İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Trotski Meksika rəssamının ailəsini necə dağıtdı – Sevgi tarixçəsi |


Son dəqiqə

SOSİAL > Trotski Meksika rəssamının ailəsini necə dağıtdı – Sevgi tarixçəsi

Trotski Meksika rəssamının ailəsini necə dağıtdı – Sevgi tarixçəsi
Tarix : 20 Avqust 2014 1:09

Gəlinin valideynləri onların evliliyini “fil və göyərçinin nikahı” adlandırırdılar. Həqiqətən də bəy gəlindən 21 yaş böyük, iki baş hündür, zahirən eybəcər idi, lakin bütün bunlarla bərabər həm də qadın düşkünü kimi tanınmışdı. 

 

Dieqo Riveranı “Qurbağalar şahzadəsi” adlandırırdılar. Yekəpərliyi, yöndəmsiz görkəmi ilə uyuşmayan parlaq yumor duyumu, həyat eşqi, həssaslıq və incəliyilə qəribə bir cazibə qüvvəsinə malik idi. Bu, qadınların diqqətini çəkirdi. İkinci evliliyinə qədər Rivera artıq çoxdan monumentalist rəssam kimi tanınmışdı. O, təsviri sənət həvəskarları və eləcə də Meksika hökumətindən sifarişlər alırdı.

 

 

Meksikada məşhur rəssam Dieqonun evini küçədəki ayaqyalın uşaqlar da tanıyırdı. Və budur, günlərin bir günü belə bir xəbər yayılır: Dieqo Mexiko yaxınlığındakı Koyoakanda yaşayan hansısa tanınmaz-bilinməz bir qızla evlənir.

 

Gəlinin adı Frida Kalo idi. O, Macarıstandan mühacirət etmiş yəhudi fotoqraf Gilyermo Kalo və yerli gözəl Matilda Kalderonun ailəsində dünyaya gəlmişdi. Matilda ərinə iki qız hədiyyə etmişdi. Böyüyü, Frida anasına bənzəyirdi və atasının sevimlisi idi. O, zəkası, yüksək həyat şövqü və ipə-sapa yatmayan xarakteri ilə seçilirdi. Fridanın məktəb dəhlizlərindəki sürətli qaçışı quşun uçmasını xatırladırdı. Qızın altı yaşında poliomiyelit (yoluxucu uşaq iflici – tərc.) keçirdiyini bilənlər buna daha çox təəccüblənirdilər.

 

1925-ci ildə Fridanın on səkkiz yaşı tamam olanda quşun uçuşu yarımçıq qaldı. Fridanın getdiyi avtobus tramvayla toqquşub qəzaya uğradı. Frida onurğa sütunu və çanaq nahiyyəsindən ciddi zədə aldı, qabırğa və körpücük sümükləri sındı.    Müalicə isə bir neçə il davam etdi. Qız otuz üç dəfə əməliyyata girməli oldu, iyirmi səkkiz korset (bədəni düz saxlamaq üçün enli kəmər – tərc.) dəyişdi, daimi ağrılar ona əzab verirdi. Sanki vücudunda salamat qalmış yeganə şey ruhu idi. “Mən sağ qaldım, üstəlik uğuruna yaşaya biləcəyim dəyərlər var. Rəssamlıq naminə, təsvirlərim naminə yaşamağa dəyər” , – deyə gənc qız anasına bildirirdi. Onu Dieqo Riveraya gətirən də məhz rəsmləri oldu.

 

Hələ özü parta arxasında oturduğu vaxtlar hazırlıq məktəbinin həyətində divarlarda şəkillər çəkən iri, tosqun kişiyə fikir vermişdi. Bir neçə ildən sonra isə öz rəsmlərini ona göstərmək qərarına gəlir. Qorxudanmı, ya utandığındanmı, qız özünü bir qədər qəribə aparır. Ehtiyat edir ki, birdən ustad rəssam onunla danışmaq istəməz. Lakin Dieqo qızı qovmur. Əksinə, onunla yaxından maraqlanır. Ancaq məlum deyil, Dieqonun daha çox xoşuna gələn nə idi: qızın rəsmləri, yoxsa özü? Hər necə olsa da, hörmətli rəssam Fridanın atasından onu istəyir. Bütün atalar kimi, Giyermo da qızını adaxlıya qısqanır. İş ciddi şəkil alanda isə onu qızından soyutmağa çalışır: “Mənim qızım ömrü boyu şikəst qalacaq. Bu barədə düşünün, əgər fikrinizi dəyişməsəniz, razılıq verərəm”.

 

 

 

 

 

Frida toyda çox qəribə təsir bağışlayırdı: Boynunu keçmiş zamanların boyunbağısı bəzəyirdi, qulaqlarında sallanan ağır sırğalar var idi, xəstə ayaqlarını isə milli üslubda tikilmiş uzun ətək gizlədirdi. Xoşbəxtlikdən işıq saçan Frida Dieqonun keçmiş arvadı Lupe Marinin qəzəbinə gəlir. İçib keflənən Lupe gəlinin ətəyini qaldırıb var səsilə bağırır: “Baxın görün bu ağılsız mənim yaraşıqlı ayaqlarımı neçə eybəcər kibrit çöplərinə dəyişib!”

 

Qalmaqal düşür. Pərt olan bəy əlinə keçəni vurub sındırır, hələ üstəlik kiminsə barmağını güllə ilə yaralayır. Adaxlılar küsüşürlər, Frida evlərinə gedir. Rivera yalnız bir neçə gündən sonra onu geri qaytara bilir.

 

Toydan sonra Lupe Marin yenidən onları görməyə gəlir. Təcrübəli bir sahibə kimi evi gözdən keçirir, Frida ilə alış-verişə çıxır, ona yemək hazırlamağı öyrədir. İzah edir ki, Rivera səhər yeməyini iş otağında yeyir. Yeməyi ora kiçik zənbildə və üzərinə “Mən sənə heyranam” – sözləri yazılmış kağız dəsmalla örtülmüş halda gətirmək lazımdır. Lupe bu adəti Meksika kəndlilərindən öyrənmişdi.

 

Yeni evlilərin məhəbbətlə süslənmiş həyatını haylı-küylü küsüşmələr də bəzəyirdi. Rivera öz vərdişlərindən əl çəkmək istəmirdi: vaxtının çoxunu keçmiş rəfiqələri ilə keçirirdi. Bundan başqa onun tənqidə heç dözümü yox idi. Rəssamlıq qabiliyyəti və duyğusu olan Frida isə ustadın yanlışlıqlarını söyləməkdən heç vaxt özünü saxlaya bilmirdi. Dieqo qəzəb içində fırçanı yerə çırpır, arvadına lənətlər yağdıraraq evi tərk edirdi. Qayıdanda isə barışıq əlaməti olaraq onu hədiyyələrə qərq edirdi – muncuqlar, sırğalar… Fridanın bər-bəzəkdən ötrü ürəyi gedirdi. Mühüm deyil, qiymətli daş-qaşdan hazırlansın, ya ucuz şüşədən, qızıldan, yoxsa dəmirdən… Hind qanı özünü göstərirdi. O, alabəzək Meksika paltarı geyməyi və saçına allı-güllü bər-bəzək vurmağı sevirdi.

 

Frida məşhur həyat yoldaşına uşaq kimi baxırdı. O, çox vaxt Dieqonu qucağındakı uşaq kimi təsvir edirdi. Ağır qəzadan sonra Frida analıq xoşbəxtliyindən məhrum olmuşdu, odur ki, bütün qayğısını ərinə bəxş edirdi. Daha yaxşı müalicə almaq üçün Rivera arvadını ABŞ-a aparır.

 

Birləşmiş Ştatlar Fridanın heç xoşuna gəlmir. “Kübar həyat məni hiddətləndirir, – o, gündəliyində yazırdı. – Bu varlı adamlar məni özümdən çıxarır, çünki mən minlərlə insanı dəhşətli yoxsulluq içərisində görmüşəm, tamamilə çörəksiz, mənzilsiz… Bütün bunlar mənə çox böyük təsir göstərib. Minlərlə insanın aclıq içərisində boğulduğu halda gecə-gündüz şadyanalıq edən, kef sürən varlıları görmək necə də dəhşətlidir… Ancaq ABŞ sənayesi mənim üçün maraqlıdır. Mənə elə gəlir ki, amerikalılar həssaslıq və incə zövqdən məhrumdurlar… Onlar sanki hər yanı kir-pas və narahatlıqlarla dolu olan böyük bir hində yaşayırlar. Evlər sobalara bənzəyir, onların bəhs etdikləri gözəl şərait isə mifdir. Bilmirəm, bəlkə də səhv edirəm, ancaq mən, sadəcə, hiss etdiklərimi yazıram”.

Səfər Fridaya xoşbəxtlik gətirmədi. Çəkdiyi iztirablar rəsmlərdə əks olumağa başladı. Bu barədə Dieqo yazır: “…O, bütöv bir silsilə təşkil edən şedevrlər üzərində işləməyə başlayır, hələ rəssamlıq sənəti tarixində belə əsərlər yaranmayıb. Bu tablolarda qadın mətanətinin acı həqiqət, amansız gerçəklik, insanın qəddarlığı, cismani və ruhani iztirablar qarşısında təntənəsini görürük”.

 

Rivera ABŞ-da boş dayanmır. Nelson Rokfeller ona “Radio-Siti”nin divarlarında (indiki Rokfeller mərkəzi) naxışlar işləməyi sifariş verir. Dieqo kapitalizmi “vəhşi heyvan cildli maliyyə başçısı və sifilisin ağır dövrünü yaşayan satılmış qadın şəklində təsvir edir”. Bu panoramanın üstündə isə Marks, Engels, Lenin, Trotski və inqilabın digər rəhbərlərinin portretini təsvir edir. Bu portretlər, xüsusilə də Leninin təsviri sifarişçinin narazılığına səbəb olur. O, üzü hansısa bir neytral personajla dəyişdirməyi tələb edir. Frida ərinə kompromissə getməməyi məsləhət bilir və nəticədə Rokfellerin göstərişi ilə bütün işi məhv edirlər.

 

Əvvəllər Dieqo və Fridanı biləşdirən inqilab ideyaları sonralar onların ailə faciəsinə səbəb olur. 1936-cı ildə Stalinin təqibindən Meksikaya pənah aparan Trotski və xanımı Nadejda Sedova ilə möhkəm dostlaşan cütlər mühacirləri sanki öz himayələrinə götürürlər. Lakin bu idilliya Trotskinin Fridaya bəslədiyi coşqun məhəbbət üzündən darmadağın olur. Onların romanı çox qısa sürür. Çünki Frida Trotskiyə qarşı heç bir xüsusi hiss duymurdu. Bu onun tərəfindən ərinin saysız-hesabsız, xüsusilə də doğma bacısı Kristina ilə məhəbbət macəralarına qarşı atdığı qisas addımı idi. Frida qalmaqaldan qaçmağa nə qədər cəhd etsə də, Dieqo arvadının yaxın dostu ilə münasibətlərindən xəbər tutur. Trotski tələsik evini dəyişdirib uzaqlaşır və himayədən məhrum olan inqilabçı Stalinin agentləri tərəfindən vəhşicəsinə qətlə yetirilir.

 

Riveralar ailəsində isə ab-hava getdikcə daha da gərginləşir. Dieqo arvadını bağışlamaq istəmir. Frida da öz növbəsində əri ilə bacısının münasibətlərindən çox sarsılmışdı. Beləliklə, 1939-cu ildə ayrılmağa qərar verirlər. Frida Nyu Yorka gedir. Riveranı unutmağa çalışaraq bir-birinin ardınca sevgi romanları yaşayır. Tezliklə xəstəliyi kəskinləşir, onurğasında ağrılar başlayır, böyrəkləri imtina edir.

 

Onun yaratdığı şedevr nümunələrindən olan “İki Frida” əsəri bu dövrdə yaranıb. Bu, ikiqat avtoportretdir. Birinci Frida Meksika geyimindədir – xoşbəxt və sevimlidir, əlində Dieqonun şəkli olan medalyon tutub. İkincisi, Avropa geyimində – tənha və talesiz. Onun əlində tibbi borucuq və iynə var. Bu borucuqdan qan sızır, həyat tükənir.

 

Ancaq belə böyük kədərə baxmayaraq o, sevgilisinin qayıdacağına inanır. Dieqo həqiqətən də qayıdır. Frida bir ağır əməliyyatdan çıxıb digərinə girməyə hazırlaşırdı. Həkimlərin proqnozuna görə, o, ömrünün qalan günlərini yataqda keçirəcəkdi.

 

Dieqo dizi üstə çökərək əfv diləyir.  Keçmiş sevgililərin məhəbbət hisləri yenidən alovlanır. Xoşbəxt Rivera evi səliqəyə salmağa yollanır, Frida isə onun ardınca sevgi dolu məktublar göndərir: “Dieqo, tezliklə biz əbədi birləşəcəyik, qalmaqalsız, qovğasız, sadəcə bir-birimizi sevmək üçün. Mən səni həmişəkindən daha çox sevirəm. Sənin balaca Fridan”. 1940-cı ildə onlar yenidən evlənirlər.

 

Heç bir şübhə ola bilməz ki, Rivera kənardakı əyləncələrinə baxmayaraq, Fridanı unutmamışdı. O, yazırdı: “Onun zərif, oyaq vücudu və məlahətli üzü var idi. Uzun saçları, qara sıx qaşları burnunun üst hissəsində birləşirdi. Onlar qaratoyuğun qanadlarına bənzəyirdilər, altından isə qəribə qara gözlər mənə baxırdı”.

 

Bu da Fridanın etirafı: “Mənim Dieqonu necə sevdiyimi heç kim heç vaxt anlaya bilməz. Mən yalnız bircə şey istəyirəm. Qoy onu heç kim incitməsin, narahat etməsin, yaşamaq üçün ona lazım olan enerjisini almasın. Mən istəyirəm ki, o, istədiyi kimi yaşasın – yazsın, baxsın, sevsin, yesin, yatsın, tək qalsın, dostları ilə görüşsün, ancaq bircə ruhdan düşməsin”. Qeyd edək ki, bu sözləri yatağa məhkum olmuş qadın yazıb. “Mən xəstə deyiləm. Mən məhv olmuşam. Ancaq neçə ki, çəkə bilirəm, xoşbəxtəm”.

 

Xəstəliyi kəskinləşənədək, 1938-ci ildə Frida Kalo yazıçı Andre Bretonun təklifi ilə öz işlərini Parisə aparır və orada böyük müvəffəqiyyət qazanır. Rəsmlərdən birini Luvr alır. Bu şərəfə hətta onun məşhur əri də layiq görülməmişdi. Qeyd edək ki, o, fransızları yalnız əsərləri ilə deyil, özünün zahiri, ekzotik görkəmi ilə də maraqlandırmışdı. Fridanın şəkilləri jurnalların üz qabıqlarını bəzəməyə başlayır. Modelyer Elza Skiaparelli “Madam Rivera” adlı məşhur geyimini hazırlayır, onun üslubinda bəzədilən “Şokinq” ətri geniş yayılır. 1998-ci ildə Jan Pol Qotye “Frida” adlı bütöv bir kolleksiya hazırlayır. Bu geyimləri saçları güllərlə bəzədilmiş qara qaşlı və qara saçlı qızlar nümayiş etdirirdi.

Axar.az

Frida Kalonun təsvirləri:

loading...
729 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Ev verilən jurnalistlərin adları açıqlanıb (SİYAHI)
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
İstirahət günü hava necə olacaq?
Qanunsuz ağac kəsən şirkətlə bağlı – Açıqlama
Netanyahu Ərəb əmiri ilə niyə görüşüb? – Səbəb
Baş Prokurorluq jurnalistləri təbrik etdi
Azərbaycan milli mətbuatının 142-ci ildönümüdür
Azərbaycanda havanın sərinləşəcəyi tarix açıqlandı
Feminizmin məqsədi... - Putin
Mərakeş mediası Azərbaycanın ənənələrindən yazdı
Nüfuzlu amerikalı diplomat Ermənistana müharibə elan etdi
Almaniyadan şok: Türkiyə düşmənimizdir
Lukaşenko-Poroşenko görüşü: Huşsuz sədr və lüt qadın – Video
SHXÇDX-də Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunub
Məmmədyarov Macarıstan səfiri ilə görüşdü - Foto
Obama qələbəsini bizə borcludur – Rusiya
Yıldırımdan Almaniyaya mesaj: Həll edə bilərik
Moldovadan Rusiyaya qarşı sərt addım: Ordu çıxsın!
AMEA NaxçıvanBölməsi 2017-ci ilin birinci yarısında mühüm naliyyətlər əldə edib
ABŞ vətəndaşlarına bu ölkəyə getməyi qadağan edəcək
Sabahın hava proqnozu açıqlandı
Bu, rusların tarixi səhvidir - Kravçuk
10 milyon manatdan çox kredit vəsaitlərini mənimsəyən şirkət rəhbəri həbs edildi
Bu, ABŞ-ın xeyrinə olmayacaq - Maliki
Tramp Türkiyədəki səfirini dəyişdirir
İsrail Suriyanın səssiz işğalına başladı
Mərakeşdə keçirilən Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi  başa çatıb
Baş Prokuror Zakir Qaralov Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək
21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
Prezident İlham Əliyevdən yeni təyinat – Sərəncam
Rəşid Səfərov: Peşəkar, ləyaqətli, qayğıkeş, ədalətli, bacarıqlı təşkilatçı, etimadı, etibarı hər zaman doğruldan uğurlu kadr
“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
Rusiyanın yaratdığı dövlətə ABŞ-dan cavab
Günel Natiq - Ərinin xəyanətinə sevinən qadın
Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
“Malorusiya” Danbasın ümidsiz çağırışıdır – Savçenko
Metroda yenilik: yeni sistemlər quraşdırıldı - Foto
3 türk ölkəsi nazirləri yekun bəyanat imzaladı
Malorusiya Putinin ideyasıdır, məqsəd isə... – Makkeyn
3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü
Sabahın hava proqnozu açıqlandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Bu universitetlərdə keçid balı endirildi - Siyahı
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərindən birgə - Bəyanat
Bəşər Əsədin oğlu danışdı – İlk dəfə
Tramp şam yeməyində Putinin yanına getdi... – Gizli söhbət
Bakı nefti ucuzlaşdı
3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı - Foto
Bu ölkə yeraltı şəhər tikir
Nazir
19 İyul - Günün qoroskopu
Rusiya Belarusa 700 milyon kredit ayırır
Bu ölkədə meşə yanğınları tüğyan edir
Merkeldən Türkiyəyə tələb: Sərbəst buraxın!
ABŞ məhkəməsi Trampdan bunu tələb etdi
İranın Qətərdəki hərbi bazası barədə: Fəlakət...
Suraxanıda qətl törədən 22 yaşlı gənc tutulub
ABŞ İŞİD-dəki agentlərini geri çağırır
Poroşenkodan Ukraynadakı “yeni dövlətə” - Reaksiya
Din bizi orta əsrlərə aparmamalıdır – Millət vəkili
Rusiyadan Ukraynada yeni dövlət yaradılmasına – Reaksiya
Prezident İlham Əliyev Türkmənistan XİN başçısını qəbul etdi
İsrailə xəbərdarlıq: Qırmızı xətti keçsə...
Putin cüdo fəndlərindən istifadə edir - Məşhur rejissor
Abçeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına silahlı müqavimət göstərmiş şəxs həbs edildi
Qənirə Paşayeva 4 ölkənin deputatı ilə görüşdü - Foto
İrandan kürd dövlət iddialarına növbəti – Reaksiya
Yaşa, Prezidentim yaşa!
Kremldən Kadırovun qeyri-etik sözlərinə - Reaksiya
Qarabağla bağlı konkret plan... – Məmmədyarov
Onlar ABŞ-ın müttəfiqləridir - İran
Üç ölkənin gömrük şefi Bakıda görüşəcək
Körpələrə ən çox verilən adlar – Siyahı
Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir
“Rus NATO-su” Suriyaya ordu göndərir
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com