İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Siyavuş Novruzov: “Soçi görüşündə müsbət irəliləyişlər olub” – MÜSAHİBƏ |


Son dəqiqə

son xeber > SİYASƏT > Siyavuş Novruzov: “Soçi görüşündə müsbət irəliləyişlər olub” – MÜSAHİBƏ

Siyavuş Novruzov: “Soçi görüşündə müsbət irəliləyişlər olub” – MÜSAHİBƏ
Tarix : 16 Avqust 2014 1:01

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun publika.az-a müsahibəsi:

 

 

– Avqustun 10-da Soçidə prezidentlər arasında növbəti görüş keçirildi. Görüşün nəticəsini hakim partiya necə qiymətləndirir?

 

– Bu görüşdə müsbət irəliləyiş ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ən yüksək səviyyədə bir daha müzakirə olundu, hər iki tərəfin münaqişənin sülh yolu ilə həllini istəməsi barədə bəyanat verildi. Azərbaycan prezidenti də həmin görüşdə ölkəmizin mövqeyini qəti və sərt şəkildə ortaya qoydu. Cənab prezident İlham Əliyev münaqişənin həllində heç bir güzəştin olmayacağını Serj Sərkisyanın birbaşa üzünə dedi. Hazırda Ermənistanda daxili vəziyyət xeyli gərginləşib. Artıq Azərbaycanın qəti mövqeyini bilən Ermənistan əhalisi yaxşı başa düşür ki, onları çox böyük təhlükə gözləyir. Bunun nəticəsidir ki, Ermənistanda böyük çaşqınlıq yaranıb. Ermənistanın rəhbər şəxsləri bunun qarşısını almaq üçün Soçi görüşü ilə bağlı yalan informasiyalar verməklə məşğuldur. Ancaq Azərbaycan tərəfi hər zaman danışıqların gizli saxlanılmasının tərəfdarıdır. Hər zaman da biz danışıqlar barədə tam təfərrüatı ilə deyil, ümumi məlumatlar veririk. Lakin Ermənistan tərəfi bundan sui-istifadə edir. Bir daha qeyd edirəm ki, Soçi görüşündə cənab prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin ən yüksək hərbi imkanlara və keyfiyyətlərə malik olduğunu Serj Sərkisyana xatırladıb. Müdafiə nazirimiz də həmçinin deyib ki, Azərbaycana qarşı bir daha təxribata cəhd olunarsa, o zaman nəinki işğal olunmuş rayonlarımız, o cümlədən Ermənistanın paytaxtı və digər ərazilərinə Azərbaycan Silahlı Qüvvələri tərəfindən hücum ediləcək. Bu bəyənatlar Ermənistan əhalisi arasında çox ciddi təlaş yaradıb. Bu baxımdan da Soçi görüşü bizim üçün ciddi əhəmiyyət daşıyır.

 

 

– Soçi görüşündən sonra Rusiya mediasında məlumat yayıldı ki, guya Azərbaycan tərəfi Qarabağın sülh yolu ilə həlli üçün Ermənistana 5 milyard vəsait təklif edir. Bu nə qədər doğru məlumatdır?

 

– Bütün bu məlumatlar dezinformasiyadır. Əgər bu barədə rəsmi məlumat yoxdursa, buna inanmaq lazım deyil. Burada söhbət nədən gedə bilər? Azərbaycanın bütün regionlarına kifayət qədər investisiya vəsaitləri qoyulur və regionların sosial-iqtisadi inkişafına dair müxtəlif layihələr həyata keçirilir. Dağlıq Qarabağ da Azərbaycanın bir bölgəsidir. Yəni, sabah Dağlıq Qarabağ işğaldan azad olunandan sonra Azərbaycan hökuməti bu bölgəyə də kifayət qədər investisiya vəsaitləri yatıracaq.

 

 

 – Rauf Mirqədirov, Leyla Yunus, Arif Yunus və digər şəxslərin həbsinə müxalifət düşərgəsi etirazlar edir və bu həbslərlə razılaşmır. Bu etirazları necə qarşılayırsınız?   

 

 – Azərbaycanda heç kim səbəbi olmadan və qeyri-qanuni həbs olunmur. Kimliyindən asılı olmayaraq, həbs olunan həmin insanlar törətdikləri əməllərinə görə qanun qarşısında cavab verməlidir. İstər YAP-çı, istər müxalifətçi, istər dövlət, istərsə də qeyri-hökumət təşkilatı nümayəndəsi və ya jurnalist olsun. Onun peşə fəaliyyəti və siyasi mövqeyi törətdiyi cinayət əməlini ört-basdır edə bilməz. Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Ona görə də Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, eləcə də digər saxlanılan şəxslər barəsində kəşfiyyat məlumatları var. Onların xarici ölkələrin, o cümlədən Ermənistan kəşfiyyatı ilə əlaqələri, qeyri-qanuni yollarla xaricdən küllü miqdarda maliyyə vəsaiti alıb ölkəmizdə insan hüquqları ilə bağlı vəziyyəti düzgün əks etdirməyən məlumatları yayması, təbliğ etməsi və Azərbaycanda ictimai-siyasi gərginlik yaratmağa yönəlik addımlar atması faktları artıq sübut olunub. Digər tərəfdən isə bu şəxslərin vətənə xəyanət etməsi və Ermənistan kəşfiyyatına Azərbaycanla bağlı məlumatları ötürməsi faktları sübut olunur. Bu insanları tanıyan adamların hamısı yaxşı bilir ki, Leyla Yunus, Arif Yunus və digərlərinə qarşı qaldırılan iddialar onların törətdiyi cinayətlərin mində biridir.

 

Ölkəmiz müstəqillik əldə edəndən indiyədək bu cür insanlar tərəfindən kifayət qədər Azərbaycan xalqına və dövlətinə edilmiş xəyanətlər müşahidə olunub. Hətta, buna əksər siyasi partiya rəhbərləri və funksionerləri şahid olublar. İndi hansısa qüvvələr Leyla Yunus, Arif Yunus və digər bu kimi şəxslərin tutulmasına başqa cür don geyindirmək, insanların şüuruna öz istəklərini yeritmək istəyirsə, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı bu insanları çox yaxşı tanıyır. Bir məqamı da bildirim ki, hər zaman şəffaflıqdan danışan bu adamlar indi nədənsə aldıqları maliyyə vəsaitləri və qrantlar barədə ictimaiyyətə məlumat verməkdən çəkinirlər? Əgər kimsə hər hansı qrant layihəsinin qalibi olursa və maliyyə vəsaiti alırsa, o zaman bununla bağlı ictimaiyyətə məlumat verməlidir. Niyə gizlədirlər? Qrantlar haqqında əvvəlcədən elan verilməli, qalib gəldikdə isə ayrılan vəsaitin hesabatı olmalıdır. Bunların heç biri yoxdur və qəfildən xəbər tutursan ki, filan təşkilat filan yerdən milyonlarla vəsait əldə edib. Vəsaitin hansı məqsəd və hansı tədbirlər üçün ayrılması barədə yenə isə heç bir məlumat verilmir. Bütün bunlar da əsas verir ki, həmin vəsaitlər Azərbaycan əleyhinə işləyən qüvvələrin, o cümlədən bir sıra siyasi partiyaların maliyyələşdirilməsi üçün sərf olunub. Bu vəsaitlərin bir hissəsi də qrant verən təşkilatların özləri tərəfindən mənimsənilir. Ona görə də sözügedən təşkilatlar aldıqları qrant vəsaitləri ilə bağlı düzgün hesabat verə bilmirlər. Çünki ayrılan bu vəsaitin bir hissəsi qanunla vergilərə, Sosial Müdafiə Fonduna, sığortaya və digər yerlərə ödənilməlidir. Ancaq adıçəkilən qurumlara heç bir vəsait ödənilmir. Bu isə böyük qanun pozuntusudur. İstənilən xarici ölkədə, hətta ABŞ-ın özündə belə bu cür hallara qarşı qanunla ciddi ölçülər götürülür. Misal üçün, ABŞ, Fransa, Almaniya və digər Qərb dövlətlərində hər hansı bir müsəlman ictimaiyyətdən xəbərsiz qrant vəsait alaraq hər hansı bir layihəni həyata keçirmək istəsə, həmin təşkilatın fəaliyyəti dərhal dayandırılır və bütün əmlakına da həbs qoyulur. Bu cür təşkilatlar fəaliyyət göstərdiyi ölkədə, adətən, düşmən ölkənin kəşfiyyatı ilə əməkdaşlıq edir, onların mənafelərinə uyğun hərəkət edirlər. Bizim də əlimizdə kifayət qədər bu cür faktlar var ki, onlar Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Ona görə də Azərbaycanda bu cür qanunsuz və antimilli təşkilatların fəaliyyətini araşdırmaq və bununla bağlı qanunla ölçü götürmək düzgün addımdır.

 

 

loading...
393 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Azərbaycanlı Monte Karloda 188 min uddu
Almaniyada niqab qadağan olundu
Azərbaycan “Avroviziya”nın liderləri sırasında
Putin uğur düsturunu dedi
Prezident İlham Əliyevdən
Təbriz filmi “Fəcr”in bütün mükafatlarını aldı - Video
Prezident İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı
I vitse-prezident qızının xeyriyyə sərgisində - Foto
“Onların müdafiəsinə çoxlu pul xərcləyirik, amma...”
Türkiyə Avropanın pulunu kəsdi: Peşman olacaqlar
ABŞ İrandan tələb etdi: Onları dərhal azad edin!
Ərdoğanın baş müşaviri Moskvada danışdı: İmkan verin...
XİN bu musiqiçiləri qara siyahıya salır
AMEA adlı mükafatlarını təqdim etdi
Güzəştli evlər üçün tələb olunan - Sənədlər
Kəmaləddin Heydərov Qobustanda qəbul keçirdi
Oqtay Əsədov Çavuşoğlu ilə danışdı
Sabah yağış yağacaq - Proqnoz
Ramiz Mehdiyev AMEA yığıncağına qatıldı - Foto
Ailə lotoreyada 83,4 milyon avro uddu
Putindən Şimali Koreya ilə bağlı çağırış
Fransaya susanların Türkiyəyə
Məşhur müğənni uşaqlarının atasına ərə getdi
Rusiyadan ABŞ-a növbəti ittiham: Birbaşa günahkarsınız
Kəndimizin son günü (47-ci yazı)
28 Aprel - Günün qoroskopu
Türkiyə YPG-ni vurmağa başladı: Əlavə qüvvələr yeridilir
Rusiyalı müxalifətçi liderinə hücum edildi
Turistlərlə gələn bələdçilərə yeni şərt qoyula bilər
Türkiyədə referendumun qəti nəticəsi açıqlandı
Rusiyadan növbəti Türkiyə açıqlaması: Narahatıq
ABŞ tarixin ən güclü silahını hazırlayır - Rusiya
Fuad Ələsgərov: Korrupsiya ilə mübarizə Azərbaycanda göstərilən siyasi iradənin təcəssümüdür
145 min lirəyə görə saqqal buraxır
ABŞ və Rusiya arasında nüvə savaşı mümkündür - Puşkov
Bakıdakı kriminal savaşın dəhşətli sonluğu - Video/18+
Trampdan Pentaqona böyük səlahiyyət
Ermənistan milyonlarla insanı təhlükə ilə üz-üzə qoyur - XİN
Gənc lider gerilədi: millətçi Le Penin səsi artır
Qarabağın həllinə doğru... - Məqalə
Bakıda keçiriləcək oyunlar Qətər mediasında - Foto
Xarici İşlər naziri Lyuk Devinlə tərəfdaşlıq sazişini müzakirə etdi
Rusiya hərbi birləşmələrini Suriyadan çıxarır
Ermənistanda gərginlik: Aksiya davam edir
Bu ölkələrin generalları Moskvaya toplaşdı
Prezident İlham Əliyev sərəncam imzaladı
Ramil Usubov Türkiyənin ordu generalı ilə görüşdü
İsrail müstəqil Kürdüstanla bağlı rəsmi mövqeyini açıqladı
“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub
Təbrizdə “Koroğlu” operası səsləndi - Foto
Türkiyə terror yuvasını vurdu, ABŞ ziyarət etdi – Şok video
FTX terakt törətmək istəyən İŞİD-çiləri yaxaladı - Video
Çin ikinci təyyarədaşıyan gəmisini suya buraxdı - Video
İranlı nazir Urmiya gölü haqda: Yağış yağsa…
Prezident İlham Əliyevə Kəbə ilə bağlı unikal hədiyyə - Foto
Prezident İlham Əliyev tarixi neft quyusu ilə tanış oldu - Foto
Ermənilərin “Vəd”i ABŞ-da rüsvay oldu - Video
Avropanın antitürk kampaniyası: rasist, faşist...
Venesuela Amerikanın ən nüfuzlu qurumundan çıxır
Baş prokuror Zakir Qaralov yeni prokuror təyin etdi
Koreya tarixinin ən böyük hərbi təlimini keçirdi
ABŞ Rusiyanı terrorçulara silah verməkdə suçladı
Kürd lider: PKK bölgədən getməlidir
Türk ordusu Suriyada PKK-nı yenidən hədəf aldı
FHN-dən xüsusi təlim: İslam Oyunlarına hazırlıq
Tramp rekorda imza atdı
Kəndimizin son günü (46-cı yazı)
Prezident İlham Əliyev ona “Şöhrət” ordeni verdi – İki sərəncam
AŞPA sədri üzr istədi: Rusiyanın tələsinə düşdük
ABŞ Avropadan bu malları idxal etməyəcək – Qadağa
Azərbaycan bu ölkəyə də yardım göndərdi
BMT-nin xərcləri nəzarətdən çıxıb - Tramp
Baş Prokurorluq və DİN Tovuzda filial müdirinin qətli ilə bağlı birgə məlumat yayıb
Rusiya Fransa seçkilərində: Makron hədəf alındı
Yıldırım Avropanı Türkiyə ilə bağlı qəti qərara səslədi
İranda Azərbaycan Mədəniyyət Günləri keçirilir - Foto
İran daşnakların mitinq keçirməsinə izn verdi - Fotolar
25 Aprel - Günün qoroskopu
Xanım aparıcı yüksək vəzifəyə təyin edildi
Rusiyadan rəqiblərinə göz dağı: Yeni nəsil qırıcılar... - Video
Tramp
Bu il azərbaycanlı müğənnilərin toy qiyməti - Siyahı
Rakka uğrunda döyüşlər başladı
Elmar Məmmədyarov Litvada Qarabağdan danışdı
Dünyanın ehtiyatlandığı Kim Çen nə edir?
Avropa Ərdoğanı bu səbəbdən qəbul etmir
İş axtaranların nəzərinə! - Mayın 2-si…
Rostropoviç festivalı başladı
Ermənilərdən daha bir uğursuz cəhd - Rəsmi açıqlama
Prezident İlham Əliyev nekroloq imzaladı
Prezident İlham Əliyev sərəncam imzaladı
Muğan dəyişir: 25 min iş yeri ilə içməli su gəlir
Ayfon 8-in görüntüləri yayıldı – Foto
Suriyada kimyəvi hücumu onlar təşkil edib - ABŞ xəfiyyəsi
Bu kitab onu oxuyanları dəli edir- Foto
Rusiya Suriyaya quru qoşunlarını yeridir - İddia
İngiltərə məşhur mükafatı ilk dəfə türkə verdi
Suriyada yeni savaş başlayır: partizan müharibəsi
ABŞ, Rusiya və Çin sürətlə silahlanır - Hesabat
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com