İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Serj Sarkisyan terrorçudur” (FOTO) |


Son dəqiqə

son xeber > DÜNYA > “Serj Sarkisyan terrorçudur” (FOTO)

“Serj Sarkisyan terrorçudur” (FOTO)
Tarix : 18 Avqust 2014 21:51
“Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan terrorçu kimi düşünməkdə davam edir”.
İdeologiya.az-ın məlumatına görə, bunu Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut deyib.

“Ermənistan prezidenti Serj Sarkisyanın Soçidə dövlət başçılarının qapalı görüşünün yekunları barədə bəyanatları onu göstərir ki, Ermənistanın indiki rəhbəri ağır geosiyasi vəziyyətdə olan ölkə barədə deyil, ilk növbədə, öz hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək, öz klanının mənafeləri barədə düşünür. Sarkisyanın riyakarlığının həddi-hüdudu olmaması tamamilə aşkardır. Yaxşı deyiblər ki, siyasətdə vicdanlılıq gücə, riyakarlıq isə zəifliyə dəlalət edir. Sarkisyan özünü konstruktiv və tolerant düşüncə sahibi kimi göstərməyə çalışır, lakin praktiki olaraq buna nail ola bilmir”.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra verdiyi bəyanatları belə şərh edib.

Xatırladaq ki, Serj Sarkisyan Ermənistana qayıdandan sonra həmin danışıqların bəzi məqamlarını təhrif edilmiş formada səsləndirib. Arye Qutun fikrincə, Ermənistan geosiyasi fiaskoya məruz qalıb.

İsrailli analitik deyib: “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə praktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Ölkənin büdcəsi boşdur. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (onun özəl transfertləri ildə təxminən 2 milyard dollara bərabərdir) və ABŞ Konqresinin sponsor köməyidir. Ölkədə ağır siyasi-iqtisadi vəziyyət üzündən adamlar Ermənistanı tərk edir. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı tarixi iddiaları bu ölkəni tam maliyyə kollapsı və regionda təcrid olunma vəziyyətinə gətirib çıxarıb.

Aydındır ki, Azərbaycan ilə münaqişənin nizamlanmaması ilk növbədə Ermənistandakı Qarabağ klanının xeyrinədir. Mövcud status-kvo-nun saxlanması bu klanın həyati maraqlarına uyğundur. Serj Sarkisyan başda olmaqla Ermənistanın siyasi elitası bu ölkə ilə Azərbaycan arasında münaqişədən öz mənafeyi üçün istifadə edir. Hakimiyyət orqanları sosial etirazların təzyiqi ilə üzləşdikdə Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanması üçün əlverişli şərait yaranmasında Ermənistan ictimaiyyətini və müxalifət liderlərini təqsirləndirirlər. Ermənistanın pozucu və təcavüzkar mövqeyi Azərbaycanı münaqişənin nizamlanması üçün başqa vasitələr axtarmağa məcbur edir. Danışıqlar prosesində Azərbaycan diplomatiyasının iştirak etməsi faktı onu göstərir ki, cüzi də olsa ümid qalır. Lakin mülayimləşmə prosesi gec-tez sona çatır. Qoşunların təmas xəttində son hadisələr və Azərbaycanın işğal edilmiş ərazilərini hərbi yolla qaytarmağa hazır olması bu tezisi bir daha təsdiq edir”.
Arye Qut qeyd edib ki, Ermənistan prezidentinin davakar çıxışları Azərbaycana əsla təsir göstərmir. Arye Qut vurğulayıb: “Serj Sarkisyan hələ də elə fikirləşir ki, bugünkü Azərbaycan XX əsrin 90-cı illərinin əvvəlindəki Azərbaycan kimidir. Əslində isə bu gün Azərbaycan tamamilə başqa, regionda güclü geosiyasi və hərbi potensiala malik olan ölkədir. Ermənistandan fərqli olaraq Azərbaycana regionda heç kəs öz fikrini diktə edə bilməz. Aşkar görünür ki, bu iki ölkənin iqtisadi və hərbi inkişafı arasında böyük bir uçurum var. Azərbaycan Prezidenti əsl diplomat və dövlət xadimi kimi bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqa uyğun ədalətli həlli danışıqlar yolu ilə tapılacaqdır.
Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan isə dövləti təfəkkürü olmayan terrorçu kimi düşünməkdə davam edir. Ermənistan Prezidenti Soçidə üçtərəfli görüşdən Yerevana çatar-çatmaz bəyan edib ki, Azərbaycanın istənilən şəhərini Ağdama çevirməyə hazırdır. İsrail analitiki qeyd edir: “Azərbaycanın Xocalı şəhərində Serj Sarkisyan tərəfindən bilavasitə təşkil edilmiş kütləvi qırğın və qanlı cinayətlər heç kəsin yadından çıxmayıb. Bu əməllər nəticəsində bir gecədə 613 dinc sakin məhv edilib. Ermənistan Prezidenti öz əməllərinə və hərəkətlərinə görə xəcalət çəkmək əvəzinə bununla fəxr edir. Bəli, təəssüf ki, işğalçı Ermənistan qoşunları Ağdam şəhərini yerlə yeksan ediblər, faktiki olaraq şəhərdəki bütün tikililər dağıdılıb, bütün evlər qarət edilib, sonra isə yandırılıb. Mən başa düşə bilmirəm, Ermənistan Prezidenti bu terror və işğal faktları ilə necə fəxr edir. Təəssüf ki, ikinci dəfə Ermənistan Prezidenti seçilməsinə baxmayaraq Sarkisyan yenə terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübut edir və məhz bu səbəbdən 20 ildən artıq davam edən danışıqlarda heç bir nəticə və real irəliləyiş yoxdur”.

Arye Qut erməni tərəfin qoşunların təmas xəttində məruz qaldığı itkiləri gizlətməyə çalışmasını şərh edərək deyib ki, rəsmi Yerevan cəbhə xəttində itkilər barədə həqiqi məlumatları gizlətməyə çalışır, əhali arasında vahimə yaranacağından ehtiyat edir, çünki bu, Ermənistanda protest əhval-ruhiyyəsini daha da gücləndirə bilər. Arye Qut vurğulayıb: “Bu gün Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində bir ölkə olması danılmaz faktdır. Ermənistan gəncləri onları öz vətənində dilənçi kimi yaşamağa məcbur etmiş iqtidarı lənətləyərək Türkiyəyə və Rusiyaya köçürlər, özü də bütün ailəsi ilə birlikdə və həmişəlik. Ermənistanda orduya çağırışçılarla bağlı problemlər olması artıq bu gün hiss edilir. Bu ölkədə öz gələcəyini və uşaqlarının gələcəyini təsəvvür etməyən gənclər onu necə müdafiə edəcəklər! Bu baxımdan, Ermənistanın hakim klanının onlarca əsgərin həlak olması xəbərlərini nə üçün gizlətməsinin və bu barədə praktiki olaraq nə üçün danışmamasının səbəbi aydındır”.
Arye Qut erməni hərbçilərinin insanlığa zidd davranışına da diqqəti cəlb edir. O vurğulayıb: “Ağlasığmaz vəhşiliklə törədilmiş Xocalı qırğınının əsas təşkilatçılarından biri olan prezident Sarkisyan barəsində “humanistlik” anlayışını dilə gətirmək çətindir. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində bir yara kimi həmişəlik qalacaqdır. O vaxt Serj Sarkisyanın rəhbərlik etdiyi erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində 613 nəfər öldürülüb, 487 adam əlil olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir düşərək dəhşətli iztirablara, təhqirlərə və alçaldılmağa məruz qalıb. Serj Sarkisyan hansı humanizmdən danışa bilər ki, Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi yalnız azərbaycanlı olduğuna görə etnik təmizləməyə məruz qalıb və məhv edilib. Günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə bu vəhşicəsinə qəddarlıq heç cür izah edilə bilməz, Ermənistan prezidenti isə humanizmdən danışır”.

İsrailli ekspertin sözlərinə görə, Sarkisyanın hakim klanı hətta humanitar xarakterli məsələləri, o cümlədən girovlar və həlak olmuş hərbi qulluqçuların cəsədləri ilə bağlı məsələləri də həll etmək iqtidarında deyildir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanın 5,5 mindən çox vətəndaşı Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş ərazilərində itkin düşən, əsir alınan və girov götürülən şəxslər siyahısındadır. İtkin düşən 4015 vətəndaşdan 877-sinin, o cümlədən 56 uşağın, 327 qadının və 364 qocanın əsir alınması və girov götürülməsi barədə materialların müxtəlif beynəlxalq təşkilatlara göndərilməsinə baxmayaraq, Ermənistan bu adamlar haqqında heç bir məlumat vermir. Erməni tərəfi bu adamların əsir götürülməsi faktını tamamilə inkar edir, halbuki Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin nümayəndələri həmin siyahıdakı bəzi adamlarla əsirlikdə görüşüblər. Həmin insanların erməni əsirliyində saxlanması faktını beynəlxalq hüquq müdafiəçiləri qrupu da təsdiq edib. Bu adamların bir qismi erməni əsirliyində xəstəlik üzündən dünyasını dəyişib, digərləri amansızcasına öldürülüb, bəziləri isə indiyə qədər kölə kimi ən ağır işlərin görülməsi üçün istifadə edilir, Ermənistan prezidenti isə bütün bu faktlardan sonra həyasızcasına humanizmdən danışır. Bu yerdə məşhur qədim yunan filosofu Demokritin sözlərini xatırlamamaq olmur: “Rüsvayçı hərəkətlər edən ilk növbədə öz əməllərinə görə utanmalıdır”.


Arye Qut

Mənbə
AzərTAc
loading...
449 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Qaqauzların xanım lideri: Ərdoğanı gözləyirik
ABŞ-dan Rusiya etirafı: Gərginliyi azaltmaq istəyir
Cocuq Mərcanlıda 120 qəlpə aşkarlandı
Somalidə terror: 35 ölü, 40 yaralı
Əsədin ordusu yenidən türkmanları hədəf alır
Oğlum gimnastikanın pərəstişkarı oldu - Konsul
Türkiyə inqilab edir - Ərdoğan
Ukraynada gərginlik: 9 hərbçi yaralandı, 1-i isə...
İraqda PKK-nın mağaraları məhv edildi
Londonda “Qarabağ kolleksiyası” - Foto
Senator:
Türkiyə baş naziri kürd liderlə nələr danışdı?
Əməkdar artistdən analara sürpriz
Ələ keçən yadplanetli sorğu-sual edildi – Şok video
 Səfərbərlik və çağırış resurslarının uğurla tənzimlənməsi ordu quruculuğuna xidmət edir
GDU-nun rektoru Yusif Yusibov rüşvətxor müəlliməni vəzifədə saxlayır - ÖZƏL
İspanlar Bakıda təbliğat aparır - Foto
Çavuşoğlu münaqişə ilə bağlı adaya gedir
Texnologiya mallarının qiyməti ucuzlaşdı
Tiflis və Moskva arasındakı viza ləğvinin şərti açıqlandı
Mosulun qərbi İŞİD-dən azad edilir - Əməliyyat
Onların PKK ilə əlaqələrindən narahatıq - ABŞ
Viranşehir teraktında ağlasığmaz detal - 1 ton
Ruslar bu şərtlə Putini yenidən qalib edəcək - Ekspert
İngilis siyasətçidən yunanlarla bağlı etiraf: Səhv etdik
TƏHLÜKƏ: evinizdə bu oyuncaqlar varsa, MƏHV EDİN
Barselonada Avropanın ən böyük mitinqi keçirildi
18 Fevral - Günün qoroskopu
Lənkəranskidən sonra ona biət edirlər...
Kiyevdə 3 gündən sonra savaş başlayacaq - Jirinovski
Qar hərəkəti iflic eti: Sürücülər təlaş içində - Video
BBC-nin filmi Rusiyanı şoka saldı
“Tiflis İrəvana görə 21 milyon itirir”
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında - Foto
Bu qərarı vermək boynumuzun borcudur - Ərdoğan
Nazir:
Prezident İlham Əliyev Aviqdor Libermanla görüşdü
Tanınmış aparıcıdan kədərli paylaşım - Foto
Xorvatiya Prezidentindən İlham Əliyevə dəvət
Lukaşenkoya zərbə: Rusiya Belarusu blokadaya alır
Dövlət başçısı İlham Əliyev Əfqanıstan Prezidenti ilə görüşdü - Foto
Ramil Usubov İranın ədliyyə nazirini qəbul etdi
Pakistan Əfqanıstanla sərhədini bağladı
Musiqi Kollecinin vəzifəli şəxsləri ilə bağlı korrupsiya faktına görə cinayət işi başlayıb
Millət vəkili Muğladan səsləndi: Özümüz etməliyik... - Foto
Dünya nəhənginin vəliəhdi həbs olundu
Azərbaycanda bu müəllimlər işdən çıxarılacaq
4 dövlət Qazaxıstanda razılığa gəldi – Suriya
Maşınını evakuator aparan sürücü görün nə etdi - Video
FHN operativ müşavirə keçirdi
Lavrov: “Heç bir ölkənin daxili işlərinə qarışmırıq”
Baş prokuror Göyçay şəhərində vətəndaşları qəbul edib
Sabah yollar buz bağlayacaq - Xəbərdarlıq
İrandan işğalçı İrəvana fantastik dəstək
Prezident İlham Əliyev Vitali Kliçko ilə görüşdü - Foto
Kəndimizin son günü (26-cı yazı)
Bağdad yenidən qan gölünə çevrildi
Türkiyədən yunanlara xəbərdarlıq: Müzakirə olmasa...
Bu ərəb dövləti Marsda şəhər salır - Sensasiya
Rusiya Türkiyəyə kimi səfir göndərir?
Ehud Barak Bakıya gələcək
Prezident İlham Əliyev və xanımı Almaniyaya səfərə gəliblər
Kürdlər olmadan müzakirələr mənasızdır - Lavrov
Ermənilərə divan tutan “Rembo” danışdı - Video
Azərbaycan bütün Yaxın Şərqə nəzarət edəcək – Şərh
Novruz bayramı ərəfəsində əfv gözlənilir
Zakir Qaralov: Prezidentin sərəncamı insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək
ABŞ İrana qarşı hərbi alyans yaradır - Ərəb NATO-su
Zakir Həsənov Valeri Gerasimovla görüşdü
Bu, Moskvanın Bakıya müttəfiq kimi verdiyi önəmdir - Markov
Bakıya sabah da qar yağacaq - Proqnoz
Məhbusların sayı azalır - Prezident sərəncamı
16 Fevral - Günün qoroskopu
Türklər yaxında bu şəhəri azad edəcək - İngilis komandan
Donetsklə bağlı razılıq: 5 günə tərksilah edilir...
Bakının gözəlliyi bu yarışın nüfuzunu artırıb - Promouter
Trampdan İsrailə: Dayandırın
Azərbaycanda siqaretlər ucuzlaşdı
Türkiyə Rusiya ilə bu müqaviləni təsdiqlədi
Prezident İlham Əliyev 4 sərəncam, 8 fərman imzaladı
Prezident İlham Əliyev litvalı həmkarına təbrik məktubu göndərib
Ramil Usubov polis zabitini işdən çıxartdı
Prezidentdən Milli Qəhrəmanın ailəsinə xüsusi hədiyyə
Suriyada 5 min çinli döyüşür - Səfir
Bu, məcburi köçkünlərə qayğının təzahürüdür - Deputat
Türkiyəli nazir Bakıya gəlir
FES rəhbəri danışdı, dollar qalxdı
Rusiyanı qorxudan - Fotolar
Səfirimiz etimadnaməni Sudan prezidentinə təqdim etdi
9-cu sinif şagirdləri ilə bağlı mühüm xəbər
Azərbaycanda perspektivli yataqlar aşkarlandı - Siyahı
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
14 Fevral: Sevgi, kilsənin oyunu və dəhşətli edam
NATO Yaxın Şərqlə bağlı xüsusi şöbə yaradır
Azərbaycan XİN
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com