İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Şəhidimizin adını daşıyan xəstəxanada dəhşətli vəziyyət – FOTOLAR |


Son dəqiqə

banner > Şəhidimizin adını daşıyan xəstəxanada dəhşətli vəziyyət – FOTOLAR

Şəhidimizin adını daşıyan xəstəxanada dəhşətli vəziyyət – FOTOLAR
Tarix : 14 Avqust 2014 15:18

Köhnə, uçmaqda olan binalar, divarında, döşəməsində ot göyərmiş kabinetlər, tikan basmış geniş həyət. Giriş qapısının üstündəki lövhəni, həyətdə, otaqlardakı plakatları, ən primitiv tibbi avadanlıqları və tək-tək ağ xalatda gözə dəyən insanları görməsən, buranın xəstəxana olduğuna inanmazsan.

«QARATİKAN ÇİÇƏK AÇIB»

Qaradonlu kənd xəstəxanası ilə tanışlıq bir əsrlik tarixə ekskurs etmək zərurəti yaradır. Beləcə, sözün əsl mənasında, gedib çıxırsan Nikolay dövrünə…

İmişlidə ilk tibb müəssisələri 1913-cü ildə Çaxırlı kəndində baş verən vəba xəstəliyi ilə əlaqədar yaradılıb. Qaradonlu kəndinin ən yaşlı və məlumatlı sakinlərindən olan Vaqif Şirinov eşidib-bildiklərini bizimlə bölüşür:

«Həmin vaxt çar Rusiyası bura Zelinski soyadlı bir həkim göndərib. O, bir müddət Qaradonluda yaşayıb və camaata sədaqətlə xidmət edib. Ona tapşırıblarmış ki, yerində vəziyyəti öyrənib dəqiqləşdirsin, əgər epidemiya barədə deyilənlər təsdiqlənərsə, Mərkəzə bu məzmunda teleqram vursun: «Qaratikan çiçək açıb». Teleqram vurulub və hökumət hərəkətə keçib. Qısa müddətdə Qaradonluda taun əleyhinə stansiya və kiçik xəstəxana açılıb».

XƏSTƏXANADA VAXTİLƏ İNZİBATİ İDARƏLƏR, HƏRBİ DÜŞƏRGƏ YERLƏŞİB

Vaqif Şirinov deyir ki, barəsində danışdığı tibb müəssisələri kəndin başqa ərazisində yerləşib, indi onlardan biri uşaq bağçası kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, bu xəstəxananın balansında olan binaların əksəriyyəti ötən əsrin 30-cu illərində tikilib, ən cavanının 57 yaşı var, bir neçə tikili isə uçub:

«1930-cu ildə Qaradonlu rayonu yaradılanda burada inzibati binalar tikilib. 1937-ci ildə İmişli kəndi inzibati mərkəz olandan sonra idarələr də ora köçürüldü. Burada hərbi düşərgə yaradıldı. Astaradan ta Hadruta qədər olan ərazidə sərhəd xidməti bu düşərgədə təşkil edilib. Düşərgə ləğv ediləndən sonra obyekt bir müddət istifadəsiz qaldı. Nəhayət 1989-cu ildə burada Kolxozlararası Xəstəxana yaradıldı».

«KASIBLARIN XƏSTƏXANASI»

Qaradonlu kənd xəstəxanasında həkim işləyən Niyaz Nurullayev müəssisənin keçmiş şöhrətindən danışır:

«Bu səhiyyə ocağı 20-dən artıq kəndin əhalisinə xidmət göstərib. Burada bir gündə 10-15 cərrahiyyə əməliyyatı aparılıb. Daha çox aztəminatlı insanlara xidmət göstərdiyimizdən bura «kasıbların xəstəxanası» kimi tanınıb. İmişli Rayon Mərkəzi Xəstəxanasının aparıcı həkimlərinin əksəriyyəti vaxtilə bu səhiyyə ocağında işləyib».

Amma baxımsızlıq üzündən müəssisənin maddi-texniki bazası get-gedə zəifləyib. 2012-ci ilin martında xəstəxananın cərrahiyyə şöbəsinin fəaliyyət göstərdiyi binada yanğın olub. Niyaz Nurullayev deyir ki, bundan sonra işləmək imkanları da məhdudlaşıb:

«İndi bu xəstəxanada müasir təbabətdə istifadə edilən əşya və avadanlıqların heç biri yoxdur. Həkimlərin «silahı» fonendoskop və təzyiqölçən cihazlardan ibarətdir. Balaca laboratoriyamız var, orada da cüzi qan analizi aparmaq olur».

MÜƏSSİSƏNİN 40 NƏFƏR İŞÇİSİ, 2 NƏFƏR DAİMİ SAKİNİ VAR

Qaradonlu kənd xəstəxanasında 40-dək ştat saxlanır. Sanitarların işi əsasən həyətdə olur – həyəti süpürür, yaşıllıq sahələrini tikandan təmizləyirlər. Kənd yerində iş tapmaq çətin olduğundan orta tibb və texniki işçilər buradakı şəraitsizliyə dözməli olur.

Baş həkim Umudəli Hüseynov deyir ki, özü də daxil bütün həkimlərə «ailə həkimi» statusu verilib. Günün birinci yarısı bura azsayda olsa da, yerli sakinlərdən müayinə olunmaq, məsləhət almaq üçün müraciət edənlər olur. Vizual baxış və müsahibə əsasında xəstələrə diaqnoz qoyulur və müalicə təyin edilir. Adı «xəstəxana» olsa da, burada stasionar müalicə almaq imkanı yoxdur.

Xəstəxananın yardımçı binalarından birində məskunlaşan, Füzuli rayonundan olan məcburi köçkün Çimnaz Məmmədova üçün bu müəssisə həm də sonuncu iş yeri olub – o, bir müddət tibb bacısı işləyib və yaşa görə pensiyaya çıxıb. Qarı keçmiş polis əməkdaşı olan əri ilə birgə xəstəxananın başqa bir yardımçı binasında qoyun-quzu və ev quşları saxlayır.

YERLİ İCRA ORQANLARI VƏZİYYƏTİ DƏYİŞMƏK İQTİDARINDA OLMADIQLARINI DEYİR

AzadlıqRadiosuna danışan İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Səlim Məhərrəmov Qaradonlu kənd xəstəxanası üçün yaxın vaxtlarda yeni bina tikiləcəyinə ümid etmədiyini dedi:

«Xəstəxana böyük xərc tələb edir. Bina tikməklə iş bitmir, gərək onu tibbi aparat və avadanlıqlarla da təchiz edəsən. Bundan əlavə, ixtisaslı kadrlar olmalıdır. Mərkəzi Xəstəxananın özündə belə nə qədər vakant yer var, kadr tapılmır. Qaradonlu rayon mərkəzindən o qədər də uzaq olmadığından hazırkı vaxtda o kənddə böyük xəstəxanaya ciddi zərurət yoxdur. Amma ola bilər ki, gələcəkdə bu məsələyə baxılsın. Biz hələlik mərhələli şəkildə kəndlərdəki tibb məntəqələrinin binalarını yeniləyirik».

İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayevdən isə fərqli xəbər aldıq: «Səhiyyə Nazirliyinin nümayəndələri gəlib, obyektə baxıblar. Qaradonlu kənd xəstəxanasının yenilənməsi nəzərdə tutulub. Amma bu işə nə vaxt başlanılacağı barədə bir söz deyə bilmərəm».

DİA.AZ

Şəhidimizin adını daşıyan xəstəxanada dəhşətli vəziyyət
Şəhidimizin adını daşıyan xəstəxanada dəhşətli vəziyyət

 

loading...
206 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Dövlət katibi: Finlandiya Minsk Qrupunun fəaliyyətinə dəstək verir
Azərbaycanda yeni qurumlar yaradılacaq
Yeni sənaye inqilabı: Rəqabətqabiliyyətliyin yüksəldilməsində universitetlərin rolu
Koreya parlamenti Prezidentə impiçment elan etdi
XİN: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun inkişaf etdirilməsi əhəmiyyətlidir
Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusunu müzakirə edib
Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək
DYP və Bakı şəhər İcra Hakimiyyəti hava şəraiti ilə bağlı VAHİD QƏRARGAH yaratdı
Əbülfəs Qarayev Tbilisidə səfərdədir
Çindəki zəlzələ Qazaxıstanda da hiss olunub
İnstitut direktoru: Strateji yol xəritəsi qısa zamanda öz nəticəsini verəcək
İndoneziyada torpaq sürüşmələri olub - 13 ölü
Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com