İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Tofiq Bakıxanov: “Mircəfər Bağırov mənə dedi ki…” – Foto |


Son dəqiqə

SOSİAL > Tofiq Bakıxanov: “Mircəfər Bağırov mənə dedi ki…” – Foto

Tofiq Bakıxanov: “Mircəfər Bağırov mənə dedi ki…” – Foto
Tarix : 19 Avqust 2014 0:45

“Xatirə dəftəri” layihəsində

 

Bu dəfə Azərbaycanın Xalq artisti, Şöhrət ordenli bəstəkar Tofiq Bakıxanovun “Xatirə dəftəri”ni vərəqləmək, yaxınlarda 85 yaşını qeyd edəcək görkəmli bəstəkarımızla əlaqə saxlamaq istədik. Köməyimizə yazıçı-publisist Nurəddin Ədiloğlu çatdı:

 

- Tofiq müəllim Bilgəh kardioloji sanatoriyasında müalicə alır.

 

Müxbirimiz Nihad Cəbrayılla Bilgəhə yola düşdük.

 

Növbətçi xanımdan bəstəkarın otağını soruşuruq. Göstərir. Tofiq müəllimin qapısını döyürəm. Səs gəlmədiyini görüncə, ehmalca qapını açıram. Eyvanda oturub. Bu dəfə açıq qapının içəri üzünü taqqıldadıram. Eşitmir. Yaxın gəlirik. Məşhur bəstəkar istirahət etdiyi məkanda da yaradıcılıqla məşğuldur. Qarşısında not kitabı, jurnallar və qələm-dəftər var. Salam veririk. Başını qaldırır. Salamımızı alır. Bizi gözləyirmiş:

 

- Nurəddin demişdi, gələcəksiz…

 

Yer göstərir. Əyləşirik. Səhhəti ilə maraqlanırıq:

 

34 yaşından cavan qızım  rəhmətə getdi

 

Necəsiniz, Tofiq müəllim?

 

- Sağ olun. Yaxşıyam. Uşaqlıqdan xəstəlik nədir, bilməmişəm. 3 il bundan qabaq həyat yoldaşımı itirdim.  Sonra 34 yaşından cavan qızım  rəhmətə getdi. Bax, bunlar mənim səhhətimə təsir elədi. Həm də bu illər ərzində çox yoruldum, indi burada müalicə alıram…

 

İllərin bacarmadığını iki əzizinin dünyasını itirməsi etmişdi. Qocaman sənətkarın səsində titrəyiş var. Hafizəsinə isə söz ola bilməz… Kövrək notlarla başlanan söhbətimizi elə onun “Xatirə dəftəri”nin – yaddaşının kövrək notlarını vərəqləməyə başlayırıq:

 

- Tofiq müəllim, həyat yoldaşınızla neçə il bir yerdə yaşadınız? Heç inciklik oldumu, qısqandımı sizi? Axı siz gənclik illərindən şöhrət qazanmışdınız, diqqət mərkəzində idiniz…

 

- Yoldaşımla 50 il birgə ömür sürdük. Mehriban olmuşuq. Bir-birimizi başa düşmüşük. Amma mən öncə istəyirəm ki, sizə bir az tərcümeyi-halımdan danışam.

 

Ermənilər deyir tar bizimdir

 

- Sizin tərcümeyi-halınız nəinki Azərbaycan oxucusuna, kənar ölkə musiqisevərlərinə belə məlumdur…

 

- Olsun. Amma yenə də deyim. Bildiyiniz kimi, mən musiqiçi ailəsində dünyaya göz açmışam, Əhməd Bakıxanovun oğluyam. Gözümü açıb evimizdə musiqi görmüşəm. Bilirsiniz ki, biz Abbasqulu ağa Bakıxanovun nəslinin davamçılarıyıq. Bakıxanov Azərbaycanın ilk maarifçisi olub, onun yaradıcılığı çoxşaxəli olub. Coğrafiya, astronomiya, riyaziyyat və musiqi… Onun bir şeiri var, “Fatma tar çalır”. Ermənilər deyir, tar bizimdir, amma 200 il bundan qabaq bu adam şeirində tardan bəhs edib…

 

 

Tofiq müəllimin “Xatirə dəftəri” rahatlıqla vərəqlənir. Musiqiyə gəlişindən, atasının, əmisinin Azərbaycan musiqisindəki yerindən bəhs edir. Korifeylərimizin adını çəkir, onları uşaq vaxtından tanıdığını deyir.

 

Üzeyir bəy atama zəng edib…

 

Tofiq müəllim, Üzeyir bəyi necə xatırlayırsız?

 

- Üzeyir bəyi yaxşı xatırlayıram. O bizim qonşuluqda yaşayırdı. Atamla dost olub. Bu dostluğun maraqlı tarixçəsi var. 1927-28-ci illərin söhbətidir. Üzeyir bəy bir seirdə “nəva nüşabur” sözünə rast gəlir. Bunun mənasını heç kəs bilmir. “Nəva”nın avaz demək olduğunu bilir, amma “nəva nüşabur”un nə olduğunu kimdən soruşursa da, heç kəs bilmir. Hamı deyir ki, bunu bilsə-bilsə Əhməd Bakıxanov biləcək, çünki o, vaxtı ilə İranda yaşayıb. Tehranda Rəşdə Azəri Sultan adında görkəmli xanəndə olub. Gözəl muğam bilicisi imiş. Atam da, əmim Məmmədxan da bütün  muğamları ondan öyrəniblər. Bu muğam 14-cü  əsrin ən məşhur muğamı olub. Deməli, Üzeyir bəy atama zəng vurub, evinə dəvət edib. Atamdan soruşub ki, bu muğamı bilirsən? Atam da deyib ki, hə. Və tarda onun üçün ifa edib. Üzeyir bəy muğamı dinlədikdən sonra atamı Konservatoriyaya dəvət edib ki, gəl burada işlə. Atam ölənəcən orda işlədi.

 

Musiqiçi olmağım Üzeyir bəyin istəyi ilə olub

 

- Üzeyir bəylə bağlı hansı özəl xatirələriniz var?

 

- Xatirələrim çoxdur. Elə mən, qardaşım və bacımın musiqiçi olmamız onun istəyi ilə olub. Üzeyir bəyin təşəbbüsüylə atam bizi musiqi məktəbinə qoydu. Bacımı fortepiano, qardaşımı simli alətlər, məni isə skripka sinfinə. Daha sonra isə Üzeyir bəyin təşəbbüsüylə indiki Bülbül adına məktəbdə oxuduq. Bura ancaq istedadlı uşaqları götürürdülər. Daha sonra mən Azərbaycan radiosunda uşaq ansamblı yaratdım. Müharibə vaxtı gedib hospitallarda konsert verirdik.

 

Üzeyir bəyin 60 illiyində filarmoniyada ilk dəfə orkestrdə mən skripkayla onun “Arşın malalan” musiqili komediyasinda fantaziya çaldım, bax bu yadımdadır.

 

Mircəfər Bağırov qabaqda oturmuşdu

 

- O dövr Mircəfər Bağırovun hakimiyyətdə olduğu zamanlar idi, heç onunla görüşmüşdünüzmü?

 

- Olub. 1947-ci il sentyabrın 27-də, Opera Teatrında Nizami Gəncəvinin 800 illiyi keçirildi. Mircəfər Bağırov da orada idi. Qabaqda oturmuşdu. Ətrafında da partiya və hökumət nümayəndələri, Moskvadan gələn qonaqlar. Mən Üzeyir bəyin təşəbbüsü ilə həmin tədbirdə konsert verdim. Xalq artistləri hamısı orada idi. Niyazi bəy, Xan Şuşinski, Həqiqət Rzayeva və başqaları. Bu çox əlamətdar hadisə oldu. Bir əlamətdar hadisə isə Bəstəkarlar İttifaqının 49-cu ildə keçirilən dekadası zamanı oldu.  Filarmoniyada konkurs keçirildi. 3 turdan keçənlər dekadada çıxış edəcəkdilər. Konkursun sədri Bülbül idi. Komissiya üzvü kimi isə Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov idi. 3-cü turdan keçəndən sonra məni buraxdılar dekadaya. Cahangir Cahangirovun üç hissəli böyük bir əsərini çaldım. 1947-ci ildə Üzeyir bəy Konservatoriyanın rektoru idi. Məni konservatoriyaya imtahansız qəbul elədilər. Həmin ilin noyabr ayında Üzeyir bəy rəhmətə getdi. Onun adına təqaüd təsis olundu. Əlaçı tələbə kimi “Üzeyir Hacibəyov” təqaüdü verildi.  Mən oranı bu təqaüdlə bitirdim.

 

Bağırov mənə deyirdi…

 

- Bəs siz özününz Mircəfər Bağırovla ünsiyyətdə olmusuz? Onu yaxından görmüşdüz?

 

- Bəli, görmüşdüm. Mən 1947-48 illərdə onun oğlu Cahangirlə musiqi məktəbində bir yerdə oxumuşam. Bir dəfə bizə Fikrət Əmirovun ikili konsertini – fortepiano və skripka üçün əsərini verdilər ki, ifa edək. Onun Vladimir adlı bir oğlu da vardı. Müharibədə ölmüşdü. Cahangir isə bizimlə 10 illik musiqi məktəbində oxuyurdu. Anası da yəhudi qızı idi. O, fortepianoda çalırdı, mən skripkada. İki dəfə də getmişəm evlərinə. Filarmoniyayla üzbəüz, indiki İncəsənət muzeyində olurdular. Bağırov mənə deyirdi ki, mən bakıxanovlar haqqında saatlarla danışaram. Çünki hər ikisinin nəsli Qubada yaşamışdı. Hətta onun stolunun üstündə Bakıxanovun “Nəsihətnamə”si vardı. O, atamı da tanıyırdı və ona deyirmiş ki, mən Bakıxanovları beş barmağım kimi tanıyıram. Bir də biz siyasətlə yox, musiqi ilə məşğul idik.

 

1938-ci ildə NKVD atamla əmimi həbs etdi

 

- Tofiq müəllim, siz elə bir dövrdə yaşamısız ki, o zamanlar Azərbaycan ziyalısına qarşı həm də görünməmiş basqılar olub. Həbs, sürgün, anonim yazılar və sair. Sizin nəslinizdə kifayət qədər millətsevər şəxs olub. Nə əcəb bu bəla yağışından sizlərin üstünə çilənməyib?

 

- Niyə ki, bizim ailə də o repressiyanı yaşayıb. 1938-ci ildə NKVD atamla əmimi də həbs etdi. Adını da qoydular ki, guya atamla əmim İran muğamlarını təbliğ edirlər. “Humayun”, “Bayatı-şiraz”, “Bayatı-kürd” muğamlarını tədris etdiklərinə görə. Biz də Üzeyir bəylə qonşuyduq axı, anam getdi Üzeyir bəyin evinə. Dedi ki, “ay əmi, axı bunlar musiqiçidilər,  buları niyə tutublar?”. Evimizdə axtarış da aparmışdılar, heç nə tapmamışdılar. Bunu da Üzeyir bəyə dedik. O da Bağırovla Moskvaya bir tədbirə eyni qatarda, eyni vaqonda gedəndə, söz açıb. Ona deyib ki, axı bunlar musiqiçidir, bunların heç bir günahı yoxdur, bunları niyə həbs ediblər? Onlar bizim musiqi tariximizdə öz yerləri olan insanlardır. Bağırov Moskvadan qayıdan da atamla əmimi buraxdırıb. Üzeyir bəylə Bağırov çox yaxın idilər. Üzeyir bəyin sözünü eşidirdi.

 

“Türk qızları xalq çalğı alətləri ansamblı”

 

- Bəs bundan başqa hansı şirin xatirələriniz var?

 

- Deməli, əmim Məmmədxan Şərqdə ilk dəfə “Türk qızlar orkestri”ni yaratmışdı. Konservatoryanın inspektoru işləyirmiş. Cəfər Cabbarlı və başqa tanınmışlar vardı bu ansamblda. “Türk qızları xalq çalğı alətləri ansamblı” ilə Moskvada, Tiflisdə çox başarılı konsertləri olub, mükafatlar alıblar.

 

- Amma siz ifaçılığınızdan danışdız. Bəstəkar fəaliyyətiniz?

 

- Üzeyir bəydən sonra konservatoriyanın rektoru Qara Qarayev idi. Gəldim onun yanına. Dedim ki, Qara müəllim, bir neçə əsər yazmışam, sizə göstərmək istəyirəm. O, həmən əsərləri aldı baxdı və çox bəyəndi. Mənə dedi ki, sənədlərini hazırla, sən bəstəkarlığı oxumalısan. Və məni öz sinfinə götürdü. 51-ci il idi.

 

Bizim sənətdə paxıllıq həmişə olub

 

- Tofiq müəllim bu qədər şöhrətiniz vardı, nə əcəb qısqanan olmadı?

 

Tofiq müəllim bir qədər fikrə gedir. Hiss olunur ki, yaşının bu vədəsində qanqaraldıcı məqamları yadına salmaq istəmir. Amma onun “Xatirə dəftəri”nin asan oxunduğunu yuxarıda qeyd etmişik. Xatirələrinin bu səhifəsini də yada salır:

 

- Paxıllığımı çəkənlər olub. Bizim sənətdə paxıllıq həmişə olub. 51-ci ildə Berlində gənclərin festivalı keçırılırdi. Məni gənc bir ifaçı kimi ora getmək üçün təqdim elədilər. Bunun üçün də 3 turdan ibarət konkurs vardı. Birinci, ikinci turdan keçdim. Amma – adını çəkmək istəmirəm, – 3-cü turda bir adam atamla olduğuna görə məni buraxdırmadı. O da jürinin üzvü idi, bəstəkardı.  Mənim Berlinə bir gənc ifaçı kimi getməyimə mane oldu. Həmin adam məsul vəzifədə çalışırdı.

 

Bir dəfə də Nizami Xudiyev televiziyada sədr olanda əmir vermişdi ki, mənim 70 illiyimlə bağlı Şəhriyar adına klubda keçirilən tədbir bütünlüklə çəkilsin. Onda da bir bəstəkar qısqanclıq etdi, buna əngəl oldu. Və televiziya çəkiliş edə bilmədi. Heydər Əliyevin mənə verdiyi Şöhrət ordeninin fərmanını və təbrik məktubunu Fatma Abdullazadə təqdim etdi. Televiziyada ancaq xəbər kimi çəkiliş getmişdi.

 

Heydər Əliyevin sevgisi…

 

- Bəs Heydər Əliyevlə şəxsi görüşləriniz olubmu?

 

- Heydər Əliyevlə çox görüşümüz olub. O bizə həmişə yaxşı davranıb. Bizi özüylə getdiyi bütün rayonlara aparırdı. Bir dəfə İsmayıllıdan qayıdanda dedi ki, indi Bakıxanovlar haqqında sizlərə danışım. Və bir neçə saat Bakıxanov haqqında danışdı. Əsərlərindən, onun ictimai, siyasi fəaliyyətindən bəhs etdi. Mənə Şöhrət ordenini də, bütün fəxri adları da Heydər Əliyev verib. Ordeni təqdim edərkən mən ona dedim ki, siz bu ordeni mənə yox, bütün Azərbaycan xalqına vermisiz. Və o da başını əyərək bunu gülərək razılıqla qarşıladı… Heydər Əliyevdən çox razıyam. O musiqimizi, dilimizi, ədəbiyyatımızı sevirdi, bizlərə dəyər verirdi…

 

Tofiq Bakıxanovun xatirələrini dinləməkdən yorulmadıq. Amma qocaman sənətkara müalicə üçün ayrılan vaxtın çatdığını bildirən şəfqət bacısının səsinə diktofonu söndürüb, sənətkarla sağollaşırıq.

Müəllif
Faiq Balabəyli, Nihad Cəbrayıl
Axar.az

loading...
1.123 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23 Aprel - Günün qoroskopu
Trampın adamı söz verdi: İŞİD məhv edilənə kimi...
Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu
Kanadadan Əsədlə bağlı həmlə
Əsəd ordusundan növbəti həmlə: Bu ərazilər alındı
Trampın adamları Putinə işlədiklərini bilməyiblər
Türk ordusu PKK-çıları belə məhv etdi - Video
Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz - İtaliya
ABŞ alimləri yadplanetlilərin 11 izini tapdı
Merkellə dil tapa bilmədim, bunu gözləmirdim - Tramp
Pərvin saçını kəsdirdi, haqqında şayiə yayıldı
Rusiyalı deputatın haker oğlu ABŞ-da həbs edildi: 27 il
Türkiyə şirkətinin Bakıya xəyanəti təsdiqləndi - Foto
İŞİD paytaxtını Rakkadan köçürdü
Venesuelada etirazlar: 11 nəfər öldü
Qorbaçov: Rusiyanın idarəçilik sistemi dəyişməlidir
Həyat yoldaşını intihar həddinə çatdıran şəxs həbs edildi
Güclü külək, dolu... - Hava proqnozu
“Koroğlu” stansiyası iki gün pulsuz olacaq
Amerikalı qubernatordan ermənipərəst mövqe
Koreyanı birləşdirmək üçün savaşa başlayırıq – Şok hədə
Putinə dedim ki, bu, yaxşı ideya deyil - Netanyahu
Sərdar Ortaçın Ərdoğan sevgisi başına bəla oldu
İvanka atasına dəstək olur: Buşun adamlarını…
Millimiz ikinci oldu

Millimiz ikinci oldu

22 Aprel 12:49

Bu, özlüyündə bir rekorddur – I vitse-prezident
İordaniya Əsədi təkzib etdi və təsəlli verdi
Azərbaycanın buna hər cür imkanı var – Millət vəkili
“Sərkisyan bununla ordunun məhv olduğunu göstərdi”
Tarkan Bakıya gəlir

Tarkan Bakıya gəlir

22 Aprel 10:20

Əsəd açıqladı: Daha bir ölkə Suriyaya ordu göndərir
İtaliya Azərbaycana nou-hau ixrac edir
Türk ordusundan müdhiş əməliyyat: 45 PKK-çı…
İraq: Kürdüstan Yaxın Şərqdə sunami yaradacaq
Əfqanıstanda ölən hərbçilərin sayı 140-a çatdı
MN cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Neft ucuzlaşdı

Neft ucuzlaşdı

22 Aprel 10:09

Cüdoçumuz Avropa çempionu oldu
Nazir məşhur çobana vəzifə verdi - Video
Lombardi:
Azərbaycan-Türkiyə birgə təlimlərə başlayır - Video
Şeyx Gürcüstan baş naziri ilə görüşdü - Foto
Xoyski və Ağaoğlu adına mükafat yaradıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Avropa Liqasının yarımfinal cütlükləri müəyyənləşdi
Danışıqlar final mərhələsindədir - NATO-ya SARSIDICI ZƏRBƏ
Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edib
İran prezidentliyinə namizədlər: 5 fars, bir kürd… - Dosye
Orta aylıq əməkhaqqı qalxdı - Hesabat
ATV-nin efirində biabırçılıq: onu ələ saldılar - Video
Lavrov: “İranın taleyi iyunda həll ediləcək”
FİFA DÇ-yə sponsor tapa bilmir – Rusiyaya görə
Bir neçə həbsxananın rəisi dəyişdi
Müdafiə naziri hərbi hospitalda - Foto
Xəbərdarlıq: Havalar kəskin soyuyur
ABŞ-ın İran siyasəti: Yaxın günlərdə... – Tramp
21 Aprel - Günün qoroskopu
Kəndimizin son günü (45-ci yazı)
Əbru Rza üçün oxudu, hamı kövrəldi - Video
Ərdoğan və Putin ən qısa zamanda... - Kreml
“Traxtur” Tehranın “İstiqlal”nı şumladı
Ukraynadan İrana dəmir yolu Azərbaycandan keçəcək
Avropa mediası Ədroğana qarşı - İnanılmaz çağırış
AMEA-da 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib - Foto
Əsəd: Bağdadi tam təhlükəsizlikdədir
Piter teraktı üçün hazırlanan pul Türkiyədən gəlib - Şok qərar
Qanunsuz övladlığa götürmənin cəzası sərtləşdirilir
Qərar verildi: Kürdüstan müstəqilliyinə qovuşur
Almaniyadan etiraf: Türkiyə-Rusiya yaxınlaşması zərərimizədir
Prezident İlham Əliyev sahibkarlara tam təminat verdi ki... - Deputat
Prezident İlham Əliyev sərəncam imzaladı
“Koroğlu”ya aid sərgi keçiriləcək
Qırğızıstan Prezidenti sürücüsünü yenidən müşavir etdi
Təbrizdə qeyri-adi aksiya başlayır – Ecazkar fotolar
Ordumuz artilleriyanı işə saldı - Foto
Putinin Donbas planı üzə çıxdı – KİV
May ayının qeyri-iş günləri açıqlandı
Rusiyanın 5 azərbaycanlı milyarderinin sərvəti - Siyahı
Avropanın gələcəyi Fransadan asılıdır - ABŞ
Lukaşenko Rusiyaya: “Fikir verməyin, yalandır”
20 Aprel - Günün qoroskopu
Kəndimizin son günü (44-cü yazı)
Vaqif Fərzəliyev AMEA-nın Yusif Məmmədəliyev adına mükafatına layiq görülüb
Prezidentdən qəribə qadağa: Qara geyim...
Tramp: İllərdir bizimlə oynayırsan…
Valyutadəyişmə məntəqələri yenidən açılır?
Dünyaca məşhur futbolçu:
Medvedyev:
III Dünya müharibəsinin başlanacağı tarix açıqlandı - Böyük iddia
Bu gecə böyük asteroid Yerə yaxınlaşacaq - Video
Nərgiz Paşayeva Qızıl medal aldı
Rusiya separatçı qurumu KTMT-yə üzv edir – Zəmanət
Məmmədyarov Malta prezidenti ilə görüşdü
Avstriyadakı türklər üçün – Yeni cəza
Ordumuzun tank manevrləri - Foto
Azərbaycan dəhşətli silah hazırlayır - Düşmən iflic olacaq
DSK sədri Tahir Budaqov Koreyanın ölkəmizdəki səfiri ilə görüşüb
ABŞ-dan İrana yeni sanksiyalar gəlir
Britaniya: “İkinci referendum olmayacaq”
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com