İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Tofiq Bakıxanov: “Alim səhnədə qışqırır, əllərini qaldırır, muğamı muğam kimi oxumaq lazımdır” – MÜSAHİBƏ |


Son dəqiqə

MƏDƏNİYYƏT > Tofiq Bakıxanov: “Alim səhnədə qışqırır, əllərini qaldırır, muğamı muğam kimi oxumaq lazımdır” – MÜSAHİBƏ

Tofiq Bakıxanov: “Alim səhnədə qışqırır, əllərini qaldırır, muğamı muğam kimi oxumaq lazımdır” – MÜSAHİBƏ
Tarix : 21 Avqust 2014 23:16

Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun APA-ya müsahibəsi

 

O, Azərbaycan tarixində və musiqisində böyük xidmətləri olan məşhur Bakıxanovlar nəslinin davamçısıdır. Bu, həmin Bakıxanovlardır ki, Azərbaycanın hərb tarixinə üç general, iki polkovnik bəxş edib. Mədəniyyətində isə Əhməd və Tofiq Bakıxanovların imzaları var.

 

Məsələn, bir adamın babasının Abbasqulu ağa Bakıxanov olması onun bioqrafiyası üçün nə deməkdirsə, Tofiq müəllim də babası ilə o qədər fəxr edir, diktofona düşməyən söhbətimizdə az qala hər fikrinin axırında polkovnikin xidmətlərindən danışdı.

 

Özü demiş, Üzeyir bəyin əlindən su içib, Qara Qarayevlə, Fikrət Əmirovla dostluq edib, üç baletin, üç musiqili komediyanın, doqquz simfonik əsərin müəllifidir. İndi ömrünün 84-cü yayını yaşayır. Xanımını və qızını itirib, deyir, evdə adam darıxır, nə isə dəyişiklik olmalıdır, ya yox?! Yolu Bilgəhdəki Kardioloji Sanatoriyadan düşüb, on gündür müalicə alır, dincəlir. Əsas odur ki, yaşamağa da, danışmağa həvəslidir. Yarıqaranlıq, kiçik otaqda not dəftərləri ilə baş-başa qalıb, gənclik ehtirası ilə yazıb-yaratmaq da öz yerində…

 

- Yoldaşım rəhmətə gedəndən sonra mənə çətin oldu. Şəhərdə qalanda ancaq evdə oluram, dedim, bir az dəyişiklik olsun, havamı dəyişim. Həm də burda müalicə qəbul edirəm, gündə üç-dörd həkimlə görüşürəm. İki il əvvəl insult keçirmişdim, bu xəstəlik də qan təzyiqindən əmələ gəlir, çox pis xəstəlikdir. Mən ömrü boyu xəstələnməmişəm. Nə qədər yubileylərim, yaradıcılıq gecələrim olub, həmişə aktiv iştirak etmişəm. Həm 75 illiyimdə, həm də 80 illiyimdə Vasif Talıbov mənə zəng edib Naxçıvana dəvət etdi, yubileyimi keçirdi. Bu ilin iyulunda Vasif Talıbov yenə zəng elədi ki, Abbasqulu ağa Bakıxanovun yubileyini keçiririk, siz də, ailə üzvləriniz də mütləq iştirak etməlisiniz. Yeddi nəfər getdik, gözəl yubiley tədbiri keçirildi, mənim mahnılarımı oxudular. Bundan başqa, Bakıda, Tehranda yubileylərim olub, hamısında iştirak etmişəm, səhhətimdən şikayətim olmayıb.

 

Mən ömrü boyu işləmişəm. Vaxtilə yaradıcı adamları Neft Daşlarına göndərirdilər. Xəzərin qoynunda olanda hiss edirdim ki, burda nə isə yazmalıyam. Tərcüməçi Siyavuş Məmmədzadə mənim qohumumdu, onun librettosu əsasında “Xəzər balladası” baletini yazdım. Baletin premyerası çox uğurlu keçdi. O vaxt Avropadan nümayəndələr gəlmişdi, bütün SSRİ-ni gəzmişdilər, xoşlarına gələn opera olmamışdı. Amma mənim baletimə tamaşa edəndə, ayaq üstə əl çaldılar, dedilər, bizə festival üçün məhz beləsi lazımdır. Antraktda Mərkəzi Komitənin şöbə müdiri Teymur Elçin məni təbrik etdi ki, əsərini festivala aparacaqlar. “Xəzər balladası” 30 dəfə nümayiş olundu. Paris daxil olmaqla Fransanın 15 şəhərində nümayiş olunmuşdu. Qara Qarayev mənə dedi ki, Tofiq, dünyada baleti Fransa qədər qiymətləndirən ikinci ölkə yoxdur, onlar da yazıblar ki, Tofiq Bakıxanovun baleti çox gözəldir. Mənim baletim dünyada neft mövzusunda yazılan yeganə baletdir.

 

- Qocalıqla yola gedə bilirsiniz? Sizi incitmir?

 

- Yox, qətiyyən! Bilirsiniz, yaradıcı adamda bu əlamət hiss olunmur. Soruşsanız, qocalıq yaradıcı adam üçün nədir, onu deyə bilmərəm. Bilirsiniz, niyə?

 

- Niyə?

 

- Mən elə bil yenə keçmişdə yaşayıram. Əvvəldən ki, hər gün işləməyə vərdiş vermişəm, indi işsiz qala bilmərəm. Keçən il bura gəlib Abbasqulu ağa Bakıxanovun sözlərinə 20-yə yaxın əsər yazdım, orkestr üçün işlədim. Əsərin əslini də Əlyazmalar İnstitutuna təqdim etdim.

 

- Övlad itkisindən danışmaq çətin olmaz?

 

- Nigar ərəb dilini çox gözəl bilirdi. Elmi ad alandan sonra onu ərəb ölkələrinə ezamiyyətə göndərdilər, orda xəstəlik tapdı. 1995-ci ildə dünyasını dəyişdi. İki övladı qalıb, onlar da Stokholmda həm oxuyurlar, həm yaşayırlar. Yoldaşım sağ olanda, yeddi il Stokholmda yaşadıq.

 

- Tofiq müəllim, uşaqlığınızı necə xatırlayırsınız?

 

- Mənim xoşbəxtliyim odur ki, həyatımda Üzeyir Hacıbəyovun rolu olub. Üzeyir bəyin təşəbbüsü ilə istedadlı uşaqlar üçün məktəb yaradılmışdı, orda təhsil aldım, bütün konsertlərimizdə özü şəxsən iştirak edər, bizə məsləhətlər verər, sənətə ruhlandırardı. Bir neçə il keçəndən sonra ifaçılığımı o qədər bəyəndi ki, məni Konservatoriyaya imtahansız qəbul elədi. Mircəfər Bağırovun oğlu Cahangir bizim məktəbdə pianino sinfində oxuyurdu. Həmin vaxt Fikrət Əmirov dördüncü kursda idi. Fikrətin ikili konsertini ifa etmək bizə tapşırıldı. Andrey Jdanovun məruzəsindən sonra müasir əsərləri ifa etmək qadağan olunmuşdu. Üzeyir bəyin 60 illiyində onun əsərini ifa elədim. Mircəfər Bağırov da konsertdə iştirak edirdi. Fəxr edirəm ki, uşaq vaxtı Üzeyir bəy kimi dahinin əsərini sağlığında ifa etmişəm, özü qulaq asıb.

 

- Mircəfər Bağırovun oğlu haqqında nə danışa bilərsiniz?

 

- Çox ciddi oğlan idi. Gülmək nədir, Cahangir onu bilməzdi. Sinfə girən kimi salamlaşar, sonra başını aşağı salıb piano çalardı. Onunla mənim xüsusi yoldaşlığım olmayıb. Məsələn, dərsdən çıxıb harasa gedək, bir yerdə oturub çörək yeyək-filan, yox, olmayıb. O katib oğlu idi, biz də… Cahangirə xüsusi nəzarət vardı, ona görə elə yaxınlığımız olmurdu. Amma deyim, sadə oğlan idi.

 

- Onda belə çıxır ki, sizin atanızı sinif yoldaşınızın atası həbs etdirib…

 

- Məsələ belə olub: Moskvada Azərbaycan ongünlüyü keçiriləcəkdi. Atam Əhməd Bakıxanov konsertə xüsusi hazırlaşmışdı, sonra onun paxıllığını çəkən adamlar şayiə yaydılar ki, guya atam İran muğamlarını Azərbaycanda təbliğ edir. NKVD-nin adamları gəlib evi yoxladılar, heç nə tapa bilmədilər. Üzeyir bəy bizimlə qonşu idi. Anam gedib dedi, Üzeyir əmi, mənim ərimlə qaynımın nə təqsiri var ki, onları həbs ediblər? Üzeyir bəy dedi, mən Moskvaya Mircəfər Bağırovla bir vaqonda gedəcəyəm, məsələni ona danışaram. Dediyi kimi də edib. Mircəfər Bağırov köməkçiyə tapşırıb ki, yadıma sal, bu işi həll edəcəyəm. Bir həftə sonra atamı buraxdılar. Amma ümumilikdə üç ay həbsdə yatdı.

 

- Atanız nə danışırdı? Fiziki işgəncə vermişdilər?

 

- Çox incitmişdilər. Keçmiş NKVD 26-lar bağının arxasında olub. Deyirdi, saldılar zirzəmiyə, içərini çənəmə qədər su ilə doldurdular, başladılar sorğu-sual eləməyə. Atam da deyib, vallah, mənim o adamlarla əlaqəm olmayıb. Yaxud söz almaq üçün kameraya ilan salıblar, əl-qolunu bağlayıb üstünə taxtabiti töküblər. Üç ayda çəkdiklərini yana-yana danışırdı. İkiotaqlı evimiz “Nizami” metrosunun yanında idi, guya o iki otaqdan kisələrlə düyü, kişmiş çıxıb. Yalandan yazmışdılar ki, Əhməd Bakıxanov İran şahının agentidir. Hətta guya bizim evimizdən silah-sursat çıxıbmış.

 

- Həyat yoldaşınız nə vaxt dünyasını dəyişib?

 

- Mən 1960-cı ildə evlənmişəm. Bir dostum vardı, mənə dedi, yaxşı ailə var, qızı tibb institutunda üçüncü kursda oxuyurdu. Tanış olduq, kinoya getdik, evə qayıdanda yola saldım, gördüm, çox sadə, mehriban qızdır. Bir müddət sonra evləndik. Çox dəyərli, savadlı həkim idi. 2001-ci ildə dünyasını dəyişdi. Vaxtilə dayıları yaxşı vəzifədə idi. Qardaşı da tərcüməçi Siyavuş Məmmədzadədir.

 

- Soruşsam, Azərbaycan musiqisinin hazırkı vəziyyəti necədir, cavabınız nə olar?

 

- İndi o qədər muğam oxuyanlar var ki. Çoxu da muğamı bilmirlər. Asəf Zeynallıda dörd il oxuyur, olur muğam oxuyan. Deyirəm, a bala, “Rahab” oxu, deyir, bilmirəm. İrad tuturam ki, xanəndəsən, sabah şənliklərə gedəcəksən, bir musiqi istəyəcəklər, deyəcəksən, bilmirəm? Ayıbdır! Bu qədər muğam oxuyanların əleyhinəyəm. Ələlxüsus qadın oxuyanlar. Qadın oxuyanlar olub – Sara Qədimova, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Tükəzban İsmayılova və başqaları.

 

- Bəs Zeynəb Xanlarova?

 

- Zeynəbin yolu başqadır. Onu yetişdirən mənim atam olub. Şit oxuyanlar var, muğamın başını-ayağını bilmirlər. Məsələn, Bakı kəndlərində muğamı yaxşı bilirdilər deyə, suallar verilirdi. Bir dəfə Mütəllim Mütəllimova nə isə sual vermişdilər, demişdi, qalsın başqa vaxta, bir də onu toya çağırmadılar.

 

- Alim Qasımovun ifasına münasibətiniz necədir?

 

- Alim Qasımov əvvəl yaxşı başlamışdı. Amma son zamanlar səhnədə qışqırır, əllərini qaldırır – bunlar başqa şeyin əlamətləridir. Muğam ifaçılarından heç biri belə oxumayıblar. O, nə isə axtarır, axtarışdadır. Avropada ona böyük qiymət verirlər. Onlar üçün bu yenidir, amma bizdə muğamı elə muğam kimi oxumaq lazımdır.

 

- Alim yenilik elədi, muğamla…

 

- Alim Qasımov bilmirəm, nə elədi, mən xoşlamıram.

 

- Telekanallara niyə çıxmırsınız?

 

- Zaman elə gətirib ki, telekanalları başqa-başqa verilişlərlə doldurublar. Telekanallarda heç Qara Qarayevin əsərləri səslənmir, məni necə görə bilərsiniz? Mən telekanallara niyə gedim? Evlənmə verilişləri, kim kimi boşadı-filan mənlik deyil! AzTV-də “Musiqi xəzinəsi” verilişi var, müəllifin şəklini də qoymurlar ki, tamaşaçı bilsin söhbət kimdən gedir. Danışırlar, musiqi verirlər. Bu düzgün deyil. Radioda son vaxtlar mahnının ancaq bəstəkarının adını verirlər. Deyirəm, cavab verirlər ki, şairin adını çəkməyə qoymurlar. Gərək səlahiyyətli adamlar bu məsələ ilə məşğul olsunlar. Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı, nazirlik gərək bu işlə məşğul olsun, onlar da deyir, biz kanalların, radioların işinə qarışmırıq.

 

- Əsərlərinizə görə sizə qonorar verirlər?

 

- Ancaq əsəri satanda qonorar olur. Bu yaxınlarda beş simfonik muğamım çap olunub, hərəsi 150-200 səhifədir, qonorar vermirlər.

 

- Dolanışığınız necədir?

 

- Çox minnətdaram, ümummilli liderimiz Heydər Əliyev mənə prezident təqaüdü ayırıb, indi 1000 manat alıram. Yaşamaq olur.

 

- Dostlarınızdan kimin üçün darıxırsınız?

 

- Hamısı üçün darıxıram. Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev…

 

- Cavanlardan kimi bəyənirsiniz?

 

- Ramil Qasımovu xoşlayıram. O, yaxşı oxuyur. Bəstəkarlardan da, düzdür, cavanlıq yaşını keçib, amma Cavanşir Quliyevin əsərlərini xoşlayıram.

 

- Tofiq müəllim, bu gün balet niyə yazılmır, yaxud az yazılır?

 

- Balet yazmaq bəyəm asan işdir? Yazmaq bir tərəfə, əvvəllər dövlət pul ayırırdı, əsər səhnəyə qoyulurdu. İndi elə deyil, əsəri səhnəyə qoymaq üçün gərək filan qədər pul köçürülsün. Onu kim köçürəcək?

 

- Opera və Balet Teatrında əsərlər dövlət hesabına səhnəyə qoyulur…

 

- Heydər Əliyev Sarayında 5 min pul verib, konsert keçirirlər.

 

- Bu gün siz balet yazsanız, səhnəyə qoymaq çətin olar?

 

- Mən üç balet yazmışam, bəsimdir. Hətta balet yazsam da, səhnəyə qoymaq çətin olacaq.

loading...
353 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Rusiyadan qaçan deputat Kiyevdə qətlə yetirildi – Son dəqiqə
ABŞ Konqresində tədbir:
Sabah qar yağacaq

Sabah qar yağacaq

23 Mart 13:50

Makkeyn: “Çin buna görə cavab verəcək”
BMT-də Beynəlxalq Novruz günü - Foto
Rəsmi Bakıdan London teraktına münasibət
Dünyanı yönəldən Masonlar: Rokfeller və... – Video
23 Mart - Günün qoroskopu
London terroruna Türkiyədən açıqlama gəldi...
ABŞ ən müasir silahının sınağını yayımladı - Video
Kvasnevski: “Avropada savaş gedir”
Türkiyə: “Norveç FETÖ-ya dəstək verdi”
Rusiya Ukraynaya pul köçürmələrini dayandırdı
Avropa müsəlmanlara 1000 avro təklif edir
Hamı kosmosa çıxarkən, bunlar qızlarımın... - Ərdoğan
İşğalçı ölkədən şok: Zenit-raket qurğusu ələ keçirildi - Video
Ukrayna təsdiqlədi: Rusiyaya “Avroviziya” zərbəsi
Mundiala namizəd 8 sürpriz komanda: Azərbaycan...
Çavuşoğlu:
Azərbaycanlı alim:
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib
Jirinovskidən təklif:
Dəhşətli istilər gəlir - Xəbərdarlıq
Rusiyadan Türkiyəyə qadağa ilə bağlı - Qərar
Tramp NATO-nun Brüssel sammitində iştirak edəcək
Ankaranın Krımla bağlı mövqeyi dəyişəcək - İddia
Nasist Almaniyanın dəhşətli UNO təcrübəsi – Video
22 Mart - Günün qoroskopu
III Şeyxülislama məxsus 250 illik Quran tapıldı - Foto
Səfirdən xalq artistinə hədiyyə - Foto
Koreya lideri 14 saat dindirildi
Alman diplomata Türkiyədən sərt xəbərdarlıq
Kəndimizin son günü (34-cü yazı)
17 yaşlı azərbaycanlı İsveçdə hər kəsi ağlatdı - video
Azərbaycanla oyun bizim üçün... – Tomas Müller
Belarus fövqəladə hallar nazirinin müavini həbs edildi
“Azərbaycanda Yeni il” Polşa mətbuatında - Məqalə
Hüsnü Mübarək nəhayət azadlığa buraxıldı
Gürcüstan prezidenti və baş naziri Marneulidə - Foto
Oranı tərk etməliydik - Tramp
Jurnalist mətbuat konfransında yatdı – Video
Gül və Davudoğlu Yıldırımı saymadı - İmtina
Şok: Yanukoviçin Qırğızıstan üzərindən daha bir oyunu - Foto
ABŞ prezidenti qızına vəzifə verir
Ruslar Krım və Türkiyəyə üstünlük verdi
Sovet avtomobillərini heç belə görmədiniz – Foto
Əsəddən çağırış: Dəstəyinizdən imtina edin
“Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir”
Türkiyədə əməliyyat: 999 həbs
Xəbərdarlıq: Havalar kəskin soyuyur
21 Mart - Günün qoroskopu
Kəndimizin son günü (33-cü yazı)
“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi
Xodorkovskidən Trampa:
“O səs Türkiyə”nin qalibi haqda şok iddia - Video
Bu, xüsusi əməliyyat idi - Poroşenko
Zakir Həsənov “Açıq qapı” günündə - Foto
Referendumdan sonra ilk addım... - Kılıçdaroğlu
Azərbaycanda alternativ enerji isehsalı artdı
Kremldən kürd muxtariyyəti açıqlaması: Mümkün deyil
Peyvənd artıq iynəsiz və ağrısız olacaq
Novruz  bayramı Bakı İstintaq Təcridxanasında da qeyd edildi.
Su neftdən baha olacaq
Almaniyadan Türkiyəyə: Sizdən asılıdır
İrəvandan uçan təyyarədə radioaktiv maddə tapıldı
Tramp Merkellə niyə əl sıxışmadı? - Ağ Evdən açıqlama
Azərbaycanda avtomobil bahalaşdı
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Zinəddin Zidanın oğlu antiqəhrəmana çevrildi
Suriyada Rusiya səfirliyinin binası vuruldu
Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan neçəncidir?
Hava şəraiti dəyişəcək
HƏMAS-dan BMT-yə İsraillə bağlı xəbərdarlıq
Rusiya Bakının təhlükəsizlik sistemindən istifadə edəcək
İslam Oyunları ilə bağlı biletlərin qiyməti açıqlandı
Trampı devirib onun yerinə... - Şok İddia
İsraildən Suriyaya: Müdafiə batareyalarını məhv edərik
Özil millimizə qarşı oynamayacaq?
Kadırov:
Türk jurnalistlər qələbənin ildönümünü Bakıda keçirdi
Azərbaycanlı gimnast bürünc medal qazandı - Dünya Kuboku
Moskvada 400 rubl qarşılığında məcburi mitinq - Video
Bu ölkə ABŞ diplomatını ölkədən qovdu
“Qəbələ” yenidən liderliyə yüksələcəkmi?
İçərişəhərdə “Bahar qalası” - Fotolar
Türkiyədən PKK əleyhinə 11738 əməliyyat...
4 min rüşvət verib sürücülük vəsiqəsi aldı
Nigeriyada terror: Ölənlər və yaralananlar var
ABŞ İrana görə səfərbərlik elan edib
“Rusiyaya qarşı sanksiyalar AB-ni parçalayır”
Bayram günlərində hava necə olacaq?
Tramp Çinə gedir?

Tramp Çinə gedir?

19 Mart 12:50

Sığortalı əmanətlərin əhatə dairəsi genişləndirilir
3 kiloqram ağırlığında limon yetişdirildi
“Kamaz” avtobus dayanacağını dağıtdı - Foto
Ermənistandan növbəti təxribat: 136 dəfə...
Şimali Koreya yenə dinc durmadı: Növbəti sınaq
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com