İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Sumqayıt elektrikşəbəkə”də illərdir batan maaşlar… |


Son dəqiqə

SOSİAL > “Sumqayıt elektrikşəbəkə”də illərdir batan maaşlar…

“Sumqayıt elektrikşəbəkə”də illərdir batan maaşlar…
Tarix : 19 Avqust 2014 15:57

2

 

“2 il işlədim, son ayların əmək haqları verilmədi”

 

“Sonra da “Sumqayıtelektrikşəbəkə” ASC ləğv olundu, dedilər, yerində “Azərenerji” yaradılır. Təhvil-təslim bitsin, pulunuzu da o qurum ödəyəcək. İndi bizə olan borcun üzərinə gündəlik faiz yığılır. “Azərenerji”nin təkcə şimal bölgəsindən olan keçmiş işçilərə borcu şişib, 400 min manatı ötüb”.Xaçmaz və Qubada yaşayan 6 nəfər iddia edir ki, “Azərenerji” ASC onlara vaxtilə yığılıb qalmış və indi 400 min manatı ötmüş borcu ödəmir. Quba sakini Səlahəddin Bəkərovun sözlərinə görə, 2008-ci ilin iyul ayının 1-də “Sumqayıtelektrikşəbəkə” ASC ilə onun arasında podrat müqaviləsi bağlanıb.

O, Xaçmaz və Quba rayonlarında kabel çəkilişlərində montajçı işləyib: “”Azərenerji” “Sumqayıtelektrikşəbəkə”nin hüquqi varisidir və bizə olan borcu da bu qurum ödəməlidir. Biz məhkəməyə də müraciət etmişik. Qətnamə də var ki, pullarımız ödənilməlidir. Tək mən deyiləm, şimal bölgəsindən məndən başqa daha 6 nəfər var”.

9 ildən çoxdur əmək haqqısı “Sumqayıtelektrikşəbəkə” batanlardan biri də Xaçmaz sakini Qabil Feyzullayevdir: “2009-cu ildə Xaçmazda kiçik kabelləşdirmə işləri aparmışıq. Mənim “Sumqayıtelektrikşəbəkə” ASC ilə müqaviləm olub. 3 aydan sonra ASC ləğv olundu, prezidentin sərəncamı ilə “Azərenerji” yaradıldı. “Azərenerji” ilə çəkişmələrdən sonra bizə olan borcun müəyyən qismini ala bildik, qalanını ödəmədilər. Dedilər, təhvil-təslimdən sonra qalanını da alacaqsız”.

Qabil Feyzullayevin sözlərinə görə, “Sumqayıtelektrikşəbəkə” ASC şimal bölgəsindən olan 4 nəfərə ümumilikdə 2900 manat ödəməli imiş. Məhkəmə belə qətnamə çıxarıb: “Müqavilədə göstərilib ki, hər gecikdirilmiş gün üçün borcun üzərinə 000.14 faiz gəlir. Məkəmə də qərar çıxarıb ki, təkcə mənə 877 manat 38 qəpik ödənməlidir. Hər gecikdirilmiş gün üçün isə üstünə ümumilikdə 124 manat gəlir. Məhkəmə də uyğun qətnamə çıxarıb”.

2 il əvvəl Sumqayıt, Xırdalan, Mərəzə, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar paylayıcı elektrik şəbəkələri və Xızı elektrik şəbəkə rayonu “Sumqayıtelektrikşəbəkə” ASC-nin tərkibindən çıxarılaraq “Azərenerji” ASC-nin tərkibinə daxil edilib. Həmçinin həmin regional elektrik şəbəkələrinin çevik idarə olunmasının təmin edilməsi məqsədilə Sumqayıt Regional Enerji Təchizatı və Xaçmaz Regional Enerji Təchizatı MMC-lər təsdiq edilib.

 

Məhkəmə qət edib ki, borclar ödənilsin, amma…

Zəhmət haqqısını əldə edə bilməyən azı 30 nəfər 2011-ci ilin oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Cavabdeh tərəf olan “Sumqayıtelektrikşəbəkə”yə məhkəmənin yeri və vaxtı barədə dəfələrlə xəbərdarlıq olunsa da, heç bir səbəb göstərmədən məhkəmədə iştirak etməyib. Məhkəmə onlara olan borcun və yığılan faizlərin “Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən ödənilməsi barədə qətnamə çıxarıb.

Şikayətçilərin deməsinə görə, icra vərəqəsi əvvəlcə Xaçmaz rayon icra şöbəsinə göndərilib. Çox keçməyib ki, sənəd icra olunmadan geriyə – Sumqayıt icra şöbəsinə qayıdıb. Sumqayıt məhkəməsi “Sumqayıtelektrikşəbəkə” ASC-nin hüquqi varisi “Azərenerji” ASC ilə əvəz edilməsi barədə qərar çıxarıb. İcra olunması üçün ərazi aidiyyəti üzrə Səbayel rayon icra şöbəsinə göndərib. İki aydan sonra Səbayel icra şöbəsi heç bir əsas olmadan icra vərəqəsini icra etmədən Sumqayıt icra şöbəsinə qaytarıb.

Böyük icra məmuru nə deyir…

Sumqayıt Regional Ədliyyə Şöbəsinin böyük icra məmuru Fərhad Məmmədov da “Azadlıq” radiosuna məhkəmə qətnaməsini icra edə bilməməklərinin səbəbindən danışıb: “Onların dediyi “Sumqayıtelektrikşəbəkə” ləğv olunub. Ona görə də qətnaməni icra etmək olmur. Elə bir qurum yoxdur ki, məhkəmə qətnaməsini icra edə… Bu iş Ali Məhkəməyə qədər gedib çıxıb. Məhkəmələr “Azərenerji”ni hüquqi varis kimi tanımayıb. Biz özümüz onları hüquqi varis kimi tanımışdıq, vermişdik məhkəıməyə. Ali məhkəmə də son qərarını çıxaranda o qurumu hüquqi varis kimi tanımadı”.

Böyük icra məmurunun sözlərinə görə, icra şöbəsində “Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlı çoxlu sayda icra vərəqələri var. Ancaq ASC ləğv olduğuna görə icraları mümkün deyil: “Bu işlər Prezident Administrasiyasına qədər gedib çıxıb. Ancaq dediyim kimi, “Sumqayıtelektrikşəbəkə” fəaliyyət göstərmədiyi üçün və məhkəmə “Azərenerji”ni hüquqi varis kimi tanımadığı üçün heç nə edə bilmirik”.

İndi keçmiş “Sumqayıtelektrikşəbəkə”nin keçmiş podratçılara borcu yüz minləri ötüb keçir. Ancaq bu borcu kim ödəyəcək, nə vaxt ödəyəcək, bunu bilən yoxdur. Keçmiş podratçılarsa pullarını “Azərenerji”dən tələb edirlər…

 

Əfsun

Mənbə: gundelik-baku.com

loading...
598 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Cənubi Koreya prezidenti həbs olundu – Korrupsiya
Dəhşətli fırtına olacaq - Xəbərdarlıq
İsrail də BMT-nin pulunu kəsdi – Səbəb
Bjezinski: “Rusiyanın ərazi aclığı var”
Trampın viza qadağası təxirə salındı
Çevriliş sirləri Türkiyədə gizlənib - Nazir
Kişi və qadınlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI
Türkiyə artıq Avropanın müttəfiqi deyil - Nazir
Kəndimizin son günü (37-ci yazı)
30 Mart - Günün qoroskopu
Ukrayna günahı Rusiyanın üzərinə atmaq istəyir - Lavrov
Ronaldonun adı beynəlxalq aeroporta verildi - Foto
ABŞ-da yeni 11 Sentyabr planlaşdırılır – Şok iddia
Suriyada razılaşma - Ən böyük təxliyə
Bakıya görə İrəvanla... - Pakistan mətbuatı
Rumıniyanın sabiq regional inkişaf və turizm naziri həbs edildi
Sərnişinin həyatını xilas edən sürücü mükafatlandırıldı
15 iyulun daha bir şok planı üzə çıxdı: O öldürüləcəkdi...
Bakıya səfər edəcəyimdən çox məmnunam - Brül
Türkiyədən çox şey asılıdır - Rusiya
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib - Foto
Rusiyalı tanınmış alim Xocalı ilə bağlı petisiya hazırladı
150-yə yaxın məcburi köçkün işə qəbul edildi - Foto
Bir çox strateji yerləri işğaldan azad etdik - Norvuzov
Dəmirdaşa 142 il həbs cəzası...
Oreşkin: “Rusiya SSRİ-ni bərpa etmək gücündə deyil”
İtaliya KİV-də Bakı limanı haqda yazı çap olundu
Britaniya: “NATO-dan çıxmayacağıq”
Planetin məhvinə səbəb ola biləcək – 5 təcrübə
Zelandiyadan 3 milyonluq yardım
“Xalqbank” müavini tutuldu, Çavuşoğludan ABŞ-a - Mesaj
Bakılı oğlandan gözəl ifa - Video
Azərbaycanda
Sabahın hava proqnozu açıqlandı
60 milyardlıq Breksit başladı
İran və Rusiya viza rejimini ləğv etdi
29 Mart - Günün qoroskopu
İdmançılarımızdan Macarıstanda uğurlu start
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
Türkiyədən kürd bayrağına reaksiya: Doğru deyil
Şotlandiyadan müstəqillik yolunda ilk addım
Türkiyə-ABŞ-la razılaşa bilməyəcək - Admiral
Yeni konsepsiyalı ilk kompleks - kitabxana açıldı - Foto
FETÖ-çuların toplantısına belə basqın edildi - Video
Rusiya ilə İran üçüncü ölkələri... - Ruhani
“Aksent”in rəhbəri: “Bakını çox sevirəm”
Ərdoğan Bakı-Tiflis-Qars layihəsinin açılışına qatılacaq
İraqda sünni muxtariyyəti yaradılmayacaq
Bu il ali məktəblərə qəbulun keçid balları açıqlandı
Bakı ilə bağlı bu xəbər dünyanın 158 KİV-ində dərc edildi - Foto
Rusiya: “Orada MDB-dən 10 min terrorçu var”
Fabrikə hücum edən İŞİD-çilər məhv oldu
Əməkdar artist vəfat etdi
Lukaşenkodan erməni səfirə: “Lapşini kimə verməliydik?”
Rusiya İran hərbi bazasından istifadə edə bilər
Bundan sonra bu dillə danışacağıq – Video
“Heç kimə İsraili küsdürməyə izn verməyəcəyik”
Kissincer: “Putin sizinçün Hitler deyil”
ABŞ dövlət katibindən Qarabağ açıqlaması
İnsan beyni ilə kompüter birləşir - Dünyanı dəyişəcək kəşf
Gürcülərin Şengen ölkələrinə vizasız gedişi başladı
Tramp bizi yeni müharibəyə aparır - Senator
Prezident 30 əfv sərəncamı imzaladı
Putin: “Balkanlardan narahatıq”
Mərkəzi Bank yeni məzənnəni açıqladı
28 Mart - Günün qoroskopu
Ən çox qazanan futbolçu və məşqçi kimdir?
Kəndimizin son günü (36-cı yazı)
İstanbul susuz idi, çöp dağları... - Ərdoğan
Uzunömürlülərlə bağlı maraqlı fakt aşkarlandı
Azərbaycan – Almaniya: Kim necə oynadı?
Putinlə Ruhani Trampı müzakirəyə çıxarır?
Matviyenkodan Bakı açıqlaması:
Kreml Rusiyadakı mitinqləri diqqətlə analiz edir
Sevda: “O haqda danışmağa utanıram...”
Bakının bu küçələrində hərəkət dayandırılacaq - 5 gün
İŞİD rus helikopterini vurub? - Açıqlama
Türkiyə Ardasız qaldı
Həkim jurnalistdən rüşvət tələb etdi
Əflatun Amaşov Dzidziquri ilə görüşdü
31 Mart - Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub
Azərbaycanlı qız erməni müəllimi məhv etdi - Polşada
“Rusiya Ukraynanı daxildən parçalamaq istəyir”
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
Ermənistan üç günə 3 hərbçi itirib – Aydəmirov
Saakyan: “20 il sonra Ermənistan olmayacaq”
XİN-dən ermənilərin Şuşa vandalizminə - Reaksiya
Əməkdar artist bazarda maşın satır - Foto
Rusiya ABŞ-a görə BMT TŞ-ni toplayır
Rusiya Mərkəzi Asiyada təlimlərə başladı
Məsud Özil kədərli həyatından danışdı
SSRİ-nin məşhur “Volqa”ları qayıdır
ABŞ-dan etiraf: “Gülən Bin Laden qədər...”
27 Mart - Günün qoroskopu
Koreya hakerləri dünya banklarına hücum etdi
Hakan Şükür “Qalatasaray”dan qovuldu - Son qərar
Kəndimizin son günü (35-ci yazı)
Almanlara məğlub olduq - Video
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com