İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Şəmkirin artezian quyuları baxımsız qalıb |


Son dəqiqə

ƏYALƏT > Şəmkirin artezian quyuları baxımsız qalıb

Şəmkirin artezian quyuları baxımsız qalıb
Tarix : 15 Avqust 2014 13:58
Nəriman Verdiyev Subartezian Quyuların İstismarı İdarəsini talan edir
Artıq xəbər verildiyi kimi Prezident İlham Əliyevin sərəncamına əsasən bu il ölkədə daha 250 subartezian quyusunun qazılması üçün dövlət büdcəsindən vəsait ayrılıb. O cümlədən Subartezian quyularının 13-ü də Şəmkir rayonunda qazılacaq.  Məlumat üçün bildirək ki, bu gün Şəmkirdə 41 min 340 hektar əkin sahəsinin 38 min 447 hektarı suvarılandır. Bunlardan 16 min 500 hektar əkin sahəsinə isə məhz subartezian quyularından su verilir.Redaksiyamıza daxil olan məlumatlarda isəŞəmkir rayon Subartezian Quyuların İstismarı İdarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan şikayətlər yer alıb. Sakinlər xüsusilə idarənin rəisi Nəriman Verdiyev tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Mənbələr Nəriman Verdiyevin mətbuata verdiyi məlumatlarda, eləcə də yuxarı instansiyalara təqdim olunan hesabatlarda keçən rəqəmlərin şişirdilmiş olduğunu və reallığı əks etditmədiklərini iddia edirlər. Yeri gəlmişkən qeyd etməliyik ki, Nəriman Verdiyevin mətbuata verdiyiaçıqlamalar ildən-ilə təkrarlanaraq, sadəcə işlərin qaydasında olduğuna dair təəssürat yaradılmasına xidmət edir: “Bu il Şəmkirdə suvarma ilə bağlı heç bir çətinlik yaşanmayacaq. Dövlətin ayırdığı vəsait hesabına hər il bir neçə artezian quyu təmir edilərək istifadəyə verilir. Quyular əsasən ötən əsrin 90-cı illərindən dağılmağa başlayıb. Biz hər il yararsız olan artezian quyularını əsaslı təmir edib istifadəyə veririk. Bu il də rayonda əkin sahələrinin suvarılması problemini həll etmək üçün qurumun nəzdində olan artezian quyulardan bir neçəsi əsaslı təmir edilib…” Yerli mənbələrdən aldığımız məlumatlarda isə xüsusi vurğulanır ki, N.Verdiyev tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının və ən çox da köhnə quyuların əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu işlər çox aşağı səviyyədə görülür. Ayrı-ayrı sakinlərdən aldığımız məlumatlarda Şəmkir rayon Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi hətta bəzi quyuları qanunsuz olaraq fərdi şəxslərə satmaqda, bununla da həmin ərazidə təsərrüfatları yerləşən digər vətəndaşlara külli-miqdarda ziyan vurmaqda ittiham olunur. Belə ərizələrdən birində şikayətçi yazır: “Nəriman Verdiyev bizim də istifadə etdiyimiz quyunu 15 000 manata qiymətləndirərək, bir nəfər vətəndaşa nağd pula satıb. Həmin vətəndaş isə bu quyunun suyunu şəxsi torpaq sahəsinə yönəldib. Dəfələrlə rayonun aidiyyatı təşkilatlarına və Nəriman Verdiyevə müraciət etməyimizə baxmayaraq, şikayətlərimizə əhəmiyyət vermədilər. Əkin sahələrimiz gözümüzün qarşısında tamam yanıb külə döndü. Təsərrüfatımıza ciddi ziyan dəyib. Bu heç kimi narahat etmir. Quyular ayrı-ayrı şəxslərə satıldığından onlar digər sakinlərin sudan istifadəsinə icazə vermirlər…”Aldığımız digər məlumatlarda Nəriman Verdiyevin rəhbərlik etdiyi idarənin ştat cədvəlinə öz qohumlarının adlarını yazdırmaqla burada “ölü canlar” üsulunu tətbiq etməsinə və yaxud da idarənin balansında olan texnika üçün tələb olunandan bir neçə dəfə artıq yanacaq və sürtkü materialları alaraq, sonradan onların bir hissəsini yanacaqdoldurma stansiyaları vasitəsilə satmasına dair açıqlamalara da kifayət qədər rast gəlinir. Lakin bununla belə Şəmkir sakinlərini ən çox narahat edən məsələ suvarma işlərində olan ciddi problemlərlə bağlıdır. Bu problemlərin həlli isə yalnız Nəriman Verdiyevin özbaşınalıqlarının qarşısının alınması ilə təmin oluna bilər.Bizimdovr.az

loading...
845 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
Tarif Şurasından yeni qərar
6 ölkə başçısı Prezident İlham Əliyevi təbrik etdi
İslamiadada bilet satışından nə qədər qazandıq?
Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi
Ayfon-8 həyəcanı - Qiymətlər
Müdafiə nazirləri Tiflisdə görüşdü - Foto
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
Sabahın hava proqnozu açıqlandı
Tramp xərcləri 3,6 trilyon dollar azaldır
23 May - Günün qoroskopu
Melaniya İsraildə Trampın əlindən tutmadı - Video
Azərbaycanın gözlənilən treyleri yayımlandı - Video
İslamiadanın bağlanış mərasimi yekunlaşdı
Tədris ili nə zaman başa çatmalıdır? - Video
Kəndimizin son günü (54-cü yazı)
Makronun qələbəsi: Daxili ziddiyyətlər...
Türkiyə ilə bağlı bu qadağa qüvvədə qalacaq - Medvedyev
Əli və Ninonun hekayəsi Lüksemburqda - Foto
Polşa müsəlman qaçqınları qəbul etməyəcək - Kaçinski
Preziden İlham Əliyevdən Firəngiz Əlizadə ilə bağlı - Qərar
Rusiyada “Putinqrad” şəhəri ola bilər
İran: ABŞ iranafobiya yayır
Prezident İlham Əliyev şeyxi qəbul etdi - Foto
İslamiada barədə maraqlı - Statistika
Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Zaxarova Makkeynin təhqirinə cavab verdi: Yazıq...
Le Pen AB siyasətindən imtina etdi
İsrail Trampın Yaxın Şərq siyasətini dəstəklədi
Çin ABŞ-dan 100 gün istədi: Pxenyana görə
Çox böyük potensial var – Zakir Həsənov
Zərif Trampa söz atdı: 11 Sentyabrı kim törədib?
Qarabağ məsələsi Yaponiya parlamentində - Foto
Zakir Həsənov Gürcüstanda belə qarşılandı - Foto
22 May - Günün qoroskopu
Nazarbayev Trampla görüşdü
Hüseyn Cavidin xanımı Stalinə nələr yazmışdı? – Məktub
Millimiz Bakı-2017-nin qalibi oldu
TV-lərimizin reytinqi ilk dəfə açıqlandı – Cədvəl
Medvedyev Türkiyəyə gəldi
Putin Parisə gedir? - Kremldən açıqlama
İŞİD-ə böyük zərbə: Xüms alındı
Davudoğlu Ərdoğanı belə təbrik etdi
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Prezident İlham Əliyev Ərəb-İslam-Amerika sammitində - Foto
Ərdoğan partiya sədri seçildi
İslamiadada qızıl medallarımızın sayı 70-ə çatdı
Mariya Stadnik İslamiadanın çempionu oldu
Qalmaqallı Filippin prezidenti Rusiyaya üz tutdu
Çoban Pərvinin daha bir ifası yayıldı - Video
İslamiada: Azərbaycan üzgüçüsü qızıl medal qazandı
Ruhaninin qələbəsini qeyd etmək qadağan edildi
Güləşçimiz İslamiadanı bürünc medalla başa vurdu
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com