun keçid balları açıqlandı
Bakı ilə bağlı bu xəbər dünyanın 158 KİV-ində dərc edildi - Foto
Rusiya: “Orada MDB-dən 10 min terrorçu var”
Fabrikə hücum edən İŞİD-çilər məhv oldu
Əməkdar artist vəfat etdi
Lukaşenkodan erməni səfirə: “Lapşini kimə verməliydik?”
Rusiya İran hərbi bazasından istifadə edə bilər
Bundan sonra bu dillə danışacağıq – Video
“Heç kimə İsraili küsdürməyə izn verməyəcəyik”
Kissincer: “Putin sizinçün Hitler deyil”
ABŞ dövlət katibindən Qarabağ açıqlaması
İnsan beyni ilə kompüter birləşir - Dünyanı dəyişəcək kəşf
Gürcülərin Şengen ölkələrinə vizasız gedişi başladı
Tramp bizi yeni müharibəyə aparır - Senator
Prezident 30 əfv sərəncamı imzaladı
Putin: “Balkanlardan narahatıq”
Mərkəzi Bank yeni məzənnəni açıqladı
28 Mart - Günün qoroskopu
Ən çox qazanan futbolçu və məşqçi kimdir?
Kəndimizin son günü (36-cı yazı)
İstanbul susuz idi, çöp dağları... - Ərdoğan
Uzunömürlülərlə bağlı maraqlı fakt aşkarlandı
Azərbaycan – Almaniya: Kim necə oynadı?
Putinlə Ruhani Trampı müzakirəyə çıxarır?
Matviyenkodan Bakı açıqlaması:
Kreml Rusiyadakı mitinqləri diqqətlə analiz edir
Sevda: “O haqda danışmağa utanıram...”
Bakının bu küçələrində hərəkət dayandırılacaq - 5 gün
İŞİD rus helikopterini vurub? - Açıqlama
Türkiyə Ardasız qaldı
Həkim jurnalistdən rüşvət tələb etdi
Əflatun Amaşov Dzidziquri ilə görüşdü
31 Mart - Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub
Azərbaycanlı qız erməni müəllimi məhv etdi - Polşada
“Rusiya Ukraynanı daxildən parçalamaq istəyir”
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
Ermənistan üç günə 3 hərbçi itirib – Aydəmirov
Saakyan: “20 il sonra Ermənistan olmayacaq”
XİN-dən ermənilərin Şuşa vandalizminə - Reaksiya
Əməkdar artist bazarda maşın satır - Foto
Rusiya ABŞ-a görə BMT TŞ-ni toplayır
Rusiya Mərkəzi Asiyada təlimlərə başladı
Məsud Özil kədərli həyatından danışdı
SSRİ-nin məşhur “Volqa”ları qayıdır
ABŞ-dan etiraf: “Gülən Bin Laden qədər...”
27 Mart - Günün qoroskopu
Koreya hakerləri dünya banklarına hücum etdi
Hakan Şükür “Qalatasaray”dan qovuldu - Son qərar
Kəndimizin son günü (35-ci yazı)
Almanlara məğlub olduq - Video
Azərbaycanın ən uzunömürlü qadını - Foto
Heyrətamiz: Qiyamət gününün əlaməti... - Video
Atambayev rəqiblərini yox edir
Abdullah Öcalanın bacısı öldü
İran ABŞ-ın 15 şirkətini qara siyahıya saldı
Türkiyə PA-dan “Qalatasaray”a FETÖ çağırışı
Dünyanın ən sürətli polis avtomobili seçildi – Video
İran-Suriya dəmiryolu xətti çəkirik – Ruhani
Xəyaldan Almaniyada daha bir parlaq qələbə - Video
Avropada Qarabağ atına abidə qoyuldu - Foto
Rusiyanı kütləvi etiraz dalğası bürüdü: yüzlərlə həbs - Canlı yayım
Azərbaycanda maaşlar belə veriləcək - Apreldən
İrandan 3 milyon miqrant Türkiyəyə keçməyə hazırlaşır
Millimiz və almanlar oyuna hazırdır: məşqlər bitdi - Foto
Rus bazasına hücumun sirri açıldı: Çeçenlər necə öldürülüb - Şok
Azərbaycanlılar almanlara dəstək verəcək – AFFA heyrətdə
Sərkisyanın Qarabağda növbəti Aprel etirafı
Şimali Koreya:
ABŞ:
Güclü tropik qasırğa yaxınlaşır - Debbi
Savçenko canlı efirdə oxudu - Video
Britaniyada partlayış: 34 yaralı
Bakıda şirkət rəhbərini maşın vurdu - Faciə
Əl Qaidə lideri məhv edildi
Saatlar irəli çəkilib? - Çaşqınlıq
ABŞ şirkətləri Yutubdan imtina edir - Səbəb
Sabahın hava proqnozu
Prezident İlham Əliyev iki səfirin etimadnaməsini qəbul edib - Foto
8 yaşlı uşaqdan Medvedyevə:
Kleopatra tiranların başını necə yemişdi: 21 əsrlik sirr açılır - Video
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com