İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Xalq artisti: “Gözəl-gözəl qızları efirə çılpaq çıxarırlar” |


Son dəqiqə

MƏDƏNİYYƏT > Xalq artisti: “Gözəl-gözəl qızları efirə çılpaq çıxarırlar”

Xalq artisti: “Gözəl-gözəl qızları efirə çılpaq çıxarırlar”
Tarix : 17 Avqust 2014 17:11

Xalq artisti, bəstəkar Eldar Mansurovun “1937.az”a müsahibəsini təqdim edirik:

 

– Eldar müəllim, son vaxtlar müğənnilərlə az işləməyiniz adınızın da az çəkilməsinə səbəb olur. Bu, sizi narahat etmir ki?

 

– Yox. Hər şeyin öz vaxtı var. 1980-90-cı illərdə, 2000-ci illərin əvvəlində musiqilərimə görə adım çox hallanırdı. Son zamanlarda isə televiziya verilişlərinə estradamızın ağsaqqalı kimi hər hansı məsələyə fikir bildirmək üçün dəvət olunuram. Musiqimizin durumu, hər hansı ifaçı haqqında söhbətlərimiz olur.

 

İndi o dövrdəki kimi mahnılarımı ifa edən müğənnilər yoxdur. Əsasən gənc ifaçılardır. Mübariz Tağıyev, Rəna Qasımova, Eldar Raufoğlu kimi ifaçılara mahnılarımı yenə təqdim edirəm. Amma bir vaxtlar mənim bəstələrimi oxuyan Aygün Kazımova, Brilyant Dadaşova, Ağadadaş Ağayev indi başqa mahnılar oxuyurlar. Onları da qınamıram, bu, yaradıcılıqdır. Həmişə Eldar Mansurovun mahnısını oxumaq olmaz axı. Həm də biz artıq sözümüzü demişik də.

 

– Bəs musiqimizin bugünkü durumunu necə xarakterizə edərdiniz?

 

– Bilirsiniz, hər dövrün öz qanunauyğunluqları var. 90-cı illərdə vəziyyət başqa idi, bu gün başqa. Mən indiki vəziyyəti pisləsəm, düz çıxmaz. Azərbaycan musiqisinin inkişafının pik nöqtəsi 60-cı illərdə olub, 70-ci illərdən yavaş-yavaş sönməyə başlayıb. Ən gözəl ifaçılar da həmin illərdə olub. O dövrün Akif İslamzadə kimi səsi olub. Bu günün ifaçıları isə bu günə məxsusdur. Aygün Kazımova, Brilyant Dadaşova 60-cı illərdə meydana çıxsaydılar, oxuya bilməzdilər. Onların zamanı məhz 80-ci, 90-cı illər idi. Hər kəs öz dövründə gəlir, nəsə deyib gedir.

 

Bu gün estradamız çox zəifləyib. Ola bilsin ki, iyirmi ildən sonra vəziyyət daha da dəyişəcək.

 

– 60-cı illərə qayıdanda, dediyiniz kimi, Akif İslamzadə və çəkəcəyimiz çox ad var. Bəs bu gün kimin dövrüdür, iyirmi ildən sonra kimin adını çəkə biləcəyik?

 

– Bu gün müğənnilik eləyən çoxdur, aralarında istedadlıları da var. Şövkət Ələkbərova, Mirzə Babayev, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, hərəsi öz onilliyində ad qoyub, amma bu gün gələcəkdə parlayacaq belə bir ad görmürəm. Bəlkə də, olacaq, amma indi yoxdur.

 

– Bunu musiqimizin tənəzzülə uğraması kimi qiymətləndirmək olarmı?

 

 

 

– Tənəzzülə uğramır, hər dəfə yeni inkişaf tərzi yaranır. Mən bugünkü inkişafdan razı deyiləm. Mən başqa dövrdə dünyaya göz açmışam, başqa dövrdə təhsil almışam, başqa dövrün adamları ilə ünsiyyətdə olmuşam. Bugünkü gənclərlə söhbətim tutmur.

 

– Əslində, digər yaradıcılıq sahələrində də ötən illərlə müqayisədə durğunluq müşahidə edilir və bunu belə izah edirlər ki, dövr yetişdirmir. Siz necə düşünürsünüz, problem nədədir?

 

– Biz uşaq vaxtı aşıq-aşıq oynayardıq. Kinoya, teatra gedirdik, qalın-qalın kitablar oxuyardıq. Bu gün bütün bu sahələrdə boşluq var. Bu gün hərənin əlində bir telefon, sosial şəbəkələrdədir. Heç kinoteatra gedən də yoxdur. Əvvəl şairlər vardı, bu gün onlara söz yazarı deyirlər. Onlar, sadəcə, sözləri bir-birinə yapışdırırlar. Bu qədər oxuyan var, amma onlar müğənni deyil. Müğənni başqa şeydir. Bu gün bəstəkar sözü də hörmətdən düşüb, hər yerindən duran mahnı yazır. Peşəkarlıq itib-batıb.

 

– Əsas gətirirlər ki, tamaşaçının, çoxluğun tələbi budur. Amma bəlkə, elə o bayağı mahnıları təbliğ etməklə zövqü korlayıb, bu mərhələyə gətirib çıxarıblar?

 

– Tamaşaçının, dinləyicinin zövqü dəyişib. Televiziyalar pul alıb kimi gəldi efirə buraxmağa başladılar. Peşəkar da özünü yaraşdırmır ki, pul verib efirə çıxsın. Əksinə, peşəkara pul verib efirə çıxarmaq lazımdır. Həvəskarlar pulla efirə əllərinə aldılar. Televiziya rəhbərləri də gördülər ki, yaxşı gəlir mənbəyi var, elə o həvəskarlardan yapışdılar. İndi də başlarını divara döyürlər ki, sənət ölüb. Bizi çağırırlar ki, gəlin danışın. Nə danışaq axı? Media orqanları yerindən duranı göylərə qaldırıb ulduz elədilər. İndi o ulduzlar yoxdur, hamısının bir atımlıq barıtı var idi.

 

Gözəl-gözəl qızları yarıçılpaq efirə çıxarırlar. Bu gün bizim cəmiyyəti də maraqlandıran odur ki, hansı oxuyan soyundu? Onların sənətindən söhbət getmir. Verilişlərdə ifaçıların qarderobunu açıb, alt paltarlarını göstərirlər. Abır-həya itib. Nə vaxt televiziyanı açırsan, xörək bişirirlər. Artıq sona gəlib çatmışıq. Bizim tamaşaçını sənət yox, soyunmaq maraqlandırır.

 

Nə vaxt medianın, tamaşaçının tələbi dəyişəcək, onda müğənnilər də ayılacaq ki, onlara mənim soyunmağım yox, oxumağım lazımdır.

 

– Eldar müəllim, artıq yaşınız altmışı keçib. Musiqidə yaş özünü necə göstərir, bəstələriniz də yaşlaşır, kamilləşirmi?

 

– Hər adam özünü yazır. Mənim dünyagörüşüm necədirsə, musiqilərim də elədir. Çünki bəstələdiyim musiqilər mənim bir parçamdır, məndən qopur. Mənim övladım mənə oxşadığı kimi, yazılan musiqilər, şeirlər də elədir.

 

– Yəni musiqinin ritmindən, notundan anlamaq olur ki, bu, gənc, yoxsa yaşlı bəstəkara aiddir?

 

– Bəli. Hətta musiqini dinləyən kimi bilirsən ki, onu qadın yazıb, yoxsa kişi.

 

– Nə fərqləndirir onları?

 

–  Qadın mənim xarakterdə ola bilməz. Qadının xasiyyətində qısqanclıq, xanımlıq var. Kişilərdə başqa cürdür. Mən Elza İbrahimovayla Ramiz Mirişlinin musiqisini o dəqiqə ayırd edirəm.

 

– Sizin ən məşhur bəstəniz “Bayatılar”dır. Maraqlıdır, insan hansı hissləri keçirməlidir ki, o musiqini yaza bilsin?

 

– Mənim də bəxtimə “Bayatılar” düşüb. İndi mən öyünüm ki, mənim musiqim dünyada səslənir? Yox, Allahın verdiyi payla öyünməzlər. Bu, mənim naxışımdır.

 

O musiqini necə yazdığımı bilsəydim, çoxdan bu barədə kitab yazmışdım.

 

– Məsələn, Gövhər Həsənzadə deyirdi ki, mənim üçün ən asan iş musiqi bəstələməkdir. Sizin üçün bu proses necə izah oluna bilər?

 

– Ən asan? Mən onlar kimi düşünmürəm, məni fərqləndirən də budur. Kim izah edə bilər ki, məhəbbət necə hissdir? Bilirsən ki, aşiq olduğun adamı sənə sevdirən nəsə var, amma nə olduğunu heç cür bilmirsən. Bu da elə bir şeydir. Musiqi özü gəlir, yazırsan. Oturum, istənilən şeirə musiqi bəstələyim, bu, yaradıcılıq deyil. Bu, pinəçilikdir, mıxı götürüb ayaqqabıya vurursan. Yaradıcılıq başqa şeydir.

 

Mən necə yazdığımı izah edə bilmirəm. Bilmirəm, nə vaxt gəlir, necə gəlir… Boğazdanyuxarı əsərlər yadda qalmır. Tofiq Quliyev çox mahnı yazmayıb, amma hamısı yadda qalıb. Çünki boğazdanyuxarı yazmayıb.

 

– Hansı bəstəkarı dindirirsən, deyir, mahnılarımı satmıram, hədiyyə edirəm. Bəs Azərbaycan bəstəkarı nə ilə dolanır?

 

– Yox, əsərlər də satmışıq, burda ayıb bir şey yoxdur. Birdən də mahnı havayı başa gəlir, amma onun efirdə təqdim olunması baha başa gəlir. Bu gün inanmıram ki, kimsə mahnı satır, mahnı alır. Müğənni gedib aranjemançıya pul verir, o da türk, rus estradasından bir-iki mahnı götürüb, bir-birinə calayır, olur mahnı. Bəstəkar yaddan çıxıb artıq.

 

– Hansısa siyasi liderə həsr edilmiş şeirə musiqi bəstələmisinizmi?

 

–  Bəstələmişəm. Heydər Əliyevə, İlham Əliyevə mahnı yazmışam. Çünki onların apardığı siyasəti mənim dünyagörüşümə uyğundur. Yeri gələndə, vətənpərvər mahnılar da yazmışam.

 

– Cəmiyyətimizdə belə bir tənqidi fikir var ki, bizim sənətçilər digər ölkələrdəki kimi hər hansı prosesdə ictimai mövqe nümayiş etdirmirlər, xalqın yanında olmurlar. 

 

– Mən də xalqdanam. İqtidar da, müxalifət də xalqdır. Hamısı azərbaycanlıdır, hərəsinin öz fikri var. Elə düşünürlər ki, yaradıcı adamlar fikir bildirməyə qorxurlar. Niyə qorxurlar ki? Mənim öz fikrim var, həmişə də öz fikrimdə qalıram. Mən bu gün aparılan siyasətlə razıyam.

 

– Televiziyada yayımlanan mahnı müsabiqələrinin münsifləri ilə razısınızmı, sizcə, onlar musiqimizi qiymətləndirmək iqtidarındadır?

 

– Məni o verilişlərə münsif kimi çağıranda getməməyə çalışıram. Çox vaxt dəvətləri rədd edirəm. Çünki mən bir söz deyirəm, onlar başqa söz. Belə desək, sözüm keçmir, ona görə də getmirəm.

 

– Elə siz və sizin kimilər getmirsiniz deyə bizim musiqimizi Namiq Qaraçuxurlu dəyərləndirir.

 

– O hansı müsabiqədə münsifdir ki?

 

– ATV kanalında yayımlanan “Azərbaycanın səsi” yarışmasında.

 

– ATV hələ Azərbaycan kanalı demək deyil. Mən, ümumiyyətlə, bizim kanallara, demək olar ki, baxmıram. Baxdığım ancaq AzTV və İctimai televiziyadır.

 

– Eldar müəllim, siz Sovet dövründə doğulub yetişmiş adamsınız. Bu, sizin dini inancınıza təsirini göstəribmi?

 

– Mən dindar deyiləm, namaz qılmıram. Amma ürəyim Allahladır, Allahsız yaşamaq mümkün deyil. Bizdən asılı olmayan şeylər var…

 

loading...
334 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Makkeyn: “Çin buna görə cavab verəcək”
BMT-də Beynəlxalq Novruz günü - Foto
Rəsmi Bakıdan London teraktına münasibət
Dünyanı yönəldən Masonlar: Rokfeller və... – Video
23 Mart - Günün qoroskopu
London terroruna Türkiyədən açıqlama gəldi...
ABŞ ən müasir silahının sınağını yayımladı - Video
Kvasnevski: “Avropada savaş gedir”
Türkiyə: “Norveç FETÖ-ya dəstək verdi”
Rusiya Ukraynaya pul köçürmələrini dayandırdı
Avropa müsəlmanlara 1000 avro təklif edir
Hamı kosmosa çıxarkən, bunlar qızlarımın... - Ərdoğan
İşğalçı ölkədən şok: Zenit-raket qurğusu ələ keçirildi - Video
Ukrayna təsdiqlədi: Rusiyaya “Avroviziya” zərbəsi
Mundiala namizəd 8 sürpriz komanda: Azərbaycan...
Çavuşoğlu:
Azərbaycanlı alim:
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib
Jirinovskidən təklif:
Dəhşətli istilər gəlir - Xəbərdarlıq
Rusiyadan Türkiyəyə qadağa ilə bağlı - Qərar
Tramp NATO-nun Brüssel sammitində iştirak edəcək
Ankaranın Krımla bağlı mövqeyi dəyişəcək - İddia
Nasist Almaniyanın dəhşətli UNO təcrübəsi – Video
22 Mart - Günün qoroskopu
III Şeyxülislama məxsus 250 illik Quran tapıldı - Foto
Səfirdən xalq artistinə hədiyyə - Foto
Koreya lideri 14 saat dindirildi
Alman diplomata Türkiyədən sərt xəbərdarlıq
Kəndimizin son günü (34-cü yazı)
17 yaşlı azərbaycanlı İsveçdə hər kəsi ağlatdı - video
Azərbaycanla oyun bizim üçün... – Tomas Müller
Belarus fövqəladə hallar nazirinin müavini həbs edildi
“Azərbaycanda Yeni il” Polşa mətbuatında - Məqalə
Hüsnü Mübarək nəhayət azadlığa buraxıldı
Gürcüstan prezidenti və baş naziri Marneulidə - Foto
Oranı tərk etməliydik - Tramp
Jurnalist mətbuat konfransında yatdı – Video
Gül və Davudoğlu Yıldırımı saymadı - İmtina
Şok: Yanukoviçin Qırğızıstan üzərindən daha bir oyunu - Foto
ABŞ prezidenti qızına vəzifə verir
Ruslar Krım və Türkiyəyə üstünlük verdi
Sovet avtomobillərini heç belə görmədiniz – Foto
Əsəddən çağırış: Dəstəyinizdən imtina edin
“Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir”
Türkiyədə əməliyyat: 999 həbs
Xəbərdarlıq: Havalar kəskin soyuyur
21 Mart - Günün qoroskopu
Kəndimizin son günü (33-cü yazı)
“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi
Xodorkovskidən Trampa:
“O səs Türkiyə”nin qalibi haqda şok iddia - Video
Bu, xüsusi əməliyyat idi - Poroşenko
Zakir Həsənov “Açıq qapı” günündə - Foto
Referendumdan sonra ilk addım... - Kılıçdaroğlu
Azərbaycanda alternativ enerji isehsalı artdı
Kremldən kürd muxtariyyəti açıqlaması: Mümkün deyil
Peyvənd artıq iynəsiz və ağrısız olacaq
Novruz  bayramı Bakı İstintaq Təcridxanasında da qeyd edildi.
Su neftdən baha olacaq
Almaniyadan Türkiyəyə: Sizdən asılıdır
İrəvandan uçan təyyarədə radioaktiv maddə tapıldı
Tramp Merkellə niyə əl sıxışmadı? - Ağ Evdən açıqlama
Azərbaycanda avtomobil bahalaşdı
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Zinəddin Zidanın oğlu antiqəhrəmana çevrildi
Suriyada Rusiya səfirliyinin binası vuruldu
Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan neçəncidir?
Hava şəraiti dəyişəcək
HƏMAS-dan BMT-yə İsraillə bağlı xəbərdarlıq
Rusiya Bakının təhlükəsizlik sistemindən istifadə edəcək
İslam Oyunları ilə bağlı biletlərin qiyməti açıqlandı
Trampı devirib onun yerinə... - Şok İddia
İsraildən Suriyaya: Müdafiə batareyalarını məhv edərik
Özil millimizə qarşı oynamayacaq?
Kadırov:
Türk jurnalistlər qələbənin ildönümünü Bakıda keçirdi
Azərbaycanlı gimnast bürünc medal qazandı - Dünya Kuboku
Moskvada 400 rubl qarşılığında məcburi mitinq - Video
Bu ölkə ABŞ diplomatını ölkədən qovdu
“Qəbələ” yenidən liderliyə yüksələcəkmi?
İçərişəhərdə “Bahar qalası” - Fotolar
Türkiyədən PKK əleyhinə 11738 əməliyyat...
4 min rüşvət verib sürücülük vəsiqəsi aldı
Nigeriyada terror: Ölənlər və yaralananlar var
ABŞ İrana görə səfərbərlik elan edib
“Rusiyaya qarşı sanksiyalar AB-ni parçalayır”
Bayram günlərində hava necə olacaq?
Tramp Çinə gedir?

Tramp Çinə gedir?

19 Mart 12:50

Sığortalı əmanətlərin əhatə dairəsi genişləndirilir
3 kiloqram ağırlığında limon yetişdirildi
“Kamaz” avtobus dayanacağını dağıtdı - Foto
Ermənistandan növbəti təxribat: 136 dəfə...
Şimali Koreya yenə dinc durmadı: Növbəti sınaq
Holland-türk böhranına ağlagəlməz - Müdaxilə
ABŞ-Çin savaşı: Vaşinqton Tayvanı silahlandırır
Cəmilovdan şok açıqlama: Krım belə satıldı
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com