İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Tələbələr ev axtarır, qiymətlər isə “əl yandırır” – REPORTAJ |


Son dəqiqə

SOSİAL > Tələbələr ev axtarır, qiymətlər isə “əl yandırır” – REPORTAJ

Tələbələr ev axtarır, qiymətlər isə “əl yandırır” – REPORTAJ
Tarix : 17 Avqust 2014 18:11

Artıq yay mövsümünün başa çatması ilə əlaqədar rayonlardan Bakıya gələnlərin sayı durmadan artır. Onlar arasında paytaxta işləməyə gələnlər və ali məktəbə qəbul olan tələbələr çoxluq təşkil edir. Bakıda qalmağa yerləri olmayan rayon sakinləri məcburiyyət qarşısında qalıb paytaxtda kirayə ev tuturlar. Xüsusən də tələbələr…

Tələbələrin şəhərə axını hər il olduğu kimi bu ildə kirayə ev bazarında qiymət artımına səbəb olub. Fürsətdən istifadə edən ev sahibləri qiymətləri necə deyərlər ceyran belinə qaldırıblar.
Bakıda “kirayə bazarı” kimi tanınan “Neftçilər” metrosunun yaxınlığındakı parkda apardığımız müşahidələr bunu deməyə əsas verir.

“Subayalara ev vermirik, evi bərbad edirlər…”

Parka daxil olan kimi orta yaşlı bir kişi bizə yaxınlaşıb kim üçün və necə ev istədiyimizi soruşdu. Hələ ki, qiymətlərlə maraqlandığımızı dedik. Bildirdi ki, şəhərin bir çox yerlərində evi var və evini yalnız ailəli adamlara kirayə verir:

“Subaylara ev vermirəm. Ailəli adamlara kirayə vermək mənə sərf edir. Çünki subay adamlar, xüsusən də oğlanlar bir neçə dəfə evimi bərbad hala salıblar. Evlərin qiyməti tələbələrin gəlişi ilə arta bilər. Hələ heç nə bilinmir ki, tələbələrə görə qiymət artımı olacaq, ya yox. Evlərin qiyməti 300-400-450 civarında dəyişir. Həyət evləri də var ki, Qaraçuxurda bir otaq sahibə ilə birlikdə 150- 160 manatdır. Hazırda Neftçilərdəki evimi 350-400 manata kirayə verə bilərəm”.

“Tələbə kirayə haqqı versin, yoxsa qarnını doyuzdursun?”

Həmsöhbətimdən bir az aralıda əyləşən iki yeniyetmə qızın üzündəki ümidsizlik və yorğunluq ifadəsi onların bazarda ciblərinə uyğun ev tapa bilmədiyindən xəbər verirdi.
Problemin nədə olduğunu aydınlaşdırmaq üçün qızların atası Elçin Məlikovla ilə həmsöhbət olduq. Rayondan qızlarını oxumaq üçün paytaxta gətirən Elçin deyir ki, kirayə evlərin qiyməti onun məvacibi ilə uyğun gəlmir. Hardasa 20 gün olar ki, o bu bazara gəlib-gedir.

“Yataqxanalar olsa idi belə olmazdı. Tələbələrin hamısı ev axtarır, küçələrdə qalıblar. Evlərin qiymətini dəllallar qaldırıblar, təlabat çoxdu deyə belə edirlər. 50-60 manat əvvəlki qiymətin üstünə gəliblər. 3 aydır eşidirəm ki, evlərin qiyməti qalxıb. Şəhərdə bir otağı 300 manatdan aşağı tapmaq lotoreya udmaq kimi bir şeydir. Bir tələbə üçün bu çox bahadır. Tələbə bilmir ki, qarnını doydursun, yol pulu, təhsil xərcini versin, yoxsa 300 manat kirayə pulu ödəsin. Mənim uşağım 11 il əziyyət çəkib, 600-ə yaxın bal yığıb, indi gəlib çarəsiz vəziyyətdə qalıb. 20 gündür münasib ev axtarırıq. Heç bir ev cibimizə uyğun gəlmir.

Ümumiyyətlə ayrıca evi tələbəyə çox çətinliklə verirlər. Əsasən ev yiyəsi ilə birlikdə qalmağı tələb edirlər. Çünki evləri tək verməyə ürək etmirlər. O baxımdan ki, tələbələr evləri qaydasında saxlamaz, evə kənar şəxslər gətirər və s. Elə qızlar üçün də çox çətindir. Ya kirayə vermirlər, ya da evlərin qiyməti dəvə qiymətindən baha olur. Üstəlik də kommunal xərcləri də bizim boynumuza qoyurlar. Bu da gəlib 350 manata çıxır. Çox pis vəziyyətdir.

Ev sahiblərinin özləri bura gələndə qiyməti aşağı salmaq olur. Ancaq dəllallar qiyməti aşağı salmağa imkan vermir, çünki bunların özlərinin burada xeyiri var. Ev yiyələri təsadüf nəticəsində bura gəlir. 8-ci kilometrdən Şıxova qədər hissəsində qiymətlər belədir. Hətta 500 manata qədər davam edir. Şəhər kənarlarında isə evlərin qiyməti bir az aşağıdır. Binəqədidə 100-150 manata sahibə ilə birlikdə ev verirlər. Ancaq bu da bizə uzaq düşür.

Zabratda, Qaraçuxurda, Bakıxanovda, Keşlə bazarının yanında, NZS qəsəbəsində keçən il 120- 150 manata bir otaqlı həyət evi tapmaq olardı. Bu il isə mümkün deyil. Özü də ev sahibləri yalandan deyirlər ki, ev belə yaxşı şəraitdədir, superdir filan. Super bilirsiniz nəyə deyirlər bunlar,evi ağardıb, suyu, qazı var, vəssalam. Bir paltar asan, bir kuxna mebeli, soyuducu, televizor, bir də tələb etsən paltar yuyan maşın olar”.

“Ev sahibləri türklərə üstünlük verir…”

Dəllal Natiq isə evlərin qiymətinin artmasında onların günahsız olduğunu deyir.

“Evlərin qiymətinin qalxmasının səbəbi tələbələrlə bağlı deyil. Tələbələr hələ elə bir qüvvə deyillər ki, qiyməti qaldırsınlar. Əsas qüvvə fəhlə sinfi və Azərbaycanın bölgələrindən gələnlərdir. Qiymətin qalxmasına səbəb onlardır. Sadəcə tələbələr dilə düşüb. Bugünkü gün üçün real olaraq biz heç kirayə ev tapıb onlara verə bimirik. Siz qiymətdən danışırsınız, amma kirayə yoxdur. Bu Bakının yüklənməsi ilə bağlıdır. Ona görə də təmirsiz, adi bir evi 300-350 manata verirlər. Təsəvvür edin ki, 300-400 manat maaş alan fəhlə evə bu qədər pulu verərsə nə yesin, kəndə necə pul göndərsin. 300 manatlıq ev içində soyuducu, stol, stul, çarpayı olan orta şəraitli bir ev olur. Kommunal xərcləri də bura gəlin. Ev pulunun çoxluğuna görə bəzən 10 nəfər bir otaqlı evdə qalırlar.

Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı körpünün altında bəlkə də 500 nəfər fəhlə oturub iş gözlüyür. Hansısa sahibkar onları aparıb işlədəcək ki, o axşama 20 manat çıxarda bilsin. O iyirmi manatı elə bölməlidir ki, hər şeyin xərcini hesaba vursun. İş yerlərinin də qazancı Maşalllah elədir ki, heç kim gedib qəpik quruşa işləmək istəmir. Haqlıdırlar da. Yaxşı qiymətə işləməlidir ki, heç olmasa evin pulunu da verə bilsinlər. Bu gün “Neftçilər”də, “Qara Qarayev”də, “Həzi Aslanov”da yeni binlarda 2 otağı 500 manata kirayə verirlər.

Eyni zamanda ev yiyələri bizim oğlanları ona görə istəmirlər ki, kirayə verəndən sonra oğlanlar həmin evlərdə əsər-əlamət qoymurlar. Silmirlər, süpürmürlər, təmizləmirlər. Kimə sərf edər ki, xeyli xərc qoyduğu evi bərbad hala salsınlar. Təbii ki, bir insan görsə ki, tələbə evə yaxşı baxır, ikinci dəfə də istəyəcək ki, tələbə kirayə saxlasın. Qızlara da vermək istəmirlər. Çünki ev təmizləmirlər. Bütün hallarda ailəli adamlar etibarlıdır.

Amma türkiyəli oğlanlara məmnuniyyətlə ev verirlər. Onlar həm yüksək səviyyəli, həm də bahalı ev götürürlər. Eyni zamanda təmizliyə riayyət edirlər. Onlar da fəhlə işləyirlər, ancaq heç vaxt gedib pis evdə qalmırlar. Deyirlər ki, səhər-səhər evdən çıxanda yaxşı düşüncə ilə çıxmalıyıq. Bizimkilər isə özlərini pis aparırlar. Əgər bir yerə zərər dəyibsə onu mütləq bərpa edirlər. Azərbaycanlı oğlanlar əksinə evin pulunu, kommunal xərcləri verməyib qaçırlar.

Biz dəllallar da istiyərik qiymətlər aşağı düşsün ki , biz tez bazar ev verək . 350-400 manata istəyən yoxdur axı. Mən də belə olan halda qalıram əli boş. Ev yiyələrinə deyirik ki, ay ev yiyəsi, bunu aşağı ver ki, kirayənişin uzun müddətli qalsın, bir ay qalıb qaçmasın.

Məsələn, metro ətrafı, bahadır, “Gənclik”, “Nərimanov” metrosunun yanında bir otaq 300-350 -400 manatdır. Buna da hamının gücü çatmır axı. Tələbələr yataqxana ilə təmin edilsə, rayonlarda iş olsa tələbat da, qiymətlər də aşağı olar. Çünki 9 milyonluq əhalinin 5 milyonu paytaxtdadır”.

Dəllal Natiq deyir ki, ev alqı-satqısında qiymətlərdə isə bir ara yüksəlmə nəzərə çarpsa da, indi sabitləşib.

“100minlik ev 115 min olub hazırda . Təbii ki, yerlərindən asılı olaraq fərq var. “Neftçilər”də bir otaq təxminən 55-60 mindirsə, ortablok, orta mərtəbəli iki otaqlı ev təxminən 85-90 minə gəlib çıxa bilər. “Nərimanov”da isə bir otaqlı ev 65-70 minə gəlib çatır. Uqlavoylar, birinci, beşinci mərtəbə isə nisbətən azdır”.

Apardığımız müşahidələr göstərir ki, ali məktəblərin fəaliyyətə başlamasına az qalsa da kirayə ev axtarışında olan tələbələrin çoxu qalmağa ev tapa bilməyiblər.

Azvision.az

loading...
278 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22 Fevral - Günün qoroskopu
Bu, Azərbaycan üçün tarixi hadisədir - Sobhani
Rusiya bu ölkəyə qadınları göndərib iğtişaş yaradacaq
Suriya ordusu Palmiranı geri qaytarır
ABŞ səfiri Xocalı abidəsini ziyarət etdi
NATO sərhədlərimizdə uçuşları artırıb - Rusiya
Mehriban Əliyeva xalqın rəğbətini qazanıb - Deputat
Kamal Abdulla: İlham Əliyev bu siyasəti uğurla icra edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət başçısı İlham Əliyevi təbrik edib
Avropa bu məhsullarımıza maraq göstərir
Gürcüstandan növbəti Qarabağ bəyanatı: Tanımırıq
Prezident İlham Əliyev fərman imzaladı
Dini icma rəhbərləri Mehriban Əliyevanı təbrik etdi
Yunker: “Çörçil olmasaydı, biz indi burada...”
Qəzzafinin oğlu itib – BMT
Məmmədyarov Türkiyəyə getdi
Mehriban Əliyevanın bu təyinatını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək… - YAP-dan reaksiya
Türk ordusunun qələbəsi Səudiyyəni həvəsləndirdi
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər - Foto
“Atatürkün də söylədiyi kimi, Azərbaycanın...”
Prezident İlham Əliyev Mehriban xanımı təqdim etdi - Video
Mehriban Əliyevanın təyinatı dünya mətbuatında
PA-dan Mehriban Əliyevanın təyinatına – İlk reaksiya
Prezident İlham Əliyev Mehriban xanımdan danışdı
Mehriban xanımın I vitse-prezident kimi - İlk çıxışı
Mehriban Əliyevanın təqdimetmə mərasimindən - Fotolar
Cocuq Mərcanlı yolu yenidən çəkilir - Foto
Aynur Camalqızı - Möhtəşəm qadın
Sabah hava necə olacaq?
General Ərdoğana məxfi görüşdə nələr deyib?
Türk milyarder Ukraynadakı zavodlarını bağladı
Mehriban Əliyeva birinci vitse-prezident təyin olundu
21 Fevral - Günün qoroskopu
Həmyerlimiz Rumıniyada vitse-prezident oldu - Foto
Qarabağdakı “referendumu” tanımırıq - Latviya
Ukraynalı deputatlar İçərişəhərdə - Fotolar
Milyarderin
Fransadan Rusiyanın kiber hücumlarına - Reaksiya
Rəsmi Tiflis:
İran hərbi təlimlərə başladı - Hücuma hazırlıq
Prezident İlham Əliyevdən turistlərlə bağlı - Sərəncam
Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşdü - Foto
Prezident İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı
Ukrayna Ali Radasının deputatları Milli Məclisdə
O məşhur uşaqları belə də görün - Video
“Putin Donbasda ikinci Hələb yaratmaq istəyir”
Qəzzafinin qardaşı Qərbin Liviya planından danışdı
O müğənnilərin siyahısı məndə var... - Qarayev
Türkiyənin daha bir şəhərində Qarabağ parkı olacaq - Video
Ərəblərlə ruslar dünyanın ən güclü qırıcısını yaradır
İran XİN:
Zəfər anı: Əl Babdan son görüntülər - Foto
Hitlerin milyonların ölümünə bais olan “silahı” satıldı
Bakıda yaz havası olacaq
Rusiya aktivləşir: Suriyadan sonra sıra bu ölkədədir
IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üzrə qəbul edilmiş antikorrupsiya hesabatı təqdim edilib
Türkiyə-ABŞ qapalı görüşünün - Təfərrüatı
Ermənilər Qarabağın işğalını etiraf etdi - XİN
Pakistan bu hərbi təyyarəni Azərbaycana verir
Kəmaləddin Heydərov BƏƏ-də işgüzar səfərdə oldu
Prezident İlham Əliyev Qətərin təhsil nazirini qəbul edib
Azərbaycan ilə Ukrayna arasında hüquqi sahədə əməkdaşlıq daha da genişlənir
Qaqauzların xanım lideri: Ərdoğanı gözləyirik
ABŞ-dan Rusiya etirafı: Gərginliyi azaltmaq istəyir
Cocuq Mərcanlıda 120 qəlpə aşkarlandı
Somalidə terror: 35 ölü, 40 yaralı
Əsədin ordusu yenidən türkmanları hədəf alır
Oğlum gimnastikanın pərəstişkarı oldu - Konsul
Türkiyə inqilab edir - Ərdoğan
Ukraynada gərginlik: 9 hərbçi yaralandı, 1-i isə...
İraqda PKK-nın mağaraları məhv edildi
Londonda “Qarabağ kolleksiyası” - Foto
Senator:
Türkiyə baş naziri kürd liderlə nələr danışdı?
Əməkdar artistdən analara sürpriz
Ələ keçən yadplanetli sorğu-sual edildi – Şok video
 Səfərbərlik və çağırış resurslarının uğurla tənzimlənməsi ordu quruculuğuna xidmət edir
GDU-nun rektoru Yusif Yusibov rüşvətxor müəlliməni vəzifədə saxlayır - ÖZƏL
İspanlar Bakıda təbliğat aparır - Foto
Çavuşoğlu münaqişə ilə bağlı adaya gedir
Texnologiya mallarının qiyməti ucuzlaşdı
Tiflis və Moskva arasındakı viza ləğvinin şərti açıqlandı
Mosulun qərbi İŞİD-dən azad edilir - Əməliyyat
Onların PKK ilə əlaqələrindən narahatıq - ABŞ
Viranşehir teraktında ağlasığmaz detal - 1 ton
Ruslar bu şərtlə Putini yenidən qalib edəcək - Ekspert
İngilis siyasətçidən yunanlarla bağlı etiraf: Səhv etdik
TƏHLÜKƏ: evinizdə bu oyuncaqlar varsa, MƏHV EDİN
Barselonada Avropanın ən böyük mitinqi keçirildi
Kəndimizin son günü (26-cı yazı)
18 Fevral - Günün qoroskopu
Lənkəranskidən sonra ona biət edirlər...
Kiyevdə 3 gündən sonra savaş başlayacaq - Jirinovski
Qar hərəkəti iflic eti: Sürücülər təlaş içində - Video
BBC-nin filmi Rusiyanı şoka saldı
“Tiflis İrəvana görə 21 milyon itirir”
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com