İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Tanınmış xanım jurnalistin dəli sevgi etirafları |


Son dəqiqə

SOSİAL > Tanınmış xanım jurnalistin dəli sevgi etirafları

Tanınmış xanım jurnalistin dəli sevgi etirafları
Tarix : 20 Avqust 2014 23:37

Bu dəfə tanınmış jurnalist Kəbutər Haqverdinin sevgi etiraflarını dinləyəsi olduq. Bu günlərdə yaşadığı Türkiyədən Bakıya tətilə gələn xanım yazarla çoxdan vədələşdiyimiz söhbətin ardına düşdük. Bacısı Çiçəyin işlədiyi gözəllik salonunun səliqəli və sərin otaqlarından birində üz-üzə oturmuşuq. İllər öncənin Kəbutəridir. Dəyişiklik o qədər də nəzərə çarpmır…

 

 

İlk sevgi məktubu və ördək balası…

 

- Adına çox az təsadüf olunur… nadir addır, – söhbətə ayaq veririk.

 

- Adımı nənəm qoyub – anamın anası. Pişəvəri hərəkatında bütün doğmalarını, partiya yoldaşı olan gəlinləri farslar qətl edəndə o da balalarının əlindən tutub Arazı keçib, Bakıya pənah gətirib. Anam bizə yaşadıqları çadır şəhərciyindən, Mircəfər Bağırovdan söhbət açanda elə bilirdik nağıl danışır. O birilərinin bilmirəm, mənim adımı nənəm bir də o torpaqlara qayıda bilməyəcəyini başa düşəndən sonra özünə təsəlli üçün qoyub. Farscada göyərçin anlamına gəlir.

 

- Nənən balalarının əlindən tutub Arazı keçəndə heç də uzağa getməyib…

 

- Hə, elədir. Biləsuvar rayonunun bir hissəsi İran İslam Respublakasının sərhədlərinin arxasındadır. Burada Ağayrı kəndində doğuldum. Yulğun və yovşandan başqa bitki bitməyən, suyu içilməyən bozqır-duzlu çöllük, mənim üçün cənnət guşəsi.

 

Kəbutərlə vədələşdiyimiz mövzuya keçidimizi gənc müxbirimiz Nihad Cəbrayılın sualı bir qədər ləngidir:

 

- Niyə Ağayrı?

 

-  Kəndimiz əslində qışlaq olub. Obamız qışlağa gələndə ağsaqqalaradan biri vəfat edir və vəsiyyət edir ki, onu uzaqdan görünən ağ əyrinin yanında dəfn etsinlər. Sonra Gülüstan müqaviləsi ilə Azərbaycan İran və Rusiya arasında bölünür və mən az qala 100 il sonra Rusiyanın payına düşən hissədə doğuluram.

 

7 illik həbsxana…

 

Uşaqlıq vaxtlarından, anasının onlara güclü nəzarətindən, kənd yerinin adət-ənənəsindən irəli gələn qadağaların bolluğundan, atasının zəhmli baxışlarından söz açır. Qəhrəmanımızın Bakıya təhsil dalıyca gəlişi və ona olunan sevgi etirafları söhbətimizin əsas mövzusuna çevrilir:

 

- Gənc idin, kənd mühitindən böyük bir şəhərin – canavarın qarşısına düşdün. Oğrun baxışlar, ürək çırpıntısı və sonra da evlilik həyatı. Seçimin sənə hansı uğurları gətirdi?

 

- Evlilik həyatı mənə 7 illik həbsxana yaşatdı. İşgəncə, basqı, əzab. Axır ki, qaçdım. Qızım doğuldu və 3 gün sonra evdən getdim.

 

Həyat yoldaşın öz kəndçiniz idi? Bilmirdinmi sənin “saqqızını oğurlayan” kimdir?

 

- Yox, Aşıq Ələsgərin yerlisi idi.

 

- Ağayrıda heç sevən olmadımı səni?

 

- Anamın anası, nənəm Bakıda yaşayırdı deyə, mən 8-ci sinfə qədər onun yanında böyümüşdüm. Odur ki, kənd arasına çıxmaq, ünsiyyət qurmaq kimi komplekslərim vardı.

 

- Heç sənə eşq elan edən, sevgi məktubu yazan olmadımı o kənddə?

 

- Atam çox zəhmli kişi olduğundan anam uşaqlıqdan bizim hərəkətlərimizi onun qorxusu ilə tənzimləyirdi: bir oğlana baxsanız, atanız ətinizi şişə çəkər, biri məktub yazar – başınızı kəsər.

 

– Bu yaşa qədər heç sevgi məktubu almadınmı?

 

- İlk və son aldığım sevgi məktubunu hələ də saxlayıram. Artıq evli deyildim. Ayrılmışdım, bir şox qəzetlərdə çalışandan sonra nəhayət “Yeni Azərbaycan” qəzetindən dəvət almışdım. Ümumi otaqda 12 nəfər otururduq və hamısından yaşlısı mən idim. Təbii ki, arada məsafə, hörmət, filan. Bir gün günorta yeməyindən qayıtdım, baxdım ki, masanın üstündə blaknotum açıq halda durur. Ən son səhifəsində iri qırmızı hərflərlə yazılıb: Sevgi məktubu. Təəccüblə oxumağa başladım. Demə, kimsə mənə zarafat edibmiş. Mənsə ilk dəfə ünvanıma yazılmış bu məktuba necə qapılmışamsa bütün otağın diqqətlə məni izlədiyini hiss etməmişəm. Təsəvvür edin ki, məktub bitənə qədər mən artıq fikrimdə bu sehirli sözlərin müəllifi ilə görüşmüş, ürəyim böyük bir sevgi ilə döyünməyə başlamışdı. Ən son sətirdə “mən sənə elə aşiq olmuşam ki, div qurbağaya aşiq olan kimi” sözlərini oxuyanda içimi çəkib ağlamağa başladım. İndi əyləncəli gəlir mənə, amma o zaman az qala işdən çıxmaq istəyirdim. Utandığımdan uşaqların üzünə baxa bilmirdim və hələ də bilmirəm ki, o məktubu kim yazıb, məqsədi nə idi. Amma o məktub mənə insanların hisslərinə hörmətlə yanaşmağı öyrətdi.

 

- İki uşaq və ayrıldın. Həm də 7 ildən sonra.

 

- Əslində 3 il idi ayrılmışdıq. Sadəcə, bir evdə yaşayırdıq və kimsəyə hiss elətdirmirdik ki, ayrılmışıq. Qızım doğulan günü bu birlik də bitdi.

 

- Qızının atası…

 

- Aramızda bir cizgi vardı və nə o, həmin cızgını keçir, nə də mən şərait yaradırdım. Üstəlik, evimiz onun qohumlarının ailə yataqxanası rolunu oynayırdı. Qadınların və kişilərin otaqları, salon, mətbəx. Kim nə tapdı yeyirdi, əsgər kazarması kimi. Bir gün sırf təsadüfdən mən otağımın qapısını qıfıllmağı unutmuşam, bu da elliklə getdikləri qohum toyundan tək qayıdıb. Aramızdakı anlaşmanı pozması bardağı daşıran son damla oldu. Bir il sonra ayrılarkən 6 yaşlı oğlumla bərabər içimi gəmirən nifrət və qucağımda 3 günlük qızım da vardı.

 

Probleminiz nə idi?

 

- Davamlı xəyanət edirdi.

 

– Azərbaycanlı Don Juan?

 

- Onunla evlənəndən sonra Don Juan mənə sədaqət mücəssəməsi kimi görünürməyə başlamışdı.

 

Cəhənnəmdə də onunla birlikdə olmaq istəyirəm

 

 - Bununla belə, 7 il bir yerdə yaşadız…

 

- Ona nifrət etsəm də, yəqin ki, sevirmişəm. Amma bütün zəif qadınlar kimi əlimdə bəhanəm vardı – oğlum atasız böyüməsin. Ayrılmaq qərarımı verəndə də adi qadın fəndindən istiadə etdim: uşaqlarım belə atanın yanında tərbiyə ala bilməz.

 

- İndi necə?

 

- Dünyasını dəyişsə də, unuda bilmirəm onu. Cəhənnəmdə də onunla birlikdə olmaq istəyirəm, qaynadığı qır qazanının altına odun qoymaq üçün…

 

Qadınlar adətən kişilərin xəyanətini əvəzsiz qoymurlar.

 

- Mən bir az puritan əqidəliyəm. İfrat sədaqətli və xəyanəti bağışlamayan. İndiki yaşla düşünəndə özümə də təəccüblü gəlir, amma qırılmasaydıq, yəqin ki, mən də ona xəyanət edəcəkdim. Çünki bu addım əslində qadının sevdiyi şəxsə nifrət etməsi, ona gedən bağları qırmaq üçün lazımdır.

 

Eşşəyin yediyi çiçək

 

- Ayrılıqlar insanı dəyişir, deyirlər. Özün dəyişməyini hiss edirsən? Yaxud dəyişməyə özünü vadar etdin?

 

- Özüm ayrılsam da, yaşadıqlarımı həzm edə bilmirdim. Özümə inamım sarsılmışdı, cəmiyyətdən ayrı düşdüyümdən zaman sanki üstümdən axıb getmişdi. Kimsəsiz, arzuları məhv olmuş, aşağılanmış, sosial problemlərlə baş başa yazıq bir qadın… Aylarla dodaqlarımda bu misralar dolaşırdım:

 

Səni gözəl bir qız dərəcəkdi,

 

Səni bir eşşək yedi…

 

Hayıf səndən, ay çiçək!

 

Arzu və xəyallarım ördək balası kimi doğulub böyüyürlər

 

- İndi necə – nəsə dəyişdi?

 

- İndi arzu və xəyallarım ördək balası kimi doğulub böyüyürlər. Suya düşsələr, üzməyi də bacarsınlar deyə.

 

- Gənc idin, təkrar ailə qurmaq istəmirdinmi?

 

- Belə axmaq bir fikrə düşmüşdüm. Mənə elə gəlir ki, ayrılan qadınlarda yenidən ailə qurmaq, sadəcə. özünə inamı qaytarmaq, ən azı özü-özünə kiməsə lazım olduğunu, sevildiyini isbatlamağa çalışmaq kimi mənasız cəhdlərdir. Qarşılaşdığım adamla eyni taleni yaşamışdıq. Mən niyəsə inanmışdım ki, bu ağrını yaşayan bir insan artıq kiməsə xəyanət etməz. Qıya bilməz ən pis halda. Ürəyi gəlməz ki, sevdiyi qadına o ağrını yaşatsın. Az-az görüşürdük. Mən qəzetdə işləyir, pul əvəzində kitablar yazırdım. O da böyük bir kompleksə rəhbərlik edir və xəstə övladı ilə məşğul olurdu. Xaricdə müalicə, kreslosu uğrunda verdiyi mücadilə və sair. Amma hər gün telefonla danışır, bir birimizi məlumatlandırır, gələcək perespektivlərimizi müzakirə və mübahisələr edirdik. Bir gün zəng etmədi. Ertəsi gün mən zəng elədim və başa düşdüm ki “işim vardı” bəhanəsi məni sakitləşdirmək üçündür.

 

Mən xəyanətin rəngini görürəm

 

Yanıla bilərdin…

 

- Məhz xəyanəti hiss etməkdə yanılmıram. Mən onun rəngini görürəm.

 

 - Sonra?

 

- Ertəsi gün də eyni qaydada keçdi. Yatağımda oturub gözləyirəm. Gözüm telefon aparatında, dan yeri sökülür ve gecənin əsən yelləri onun başqa qadınla pıçıltısını gətirir mənə. Üçüncü gün gecə saat 3-ə qədər davam gətirə bildim. Qalxıb geyindim, evin açarını götürüb küçəyə çıxdım. Bakının o biri ucu. Ətraf yiyəsiz. İndi heç vaxt cəsarət etmərəm. Qapını öz açarımla açıb evə girdim və gözlədiyim mənzərə ilə qarşılaşdım. İçki, musiqi və digər aksesuarlar. Açarı yuxarı qaldırdım, masanın üstünə qoyub qapıdan çıxdım və taksiyə yüyürdüm. Kürəyimi isti basmışdı. Bir ay her gecə parçanı buzlu suda isladıb kürəyimə qoyurdular.

 

- Sonra heç axtarmadımı səni?

 

- Yox. Məncə də, doğrusu bu idi. Xəyanəti bir dəfə bağışlasan, təkrar yaşayacaqsan. Xəyanət düşüncənin, niyyətin əvvəlcədən planlaşdırıdığı bir aktdır. Bağışlasan, təkrarı gələcək. Həyatın mənə öyrətdiyi budur.

 

Kişilər alicənab olmurlar

 

Qarşılaşmadınız da?

 

- Bir il sonra rəfiqəmlə çay evində oturmuşduq. Bir nəfər yaxınlaşdı. Rəfiqəmin ailə dostu imiş. Söhbət zamanı məlum oldu ki, eyni nazirliyin işçisidirlər. O da başqa bir pansionatın rəhbəridir. Dilimi tuta bilmədim və onu soruşdum. Cavabında nəsə dedi. Başa düşdüm ki, nəsə pis hadisə baş verib, amma nə? Təkrar soruşmağa utandım. Evə qayıdanda rəfiqəm anlatdı ki o, ölüb. Xərçəng imiş.

 

- Bəlkə xəyanət dediyiniz sizi özündən uzaqlaşdırmaq üçün imiş?

 

- Kişilər alicənab olmurlar. Həm də bu mövzuda heç olmurlar. Xəyanətə heç bir don geyindirmək mümkün deyil.

 

- Amma evlənmisiniz.

 

- Bu, artıq hesablanmış bir evlilikdir. Adamla uzun zaman idi bir-birimizi tanıyırdıq. İlk tanışlığımız zatən onun evlənmək niyyəti ilə olmuşdu. “Yox” demişdim. Amma elə bir vaxt gəldi ki, səhhətimdə yaranmış problemlərlə bağlı İstanbula gedəsi oldum. Daha yaxından tanıdım. Bakıya qayıdandan sonra çox düşündüm. Necə deyim, çanaq o yazığın başında çatladı, bu qədər yaxşı insan olmağının nəticəsi olaraq mən ona evlilik təklifi etdim.

 

Xarici vətəndaşla nikah boğaza salınmış çatıdır

 

- Heç peşman olduğun vaxtlar olmadımı?

 

- O qədər… Xarici vətəndaşla nikaha girmək boğazına salınmış çatının başqasının əlinə verilməsidir. O adam da fürsətçi və feodal təfəkkürlüdürsə, anan ağlayacaq. Həm də mənim kimi feminist və özbaşına birinin. Çox acılar çəkdim və çox da peşman olmuşdum. Üstəlik, sevə bilmirdim yaşadığım şəhəri – İstanbulu. Nə qədər eyni görünsə də, başqa mədəniyyətdir.

 

- Yad ölkədə təkbaşına…

 

- Təkbaşına deyildim. Dostlarım, Azərbaycan mətbuatının iki gözəl yazarı Esmira Şükürova və Əntiqə Qonaq ən kritik durumumda arxama, dayağıma çevrildilər. Səhhətim normallaşdı, uşaqlar böyüdü. Peşimanşılıq keçdi. Bu yaxınlarda dünyasını dəyişmiş bir aktrisanın müsahibəsini oxudum. Deyirdi ki, qorxuram, öləndən sonra desinlər ki, onun tabutunu pəncərədən çıxartdılar. Onda başa düşdüm ki, doğru olanı etmişəm.

 

- Feminist ruhunsa hələ də ram edilməyib.

 

- O ruh oğluma məğlub oldu. Evimizin şəriksiz hökm verəninə. Mənim qərarlarımı təsdiqləyən indi oğlumdur. Məni qəlibə salmağı heç bir kişi bacarmamışdı. O, bacardı. Bu, böyük və xəyanət qorxusu olmayan sevginin nəticəsidir.

 

Öz külündən dogulan Anka quşu

 

- İndiki evliliyini də deyəsən gözəl sonluq gözləmir…

 

- Yaş və ya təcrübə insana o qədər çox şey öyrədir ki. Həyatın hər acısını daddım, dəfələrlə alovuna büründüm və külüm qalana qədər yandım. Amma məhv olmadım. İçimdəki həyat eşqi öz külümdən doğurdu məni. Eynən Anka quşu kimi… Öpülməyən dodaqlar, sevgi gileyi və əxlaqsız qadın…

 

- İki evlilik arasındakı bir dayanacağı nəzərə almasaq, 15 il tək yaşamısan. Sevgisiz həyat  rəngsiz deyildi?

 

- Yalqızlığın ömrü sevgi ilə uzanır. Birinə dəli kimi aşiq olursan və gələcək haqqında planların unudulur.

 

Məqsəd Nur və daha bir kişi

 

- Eşitmişəm, hiss etmişəm, deyəsən axı sənin də aşiq olduğun kişilər vardı…

 

- Bir sürü. Amma ikisi qalıb yadımda. Yazıçı Məqsəd Nur və daha bir nəfər.

 

- Görüşürdünüzmü?

 

- Məqsəd Nur o zaman Moskvada yaşayırdı. Sosial şəbəkələrin hansındasa rastlaşdıq və məlum oldu ki, canlı olaraq görüşməsək də, bir-birimizi tanıyır və oxuyuruq. Xeyli keçdi və bir gün görüş gününü və saatını bildirən mesaj aldım. O, Moskvadan gələnə qədər mən tam 2 ayı Bakının bütün geyim mağazalarını bir-birinə vurdum. 2 ay sonra güzgüyə baxanda özümü tanımadım. Görüşmək olardı. Amma yenə ürəyim çırpınırdı. Görüşdük və ta 2 il-filan sürdü bu görüşlər. Hər görüşdən öncə də geyim dükanlarına səyahət, digər prodsedurlar. Aksesuar, çanta, ayaqqabı arayışları. Və günlər keçdikcə münasibətlərimiz normal qaydaya düşdü. 2-3 aydan bir iş sonu görüşür, sakit bir restoranda şam edir, deyib gülür, ayrılırdıq.

 

- Ən çox hansı mövzuda söhbət edirdiniz?

 

- O zamanlar Məqsəd Bakıya köçmüşdü və layka cinsli Qaralı adlı bir köpəyi vardı. Ən çox Qaralıdan danışardıq. Çox-çox sonralar, artıq yanında özümü rahat hiss etdiyim vaxtların birində işdən sonra yenə görüşdük və şam eləmək üçün oturduq. Salon bom-boşdu, şüşə divarların o üzündə şəhər qaynayır. Bunun da ilham pəriləri qanadlanıb nədi, mənə qadın-kişi münasibətlərindən danışmağa başlayıb. Ay nə bilim bir kişi bir qadın tərəfindən sevilsə necə xoşbəxt olar, ay nə bilim, kişi belə davranar, belə… filan. Mən ağzım heyrətdən bir qarış açıq tamaşa edirəm, bu da mənə Cırtdanın nağılını danışır. Axırda əsəbləşdim: – Məqsəd, – dedim, – xəbərin varmı ki, mən il yarım-filan öncə sənə dəli kimi aşiq olmuşdum?

 

Bu dəfə ağzı açıq qalmaq növbəmizi dəyişirik. Sonra bərabərcə necə bir qəhqəhə parlatdırıqsa qarsonlar hamısı nə baş verdiyini öyrənmək üçün qaçıb gəldi.

 

- İndi də davam edirmi münasibətiniz?

 

- Əlbəttə. Məqsəd Nur mənim həyatımda şox önəmli bir adamdır. Məncə, bütün insanların bu tip ən azı bir dostu olur. Eynən günəş kimi. Ona toxunmağı, tutmağı, özününküləşdirməyi ağlının ucundan belə keçirtmirsən, amma o var və illərlə görüşməsən, səsini eşitməsən də, dünyanın harasında olsan da, istisini hiss edirsən.

 

- Dəyişər üzümün rəngini,

qovurar yandırar dərimi.

İsidə bilməz sümüklərimi,

əritməz ürəyimin buzunu,

gözlərimin donu açılsın deyə…

Sən eynən günəş kimi… - Sənin şeirindir. Ona yazmısan?

 

-Yox, o şeiri başqasına yazmışdım. O adamın obrazları 5-6 şeir, 5-6 hekayədən ibarət yaradıcılığımın əsas cizgisidir.

 

Xəyallarımı hekayələrimə köçürürdüm

 

- Kim idi bu xoşbəxt “başqa” ki, bədii yaradıcılığına qədər gələ bildi?

 

- Adı məndə qalsın. Sadəcə, adını söyləmək haqqım yoxdur.

 

- O adam da səni sevirdi?  

 

- Biz qadınlar istəyəndə özümüzü məharətlə aldadırıq və kişilərə yalançı deyirik. Məncə, o, yalan danışmırdı. Az-az görüşürdük. Və bu görüşlərin ona necə təhlükə yaratdığını bildiyim üçün heç vaxt görüş təklifi etmirdim. Zəng edirdim və səsimdən gözləmə limitimin bitdiyini hiss edirdi. Ən tünlük küçələrdən birində görüşürdük.

 

- Münasibətləriniz hansı müstəvidə idi?

 

Kəbutərin gözləri mənə baxsa da, hiss edirdim ki, ismi pünhan olanı görür. Və məndə bir inam yarandı ki, onun dediyi “bir sürü kişinin” içində yalnız bu adam onun həqiqi sevgisindən pay görə bilib. Elə sualıma cavabı şeirlə verməsi də bunu deyirdi:

 

- Can verən yarpaqlarla öpər qədəmlərimi,

Göz yaşlarımı kimsə görməsin deyə

Yağışlarına qoşulub doyunca ağladığım payız

 dəli küləklərilə asılar saçlarımdan

Bir yol basıb bağrına öpməz dodaqlarımdan…

 

… Sən eynən payız kimi… - Bayaq sən xatırlatdığın şeirdəndəndir. Ona yazmışdım və adı da “Giley” idi. Amma nə mənim onu təhlükəyə sürükləmək haqqım vardı, nə də o başına karyerasına son qoyacaq təhlükə almazdı. Mən qurduğum xəyallarımı hekayələrimə köçürürdüm. Amma o hekayələr çox da xoş qarşılanmırdı. Məsələn, məni tanıyan, hörmətlə yanaşan, dost deyə bildiyim bir yazar belə hekayələrin birinin nəşrindən sonra mənə zəng edib, “sən ədəbiyyata əxlaqsız qadın obrazı gətirirsən, – dedi, – bir az diqqətli ol”. Halbu ki, mən orda ən qutsal bildiyim duyğularımı qələmə almışdım. Başqa bir rəfiqəm zəng edib pıçıltı ilə “bu, filankəsdirmi” – deyə, müdirimin adını soruşurdu. Amma mən elə indi də özümü yazıram.

 

Kəbutəri xəyallarını əsir edən o insandan ayırmaq istədim, yaradıcılığı ilə bağlı sual verdim:

 

- İstanbulda nəşr olunan “Cənnətdən sürgün” romanını məhəbbət romanı adlandırmaq olarmı?

 

- Reamrkın “Zəfər tağı” əsəri ən gözəl məhəbbət və müharibə ronamlarındandır. İnsan sevgisi və yaşantıları ilə zamanın, tarixin bir parçasıdır. Yazıçı bunu unuda bilməz.

 

Oradakı “Ahmet” kimdir? Romandakı qəhrəmanın – Bakıdan İstanbula köçən bir qız uşağı ilə əri tərəfindən aldadılan qadının başına gələnlər maraqlı olar oxucular üçün.

 

- Əslində, mövzu Xocalı idi. Amma elə bir variant tapmaq istəyirdim ki, oxucu yorulmasın. Çünki bütün qətliamlarda eyni hadisələr yaşanır. Və artıq türk oxucusu kifayət qədər yekrəng romanla tanışdı. Qətliamdan sonra ordan sağ qurtulanların acısını qələmə almaq istədim. Və hiss etdim ki, işimdəki o yetim, sahibsiz sevdanın rəsmini də çəkməyə çalışıram. Heç vaxt qiymətini almayan boynu bükük sevgimin. Onda ağlıma ilk gələn Əhməd adlı Axısxa türkü oldu. O oğlanın haqqında ilk dəfə 10 il əvvəl Seymur Verdizadənin reportajında oxumuşdum. Ermənilər işğal günü öz xəncəri ilə onun başını kəsmışdılər. Seymura zəng vurmuşdum, onun qohumlarını tapmaq istəmişdim. Öyrəndiyim o olmuşdu ki, evliymiş, 2 yaşında bir qızı olub. Sevmişdim bu qəhrəman oğlanı. Sonra Xocalı ilə bağlı projelərdə ordan sağ quratara bilənlərlə görüşəndə onun qəhrəmanlığı və şəhadəti haqqında elə danışırdılar ki, mən bir şəkli belə qalmayan bu qəhrəmanın obarızını içimə köçürürdüm. “Cənnətdən sürgün” romanını yazarkən o qara sevdamı, talesiz sevgimi geyindirdim o qəhrəmana. Və o romanı onun və Laçının müdafiəsində yaralanıb əsir düşən Əhmədin aqibətini yaşayan nakam qardaşımın xatirəsinə bağışladım.

 

Kəbutərlə söhbətimi burada saxladım… O, artıq başqa sevdasından danışırdı. Və bu söhbət o qədər dogma idi ki, fikirləşdim, dəyərli oxucu xanım yazarımızın əsərlərini tapıb oxumaqla bu sevdanın qutsallığını daha yaxından duya bilər…

Müəllif
Faiq Balabəyli, Nihad Cəbrayıl
Axar.az
loading...
245 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
Alman kəşfiyyatının Türkiyə narahatlığı
Tramp və nüvə çemodanı: “qırmızı düymə” necə basılır...
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi - FOTO
“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş
Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını
Sabahın hava proqnozu açıqlandı
20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı
20 Yanvar faciəsi Los-Ancelesdə - Foto
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
Əsəddən Astana sammitinə reaksiya
ABŞ İŞİD-in 2 düşərgəsini məhv etdi
Gülənin yaxınına tarixi cəza - 319 il
Bakıda kirayə mənzillər bahalaşdı
Bu dövlət rüsumlarının məbləği azaldılır
Uçuş təhlükəsizliyi ilə bağlı proqram hazırlanır
Afrika İttifaqı bu islam ölkəsinə hücuma hazırlaşır
Rusiyada hakimiyyətdən narazılıq artır - Sorğu
Bu universitetlər də bağlanacaq - Adlar
Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Kəndimizin son günü (16-cı yazı)
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
Trampın bu açıqlaması dolları ucuzlaşdırdı
Ruhani:
Bolqarıstan qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsini dərc etdi
Xoşbəxt Yusifzadənin “Ömrünün izləri” Vyetnamda
Türkiyə hədəfə çevrilib - Həsən Cəlal
Poroşenko ümidini Çinə bağlayıb
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com