İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Sevişmə səhnələri gözümü qorxutmur” – Fotolar |


Son dəqiqə

son xeber > ŞOU > “Sevişmə səhnələri gözümü qorxutmur” – Fotolar

“Sevişmə səhnələri gözümü qorxutmur” – Fotolar
Tarix : 17 Avqust 2014 1:42

Müsahibələrinin birində özünün də qeyd etdiyi kimi, o hansısa bacarığına və ya qeyri-adi zəkasına görə şöhrət qazanmayıb. Sadəcə olaraq çox gözəl olduğu üçün hamının diqqətini çəkib və Türkiyənin ən məşhur qadınlarından biri olması üçün bu gözəllik ona kifayət edib.

Təbii ki, populyarlaşmasında gözəlliyi qədər sevgililəri də rol oynayıb. Əvvəlcə məşhur futbolçu İlhan Mansızla sevgili olub və bunun sayəsində şou-aləmində tanınmağa başlayıb. Daha sonra özündən 18 yaş böyük olan zəngin iş adamı Volkan Böyükhanlı ilə yaşadığı eşq macərası ilə gündəmə gəlib. Elə bundan sonra da  model kimi podiuma çıxmaq təklifləri alıb. Türkiyənin məşhur şoumenlərindən Okan Bayulgenlə olan münasibətindən sonra isə bir çox film təklifləri alan gənc qız hazırda Türkiyənin ən yaxşı aktrisalarının siyahısındadır.

Söhbət qeyri-adi üz cizgiləri, seksual baxışları və gözəlliyi ilə istədiyi hər şeyi əldə etməyə vərdiş edən Berrak Tüzünataçdan gedir. Bu gün “Şirin söbət”də Berrakın zirvəyə getdiyi yolda çəkdiyi çətinlikləri özündən öyrənəcəksiniz.

Əvvəlcə qeyd edim ki, Berrak Tüzünataç “Əlvida Rumeli”, “Bu qəlb səni unudarmı?”, “Ezel”,  “Son” kimi seriallarda, həmçinin “Orqanizə işlər”, “Beyzanın qadınları”,  “Əjdər qapanı”, “Bir ovuc dəniz” kimi filmlərdə rol alıb. Xüsusilə, “Əjdər qapanı” filmindəki sevişmə səhnələri ilə uzun müddət gündəmdən düşməyən gözəl model və aktrisa tənqidlərə məruz qalmışdı.

Aktrisalıq və modelik ilə bağlı heç bir təhsili olmayan Berrak illərlə medianın tənqidlərinə məruz qalsa da bacarıqlı olduğunu və əlindən hər iş gəldiyini artıq sübut edib.

Sevgilim sayəsində tanındım”

- Necə oldu ki, şöhrət qazandın?

- Mən model kimi çalışırdım, aktrisa olmaqdan ötrü özünü öldürən adamlardan deyildim. İş belə gətirdi. Heç bir bacarığım yox idi, sadəcə gözələm, ona görə də işlərim yaxşı getdi. Sevgilim sayəsində tanındım. Ancaq öz üzərimdə işlədim və artıq daha təcrübəliyəm. Bu işlərin əlimdən gəldiyinə inanmağa başlamışam.

Ötən illər səndə nələri dəyişdirdi?

- Özümlə bağlı analiz aparmağım çətindi. Amma həqiqətdir ki, insan hansısa bir iş üçün zaman ayıranda, öz üzərində işləyəndə, daha rahat olur və özünə güvəni artır.

- Hansı rollar səni daha çox çəkir?

- Həm rol aldığım, həm də sonra izlədiyim zaman zövq ala biləcəyim filmləri və serialları seçməyə diqqət edirəm.

- Hədəfin nədir, kim kimi olmaq istəyirsən?

- Başqalarının yanlışlarından dərs götürərək özüm kimi olmaq istəyirəm. Yaxşı bir aktrisa olmaq üçün əlimdən gələni edirəm.

-“Əjdər qapanı”ndakı sevişmə səhnələrin çox müzakirə olundu. Yenə belə səhnələr olacaq?

- Əlbəttə, çəkiləcəyəm. Çünki mən aktrisayam və işim həyatda baş verən hər şeyi canlandıra bilməkdir. Sevişmək də ən təbii şeydir. Sevişmə səhnələri gözümü qorxutmur.

“Türkan Şorayla adımın yanaşı hallanması belə…”

- Kino tənqidçisi Atilla Dorsay səni Türkan Şorayın taxtına namizəd göstərmişdi. Nə hiss etdin?

- Bunu niyə dediyini bilmirəm. Amma Türkan Şorayla adımın yanaşı hallanması belə mənim üçün qürurdur. Amma heç kim onun kimi ola bilməz.

- Hansı filmləri izləməkdən zövq alırsan?

- Məhəllələrdə xalalar olur e, hər şeylə maraqlanırlar. Mən də biraz onlara oxşayıram. Demək olar ki, izləmədiyim film yoxdur. Hər şeyi izləmək istəyirəm. Gündə 2-3 film izləyirəm.

“Seksual deyiləm”

- Səncə cazibədar və gözəl qadınsan? 

- Artıq bununla barışmışam. İnsanlar elə olduğumu düşünürlər. Heç nə deyə bilmərəm.

-“Gözəllik başa bəladır” sözü düzdür?

- Məncə təkcə gözəllərin deyil, çox ağıllı, çox bacarıqlı, çox əyləncəli insanlar da problem yaşayırlar. Diqqət çəkən insan haqda dedi-qodular sürətlə yayılır.

- Kimə oxşayırsan?

- Əsər sahiblərinə:  anama və atama.

Berrak Tüzünataç

- Qarşı cinsin nümayəndələrində səni ən çox nə cəlb edir?

- Bu insandan insana dəyişir. Hisslərlə bağlıdır. Konkret deyə bilmərəm ki, bunu bəyənirəm.

- Kişilərin sənə seks oyuncağı kimi baxmaları narahat etmir?

- Elə baxdıqlarını bilmirdim, səndən öyrəndim. Mənim üzüm gözəldir. Bədənim seksual deyil. Mənə gözəl deyə bilərsiniz, amma seksual deyiləm.

- Həmişə belə gözəl idin?

-Orta məktəbdə kök idim. Qamburger və koka-kola üçün ürəyim gedirdi. Həmişə “üzü çox gözəldi, amma yazıq çox kökdür” deyirdilər.

Anam özümü  pis etməmək üçün “sərhəddəsən, bir kilo da kökəlsən şişman olacaqsan. Çörəyi çox yemə” deyirdi.

Ancaq 15 yaşım olanda bir oğlandan çox xoşum gəldi. Onun diqqətini çəkmək istəyirdim. Birlikdə dənizə gedəcəkdik. Bikini geyinmək istəyirdim. Ona görə də bir ayda 8-9 kilo arıqladım.

- Dostların çoxdur?

- Mənim kişi dostlarımın sayı qız dostlarımdan çoxdur. Ən yaxın dostlarım kişilərdir. Onlar mənimlə gözəl olduğum üçün deyil, əylncəli olduğum üçün dostluq edirlər.

- Bəs niyə ən yaxın dostların kişilərdir? Qadınlarla yola gedə bilmirsən?

- Çünki kişilər gülməlidirlər. “Discovery Channel” kanalını açıb təyyarələrin necə hazırlandığını izləyirlər. Ancaq bir qıza pultu versən, o dəqiqə eşq filmi izləyəcək. Kişilər elə deyil. Məsələn, bir adamın əlində fotokamera görsələr, onun necə işlədiyi ilə maraqlanacaqlar, şəkil çəkməyi öyrənməyə çalışacaqlar. Kişilərin maraq dairələri daha genişdir. Ən çox da bu xüsusiyyətlərini bəyənirəm. Qızlar isə davamlı eyni mövzulardan danışırlar – kişilərdən və arıqlamağın yollarından…

berrak tüzünataç mükemmel vucudunu ön plana sermiş mini elbiseli

- Elə olub ki, çox bəyəndiyin bir kişini əldə edə bilməmisən?

- Yox. Nə yalan danışım. İstədiyim kişiləri həmişə əldə etmişəm.

- Sənin üçün bir adamın ağıllı olması önəmlidir, yoxsa çox yaraşıqlı və ya zəngin olması?

- Heç biri. Mənim diqqətimi çəkməsi üçün yaxşı ürəyə sahib olmalıdır. Demirəm çox çirkin olsun. Amma ürəyinin təmiz olması daha önəmlidir.

- İki seçim imkanın olsaydi, çox ağıllı amma çirkin olmaq, və ya orta dərəcədə zəkaya sahib gözəl olmaq. Hansını seçərdin?

- Təbii ki, orta dərəcəli zəkanı və çox gözəl olmağı seçərdim. Yaşamağıma kömək edəcək qədər zəkam olsa bəsdir. Zəkanın çox olması zərərlidir.

- Özündə ən bəyənmədiyin xüsusiyyətin hansıdır?

Çox səbirsizəm. Bəzən insanlar hər şeydən tez bezdiyimi düşünürlər.

- Duyğular önəmlidir yoxsa məntiq?

- Qadınların həssas olmaları çatmır mənə. Mən elə deyiləm. İncisəm də bunu bəlli etmərəm, ağlamaram. Göz yaşımı heç kim görə bilməz. Daha çox məntiqlə qərar verirəm.

- Özünü ən çox harada və kiminlə yaxşı hiss edirsən?

- Yanlarında səssiz otura bildiyim, səmimi olduğum insanlarla.

- Həyatda səni ən çox nə həyəcanlandırır?

- İşlə bağlı olan müsbət irəliləyişlər, eşq və böyük dəyişikliklər.

- Eşq nədir sənin üçün?

- Əhəmiyyətli, şirin və insanın mütləq yaşamalı olduğu hiss.

- Nejat İşlərlə münasibətiniz nə yerdədir?

- Bu mövzuda danışmaq istəmirəm. Şəxsi həyatımla bağlı danışmağı sevmirəm.

- Eyni peşənin nümayəndələri arasında sevgi münasibətinin yaxşı alınmadığı deyilir.

- Bu peşədən deyildünyagörüşündən asılıdır.

- Münasibətlərdə ən əyləncəli dövr hansıdır ?

- Təbii ki, iki insanın bir-birini tanımağa başlaması. Tanıdıqdan sonra biraz mənasızlaşır. Həyacan itir.

“Qışın ortasında niyə bikini almalıyam, axı?”

- Bu günə kimi saç rəngini heş dəyişdirməmisən. Nəsə xüsusi səbəbi var?

- Saç rəngim həmişə eyni olub. Bəzən mən də sıxılıram. Dəyişiklik etmək istəyirəm, tez də vaz keçirəm. Amma dalğalı və dağınıq saçımla çox rahatam.

- Əsla geyinmərəm dediyin paltar var?

- 80-ci illərin modası mənə çox uzaqdır. O dövrdə yaşamaq və o paltarları geyinmək istəmərəm.

- Alış-verişə nə qədər vaxt ayırırsan?

- Alış-verişi sevmirəm. Onsuz da brendlərin məqsədini də başa düşmüş deyiləm. Məsələn, yanvarda yaz mövsümün paltarlarını satırlar. Nə bilim, mən yaz geyimini yazda alıram. Qışın ortasında niyə bikini almalıyam axı?

Qış alış-verişi etməyi isə ümumiyyətlə, sevmirəm. Onsuz da qat-qat geyinirik. Bir də alış-veriş etməyimə ehtiyac qalmır. Hər şeyimi sponsorlar qarşılayırlar. Geyinirəm, sonra geri qaytarıram. Heç pul xərcləmirəm geyimə.

Modaya yanaşman necədir?

- Mağaza-mağaza dolaşmağı sevmirəm. Bildiyim yerlər var, həmişə oralardan alış-veriş edirəm. Modanı təqib etmirəm. Bəyəndiklərimi alıram. Məsələn, hər yaz mavi rəngli boyunbağı alıram. Bunun trend olub olmaması mənim üçün heç bir məna ifadə etmir.

- Ən çox hansı aksessuarlardan istifadə edirsən?

- Sırğa taxmağı sevirəm.

Tabloid.az

berrak tüzünataç profesyonel çekimlerden kolaj

berrak tüzünataç muhteşem yüzyıl dekolte elbiseli hali

 

loading...
7.862 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
Tarif Şurasından yeni qərar
6 ölkə başçısı Prezident İlham Əliyevi təbrik etdi
İslamiadada bilet satışından nə qədər qazandıq?
Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi
Ayfon-8 həyəcanı - Qiymətlər
Müdafiə nazirləri Tiflisdə görüşdü - Foto
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
Sabahın hava proqnozu açıqlandı
Tramp xərcləri 3,6 trilyon dollar azaldır
23 May - Günün qoroskopu
Melaniya İsraildə Trampın əlindən tutmadı - Video
Azərbaycanın gözlənilən treyleri yayımlandı - Video
İslamiadanın bağlanış mərasimi yekunlaşdı
Tədris ili nə zaman başa çatmalıdır? - Video
Kəndimizin son günü (54-cü yazı)
Makronun qələbəsi: Daxili ziddiyyətlər...
Türkiyə ilə bağlı bu qadağa qüvvədə qalacaq - Medvedyev
Əli və Ninonun hekayəsi Lüksemburqda - Foto
Polşa müsəlman qaçqınları qəbul etməyəcək - Kaçinski
Preziden İlham Əliyevdən Firəngiz Əlizadə ilə bağlı - Qərar
Rusiyada “Putinqrad” şəhəri ola bilər
İran: ABŞ iranafobiya yayır
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com