İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Türmə əhvalatları” |


Son dəqiqə

SOSİAL > “Türmə əhvalatları”

“Türmə əhvalatları”
Tarix : 17 Avqust 2014 18:07

Bayılda kəlbəcərli dustaq, boz qurd olmuş, avtoritet kimi tanınan Xaqani Həşimovun bir dəfə söhbət zamanı dediyi sözlər heç yadımdan çıxmadı. O, məhkəməm yekunlaşdıqdan sonra kameradakı dustaqlarla vida mərasimi keçirərkən mənə: “Zon”da xəyalına gətirmədiyin adamlara, tanışlara, millətlərə rast olacaqsan. “Zon”, elə bil, bir dövlətdir. Bütün millətlərin nümayəndələri var orada, – demişdi.

 

Dediyi kimi də oldu. CÇM-ə gəldikdə köhnədən tanıdığım insanlarla – kəndçilərimlə, jurnalist fəaliyyəti ilə məşğul olanlarla görüşdüm.
Beynəlmiləl Cəza evi 
İçəridə müxtəlif ölkələrin vətəndaşları vardı. Türkiyə, İran, Rusiya, Pakistan, Əfqanıstan, Ukrayna, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan… Hələ Rusiyanın tərkibində əriyib yoxa çıxan ölkələri – muxtar respublikaları demirəm. Afrikadan, Ərəbistan və bir çox ölkələrdən olan dustaqlar da vardı ki, əməllərinin sonucu olaraq burada “məskunlaşmışdılar”.

 

Bura Beynəlmiləl Cəza evi idi sanki. Əcnəbilərdən diqqətimi daha çox tibb məntəqəsində olan iki dustaq – Nigeriyadan olan Samsun və erməni Mişa çəkmişdi. Samsunun adı ötən yazılarda bir neçə dəfə ötəri də olsa çəkilib. Onun haqqında da ətraflı yazmaq istəyim var. Bu yazımın qəhrəmanı isə erməni Mişadır.
Bakı ermənisi 
Mişa Bakı ermənisi idi. 2005-ci ilə qədər Bakıda azadlıqda yaşamışdı. Onun həbsinə səbəb azərbaycanlıya ərə gedən və adını-soyadını dəyişən qızı olmuşdu. Mənə bu haqda demişdilər. Özündən də soruşmuşdum. Nə isə mızıldanmışdı, amma qaneedici bir şey deməmişdi. Yazıq bir adam idi. Adamın ona ürəyi yanardı. Yalançı millətsevərlərin xətrinə dəyməsin, amma o, doğurdan da rəhm olunası adam idi. Xəstə olduğundan hərəkət edə bilmir, çarpayıda uzanılı qalırdı. Yeməyini dustaqlardan kimsə gətirib verirdi. Dişsiz çənəsi ilə yeyir və dualar edirdi. Bəzən bu dualar erməni dilində olurdu.

 

Bir dəfə erməni dilini yaxşı bilən bir zabitdən onun dediklərini olduğu kimi təkrar edib nə dediyini soruşdum. Qulaq asdı:

 

“Dua edir, – dedi. – Sağ olsunlar deyir”.
Onun erməniliyi qalmayıb 
Mişanın vəziyyəti ağır idi. Osman adlı bir çeçen ona xüsusi diqqət kəsilirdi. Yeməyinə, suyuna baxırdı. Ona qulluq edən üzdəniraq dustağa ərzaq verirdi ki, yedizdirsin. Bir dəfə ondan niyə erməniyə belə xüsusi diqqət ayırdığını soruşdum. O:

 

- Onun erməniliyi qalmayıb. O, artıq o dünyasını gözləyir. Xəstədir. Yanına gələni də yoxdur. Məni də azərbaycanlı bilir. Mən heç ona demədim ki, çeçenəm. Bunun nə fərqi var ki? Allah görür. Hər kəsin əməli yazılır. Bilirsən, mənim etdiklərimi o, sizlərin adına yazır.

 

Mişa bir dəfə mənə dedi ki, siz azərbaycanlılar yaxşı adamlarsız… Sonra soruşdu ki, niyə Azərbaycan dilində danışmırsan? Dedim, rus dilində özümü yaxşı ifadə edirəm.

 

 

Daş bizim başımıza

 

 

Mişa ilə kobud rəftar edilmirdi. Bəzi dustaqlar ilk dəfə sirkə gəlirmiş kimi tibb məntəqəsinin həyətinə gəlir, çarpayısı həyətdəki böyük tut ağacının kölgəsinə qoyulmuş Mişaya baxıb: – Alə, daş bizim başımıza, gör müharibəni kimə uduzmuşuq, – deyib bambılılıq edirdilər. Bəziləri Mişaya tum təklif edirdi. Mişanınsa ağzında dişi yox idi. Qoca və heysizdi.

 

Mən otaq yoldaşlarımla – indi Allahın rəhmətinə qovuşmuş əslən Yevlaxdan olan Ramin Məmmədli və ağdamlı dostum Aqil Əliyevlə bir neçə dəfə erməni Mişanın “ziyarətində” olmuşduq.
Araq içmək istəyirəm 

 

Bir dəfə ondan nə üçün tutulduğunu soruşdum. Demək istəmədi. İsrar etdiyimi görüb, “bir şərtlə deyərəm”, – dedi.

 

- Şərtini de. 

 

- Araq içmək istəyirəm, tapsan, danışaram.

 

Bu, əslində nağıllarda olduğu kimi, səni gedər-gəlməzə yola salmaq idi. Türmədə araq? Bu, müşkül məsələdir. Amma daha Aqillə mənə yox da…

 

Sabahı onu su ilə qarışdırılmış təmiz tibbi spirtə qonaq etdik. İnanmadı. İylədikdən sonra içdi. Heysiz əli ilə ağzının qıraqlarını silib,“sonra danışaram”, – dedi.

 

- Mişa, bura “zon”dur. Baxmazlar qocasan, söz ağızdan çıxıb, biz riskə gedib sənə spirt gətizdirmişik. Sən isə tutulmağının səbəbini danışmırsan. Buranın qanunları qocaya, cavana, xəstəyə baxmır ha! – Ramin dedi.
Qızım məni tutdurdu 

 

 

Onu qızı tutdurubmuş. Mişanın dediklərindən belə başa düşdük.

 

- Qızım azərbaycanlıya ərə gedib, ad-soyadını dəyişdirdi. Anası bacıları ilə çıxıb getmişdi. Yeznəm mənim də adımı dəyişdi. Adımı Mikayıl yazdırdı, familiyamın arxasındakı “yan”ı, “yev”lə əvəzlədi. Oldum Mikayıl Allahverdiyev. Ölümümə az qalıb. Qızıma dedim ki, evi satım, iki bacın da var Rusiyada, pulunu 3 yerə bölüm, onların da payını verim, sənin də.

 

“Zavağzalnı”da iki mərtəbəli 8 otaqlı evim vardı. Həyətimdə də 3 xırda ev tikmişdim, kirayədə qalanlar vardı. Pullarını qızım alırdı.

 

O, razı olmadı. Mən də dedim ki, gedib vəsiyyətnamə yazacağam, notariusda təsdiq etdirəcəm ki, evim 3 övladım arasında bərabər bölünsün. Bu sözü deyəndən sonra qızım məni tutdurdu.

 

- Necə tutdurdu? – maraq məni aparmışdı. 

 

- Polisə xəbər vermişdi ki, guya mən priton açmışam evimdə. Narkotik alveri ilə məşğulam. Polislər axtarış apardı. Evimdən tiryək və bir bağlama nəşə tapıldı. Bir neçə kibrit qutusu da hazır satış üçün olan marixuana. 6 il iş verdilər. 2 ilə yaxındır burdayam. Çölə sağ çıxa bilmərəm. Məhkəmədə isə JEK-dən arayış alınanda məlum oldu ki, mən erməniyəm – Mişa Allaxverdiyan. Qızım isə azərbaycanlı gəlinidir. Mən ölsəm, evimin yeganə varisi qızım olacaq…

 

Mişa başqalarına həbs olunmasının səbəbini bir qədər fərqli danışmışdı. Məsələn, hərbidə kəşfiyyatçı mayor olmuş dustaq Nizar deyirdi ki, onun erməni olduğunu bilən JEK müdiri guya ona deyibmiş ki, gəl, evini sataq, pulunu yarı bölək, sənə başqa yerdən ev alaq, bununla da erməni olmanın izini itirək. Guya bu razılaşmayıb və MİS müdiri onu tutdurub.

 

“Çapıq” ləqəbli dustaq isə (adını unutmuşam) söyləyirdi ki, guya MİS müdiri onun qızının sevgilisi imiş və iki sevgili onu aradan götürmək üçün planlar cızırmış. Hər halda, bütün versiyalarda qızının onun həbs olunmasında adı keçirdi.

 

 

Yeznəm pis adam deyil 

 

 

Azərbaycanlı olan yeznəsi ilə maraqlandım:

 

- Bəs sənin yeznən nə deyir? O haradadır?

 

- O, yaxşı vəzifədə çalışır. Vəzifəyə qalxmasında elə mənimlə qohum olması mühüm rol oynamışdı. Bu SSRİ vaxtından başlamışdı. İndi nəvələrim də var. Amma məni yoluxmurlar. Axı mən onların nəyinə lazımam? – sonra da dilini dişsiz ağzından çölə çıxararaq alt-üst çənəsini “təmizləyib” batıq səsi ilə, – Yeznəm pis adam deyil. Erməni qızını hələ də saxlayırsa… – dedi.
Elə edin ki, ölüm 

 

 

Qışda Mişanın vəziyyəti daha da ağırlaşdı. Ona Tibb məntəqəsindəki otaqlardan birində yer düzəltmişdilər. Qaz sobası otağı daima isti saxlayırdı. Hərəkətsiz olduğundan yerini batırırdı və üzdəniraq dustaqlar onun altını təmizləyir, paltarını dəyişirdilər. O, dəfələrlə:- Elə edin ki, ölüm, – deyərək yalvarırmış. Lakin onun ölümünün qarşısını həkimlər kəsirdi. Müalicə edir, dava-dərmanın köməyi ilə bu dünyada çəkdiyi əzabının zamanını uzadırdılar. Onun ölümü həm də siyasi söz-söhbət ola bilərdi. Cəza evinə gələn beynəlxalq komissiyalar onunla maraqlanır, söhbətə tutur, ona yaradılan şəraitdən daima razı qalırdılar. Ona müraciət olunmuşdu ki, cəzanın qalan vaxtını Ermənistanda çəkmək istəyirsənsə, müraciət etsin. Lakin o, qəti şəkildə etiraz etmişdi:

 

- Mən Bakıda doğulmuşam…
Mişanın ölümgünüylə bağlı mərc 

 

Mişanı bir qış günü dustaqların Mərkəzi xəstəxanasına apardılar. Bunu mənə Ramin dedi:

 

- Şair, Mişanı aparırlar. 3 günə öləcək. 

 

Mən beyləqanlı Namiq Namazəliyevlə şahmat oynayırdım. Oyundan fikrimi ayırmadan:

 

- O, çox yaşayacaq, təxminən 2 həftə, – dedim. 

 

Ramin aman vermədən əlini uzatdı:

 

- Gəl mərcləşək, bir blok “Vest”dən. Mərcləşdik. 

 

Mərci uddum. Mişanın ölüm xəbəri 3 həftədən sonra gəldi.

Müəllif
Faiq Balabəyli
Mənbə: Axar.az
1408225235
loading...
6.402 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Markon Putindən bunu tələb edəcək
Melaniya Tramp 51 minlik pencəyə görə qınandı - Foto
Ruslar qazandı: Moldovada hakim koalisiya dağıldı
BMT-də Ermənistan nümayəndəsi belə biabır oldu
Taktiki-xüsusi təlim keçirildi - MN
Elmar Məmmədyarov Nyu-Yorkda - Foto
Prezident İlham Əliyevdən Efiopiya və Nepal prezidentlərinə - Məktub
Prezident İlham Əliyevə 7 təbrik məktubu göndərildi
Təbrizdə seçki səsləri yenidən sayılacaq
Baş prokuror Zakir Qaralov Göygöl rayonunda vətəndaşları qəbul edib
Mövludun “Çətirsiz”i təqdim edildi - Foto
Tillerson Ramazanın qutlanmasını qadağan etdi
İstirahət günü hava necə olacaq?
Lənkəranda bu dərs maraqla qarşılandı - Video
Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
Tarif Şurasından yeni qərar
6 ölkə başçısı Prezident İlham Əliyevi təbrik etdi
İslamiadada bilet satışından nə qədər qazandıq?
Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi
Ayfon-8 həyəcanı - Qiymətlər
Müdafiə nazirləri Tiflisdə görüşdü - Foto
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
Sabahın hava proqnozu açıqlandı
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com