İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Xəyanətkarlar qanun qarşısında cavab verəcəklər” |


Son dəqiqə

son xeber > MANŞET > “Xəyanətkarlar qanun qarşısında cavab verəcəklər”

“Xəyanətkarlar qanun qarşısında cavab verəcəklər”
Tarix : 15 Avqust 2014 13:57

Əli Hüseynli: “Leyla Yunus, İntiqam Əliyev və digərləri necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər?”

 

“Biz artıq görürük ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı real səylər və görüşlər məhz Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir. Qərbin Azərbaycanda enerji maraqları olmasaydı, çətin ki, bu məsələ ilə maraqlanardılar”. Bu sözləri  açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, ABŞ-da və Avropada Dağlıq Qarabağ mövzusunda söhbət edəndə rəsmilər erməni lobbisinin gücündən danışırlar, bəziləri haqq-ədalətin Azərbaycan tərəfində olduğunu desələr də, Azərbaycanı müdafiə etməkdə çətinlik çəkirlər: “Yaxşı ki, son illər Azərbaycan prezidentinin həyata keçirdiyi qətiyyətli hücum siyasəti nəticəsində vəziyyət dəyişməyə başlayıb. Sırf Soçi görüşündən danışdıqda, Azərbaycan rəsmiləri tərəfindən bu görüş pozitiv dəyərləndirilib. Ən vacibi isə odur ki, döyüş bölgəsində son gərginlik zamanı Ermənistan layiqli cavabını aldı və böyük itkilər verdi. Ermənistan tərəfi üçün tam aydın olmalıdır ki, indiki şəraitdə heç kim, o cümlədən Rusiya özünün regionda strateji maraqlarını və tərəfdaşını Ermənistana qurban verməyəcək. Onların Azərbaycanla təkbətək nə hərbi, nə də iqtisadi sahədə mübarizədə davam gətirə bilməyəcəyi artıq hamıya məlumdur. Bunu son günlər hətta rusiyalı ekspertlər belə söyləyiblər”.

Azərbaycan və Rusiyanın dövlətlərarası münasibətlərinə toxunan Ə. Hüseynlinin sözlərinə görə, baxmayaraq ki, orada da ermənilər müəyyən mövqeyə malikdirlər, amma qərarların qəbulunda son söz ölkənin siyasi rəhbərliyindədir: “Rusiya ilə Azərbaycan arasında, o cümlədən dövlət başçıları arasında mövcud olan etimad məsələlərin həllinə öz təsirini göstərməkdədir. Hətta vaxtilə anti-Azərbaycan fikirləri ilə seçilən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin belə son dövrlər fikirlərini korrektə etməsi bir tərəfdən Azərbaycanın regionda artan imicinin və prezident İlham Əliyevin şəxsi nüfuzunun təsirindən, digər tərəfdən isə sözsüz ki, bu məsələyə Rusiya prezidenti Vladimir Putinin baxışından irəli gəlir. Bu baxımdan Dağlıq Qarabağ konfliktinin həllinin indiki mərhələsində Rusiyanın aktivliyi təsadüfi deyil”.

Ə. Hüseynli bildirib ki, ənənəvi olaraq Rusiya Ermənistanın himayədarı kimi tanınsa da, artıq XXI əsrdə dünya xəritəsində çox şey dəyişib: “Ermənilər Rusiya üçün ukraynalılardan da yaxın olmayacaq. Azərbaycan-Rusiya münasibətlərinə 1990-cı illərin əvvəllərində həm Azərbaycanda, həm də Rusiyada rəhbərlikdə olan şəxslərin yarıtmaz siyasəti nəticəsində ciddi zərər dəyib. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə vəziyyət bizim xeyrimizə dəyişməyə başladı. Müasir dövrdə isə ümumiyyətlə, münasibətlərimiz keyfiyyətcə yeni mərhələdədir. Bu gün Azərbaycanın müstəqil, suveren və iqtisadi baxımdan  güclü dövlət olmasına rəsmi Rusiya ehtiramla yanaşır və məhz bu faktorlara görə Azərbaycanı strateji tərəfdaş gözü ilə görür”.

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir çox beynəlxalq təşkilatların Azərbaycanda tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev və digərlərinin həbslərinə reaksiyalarına cavab verib.

Ə.Hüseynli  açıqlamasında bildirib ki, əslində onları “tanınmış” edən elə həmin beynəlxalq təşkilatlardır: “O təşkilatlar ki, qeyri-şəffaf yollarla onlara qrantlar ayırıb, müxtəlif növlü, o cümlədən Azərbaycan əleyhinə fəaliyyətə yönəldiblər. Bəziləri xəyanətkar, bəziləri isə zəif iradəli olan belələri nəhayət ki, qanun qarşısında cavab verəcəklər. Onlar necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər? Təəssüf ki, Qərbin bir sıra dairələri, bəzən də xüsusi xidmət orqanları tərəfindən idarə olunan beynəlxalq fondlar və QHT-lər təkcə Azərbaycanda yox, digər ölkələrdə də bu cür qanunsuz fəaliyyətlə məşğuldur. Belə təşkilatlardan Ermənistanın işğalı nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının müdafiəsini gözləmək, buna çağırışlar etmək əbəsdir”.

Komitə sədri Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın “siyasi məhbuslarla” bağlı məsələlərin müzakirəsi üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun  fəaliyyətinin bərpa olunmasını xahiş etməsinə də aydınlıq gətirib: “Əgər ümumi siyasi qərar olarsa, bunu etmək mümkündür. Bununla yanaşı, milli və beynəlxalq QHT-lər, o cümlədən beynəlxalq təşkilatlar milli məhkəmə-hüquq sisteminin qərarlarına hörmətlə yanaşmalıdırlar. Biz hüquqi və cinayət təqibi problemlərinin hüquqi mexanizmlər ilə həll olunmasının vacibliyini qəbul etməliyik, bu cür məsələləri uzun-uzadı siyasi diskussiyalara çevirmək lazım deyil”.

 

 

Əsəd Azəri

Gundelik-Baku.com

loading...
538 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23 May - Günün qoroskopu
Melaniya İsraildə Trampın əlindən tutmadı - Video
Azərbaycanın gözlənilən treyleri yayımlandı - Video
İslamiadanın bağlanış mərasimi yekunlaşdı
Tədris ili nə zaman başa çatmalıdır? - Video
Kəndimizin son günü (54-cü yazı)
Makronun qələbəsi: Daxili ziddiyyətlər...
Türkiyə ilə bağlı bu qadağa qüvvədə qalacaq - Medvedyev
Əli və Ninonun hekayəsi Lüksemburqda - Foto
Polşa müsəlman qaçqınları qəbul etməyəcək - Kaçinski
Preziden İlham Əliyevdən Firəngiz Əlizadə ilə bağlı - Qərar
Rusiyada “Putinqrad” şəhəri ola bilər
İran: ABŞ iranafobiya yayır
Prezident İlham Əliyev şeyxi qəbul etdi - Foto
İslamiada barədə maraqlı - Statistika
Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Zaxarova Makkeynin təhqirinə cavab verdi: Yazıq...
Le Pen AB siyasətindən imtina etdi
İsrail Trampın Yaxın Şərq siyasətini dəstəklədi
Çin ABŞ-dan 100 gün istədi: Pxenyana görə
Çox böyük potensial var – Zakir Həsənov
Zərif Trampa söz atdı: 11 Sentyabrı kim törədib?
Qarabağ məsələsi Yaponiya parlamentində - Foto
Zakir Həsənov Gürcüstanda belə qarşılandı - Foto
22 May - Günün qoroskopu
Nazarbayev Trampla görüşdü
Hüseyn Cavidin xanımı Stalinə nələr yazmışdı? – Məktub
Millimiz Bakı-2017-nin qalibi oldu
TV-lərimizin reytinqi ilk dəfə açıqlandı – Cədvəl
Medvedyev Türkiyəyə gəldi
Putin Parisə gedir? - Kremldən açıqlama
İŞİD-ə böyük zərbə: Xüms alındı
Davudoğlu Ərdoğanı belə təbrik etdi
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Prezident İlham Əliyev Ərəb-İslam-Amerika sammitində - Foto
Ərdoğan partiya sədri seçildi
İslamiadada qızıl medallarımızın sayı 70-ə çatdı
Mariya Stadnik İslamiadanın çempionu oldu
Qalmaqallı Filippin prezidenti Rusiyaya üz tutdu
Çoban Pərvinin daha bir ifası yayıldı - Video
İslamiada: Azərbaycan üzgüçüsü qızıl medal qazandı
Ruhaninin qələbəsini qeyd etmək qadağan edildi
Güləşçimiz İslamiadanı bürünc medalla başa vurdu
ABŞ Pxenyanı vuracaqmı? - Rusiyadan xəbərdarlıq
Falçıların açıq-aşkar reklamı aparılır - İlahiyyatçı
Avropaya vizasız gediş-gəliş... - Nazir müavini
FETÖ ilə mübarizə şəxsi məsələm deyil - Ərdoğan
Nazir Gürcüstanda şəhid ailələri ilə görüşdü - Foto
Tramp: Artıq bu ölkə ilə aramızda gərginlik olmayacaq
Qənirə Paşayeva BƏƏ naziri ilə - Foto
Azərbaycan daha bir qızıl medalını qazandı
Ərdoğan yenidən AKP-nin başında - Foto/Video
Ruhaninin yenidən prezident seçilməsi... - Slutski
Canlı yayımda stolun altından it çıxdı - Video
Sabah hava necə olacaq?
Qadın güləşçilərimizdən ilk qızıl medal
Tramp Ərəbistanda qılıncla rəqs etdi - Video
Ukrayna və Almaniyadan Rusiyaya qarşı razılıq
Mariya Stadnik yarışa qələbə ilə başladı
21 May - Günün qoroskopu
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə gəlib
Kral Salmandan Trampa ən yüksək mükafat - Foto
ABŞ Ərəbistana İrana qarşı elə sistemlər verir ki...
Poroşenko
İstənilən hücuma cavab verəcək gücdəyik - Roqozin
Azərbaycan medal əyarında liderliyini qoruyur - Siyahı
ABŞ-la Səudiyyə arasında nəhəng müqavilə: 350 milyard...
Azərbaycanın aktivinə daha bir qızıl medal yazıldı
Almaniyadan Türkiyəyə xəbərdarlıq: Hər an...
Hərbçilərimizdən növbəti təlim - Foto
Ər-Riyad: ABŞ-ın İrana qarşı mövqeyi…
PYD rus bayrağını göz bəbəyi kimi qoruyur
Ermənilərdən etiraf: İtkilərimizin sayı getdikcə artır
Muşda küçəyə çıxmaq qadağan edildi
“Putin İttifaqı” İranla yekun müqaviləyə hazırlaşır
Buna göz yummayacağıq - Ərdoğan
Tiflis AB diplomatını gözləyir – Diplomatik skandal
Qorbaçov ABŞ-a “perestroyka” arzulayır
18 yaşlı azərbaycanlı İsveçdə birinci oldu - Video
ABŞ Suriya strategiyasını açıqladı: Gedəcəyik
Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib
Tramp sadiq adamını Vatikana səfir göndərdi
Qarabağ münaqişəsi təcili həll olunmalıdır - Aİ
Tramp islamın beşiyinə gəldi – Foto
İranda seçki: Hər şey bitdi, qalib bəllidir - Rəsmi nəticə
Azərbaycan daha bir qızıl qazandı
MN-dən ermənilərin yaydığı videoya - Reaksiya
ABŞ SSRİ-ni buradan dinləyirdi: “Fil qəfəsi” və Qaqarin
Azərbaycan 62-ci qızılı qazanaraq Türkiyəni keçdi
İtaliyalı turistlər Azərbaycanın cənubunda - Foto
İsrail məxfi sənədləri yaydı: ərəblərin biabırçı məğlubiyyəti
Prezident İlham Əliyev sərəncam imzaladı
Türk futbolçu meyxanaçı Mətişə elçi gəldi
Brüssel Sorosa görə bizə savaş elan edib - Orban
Dünya türkün gücünü görəcək - Ərdoğan
Bu kəndlərdə işləyənlərin maaşı artırılır
Qənirə Paşayeva həqiqətlərimizi Filippinə çatdırdı
Biz bunun şahidi olduq - Mədət Quliyev
Əhmədinejat Ruhaniyə: Yenə gələcəm, can, can - Video
MKİ-ni çökdürən Assanca qarşı cinayət işi ləğv edildi
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com