İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Xan Şuşinski olmasaydı, efirə həsrət qalacaqdım” – FOTOLAR, VİDEO |


Son dəqiqə

MƏDƏNİYYƏT > “Xan Şuşinski olmasaydı, efirə həsrət qalacaqdım” – FOTOLAR, VİDEO

“Xan Şuşinski olmasaydı, efirə həsrət qalacaqdım” – FOTOLAR, VİDEO
Tarix : 20 Avqust 2014 23:56

Azərbaycan musiqisində zirvə sayıla biləcək ustad sənətkarlarımız olub ki, bu gün onların hər biri ilə ayrılıqda qürur duymaq olar. Onlardan biri də 20-ci əsr Azərbaycan mədəniyyətində böyük xidmətləri olan Xan Şuşinskidir. İlahidən gələn bu misilsiz səs Allah vergisi idi. Bu gün bu ilahi səs sahibinin doğum günüdür. Onun barəsində Publika.az-a ustadlar danışacaq, amma əvvəlcə gəlin onun həyat yoluna nəzər salaq…

 

Muğamatın Xanı

 

Xan Şuşinski 1901-ci ildə avqustun 20-si Şuşa şəhərində anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. Xanın bir xanəndə kimi yetişməsində həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi-muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib.

O həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəridir. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun “Qara göz” mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

 

 

“Məni səhnəyə Xan əmi çıxardı”

 

Xan Şuşunski onu tanıyanların yaddaşında qayğıkeş, alicənab, xeyirxah bir insan kimi qalıb.

Ustad xanəndə, xalq artisti Əlibaba Məmmədov səhnəyə ilk dəfə Xan Şuşinski ilə çıxdığına görə özünü xoşbəxt sənətkar saydığını deyir: “Mən bunu həmişə demişəm, indi də təkrar edirəm, 19-20 yaşım olanda mən ilk dəfə səhnəyə Xan əmi ilə çıxmışam. Xanəndə üçün bundan böyük xoşbəxtlik ola bilərmi? Xan əmi səhnədə cavan xanəndələrə hər zaman diqqət və qayğı ilə yanaşırdı. Onlara sərbəstlik verirdi. Uzun illər mən onunla eyni səhnəni paylaşmışam. Mən muğamın incəliklərini, ən zil pərdələrdə necə oxumağı ondan əxz eləmişəm. Bunu danmaq olmaz. Xan əmi musiqinin, muğamatın xanı idi. Mən onun barəsində yalnız xoş sözlər deyə bilərəm. Xan əmi muğamatda bir zirvədir”.

 

 

“Xan əmi olmasaydı, efirə həsrət qalacaqdım”

 

 

Onu yaxından tanıyan ustad xanəndə Süleyman Abdullayev vaxtilə Xanın ona etdiyi yaxşılıqları belə xatırlayır: “1960-cı illər idi, mənim efirdə, radioda vaxtaşırı çıxış elədyim zamanlar idi. Çox sevilirdim. Amma bir gün  efirdə Xalq artisti Rübabə Muradova ilə canlı oxuyurduq. Mənim “Segah” üstə oxuduğum qəzəl “yuxarılar”ın xoşuna gəlmədi. Söhbət bu qəzəldən gedir:

 

Dil açanda anamın hər sözünə can demişəm,

Bu gözəl yurduma Azərbaycan demişəm.

Kim bölüb Azəri yurdun Şimal ilə Cənuba,

Götürülsün yer üzündən, belə hicran demişəm.

 

Dedilər ki, guya mən burda siyasi məqama toxunmuşam. Səhəri Teleradio Komitəsinin ovaxtkı sədri Ənvər Əlibəyli məni yanına çağırıb  danladı. Dedi ki, bu nə qəzəldi oxuyursan, məqsədin nədir?Mən də qayıtdım ki, nə məqsəd olacaq, qəzəldir də, oxumuşam. Amma xeyri olmadı. Bu hadisədən sonra mənə altı ay müddətinə efirə çıxmağa qadağa qoyuldu. Sözün düzü, gənc xanəndə kimi bu qadağa mənə pis təsir etdi. Qanım çox qara idi. Dilxor vəziyyətdə gəldim Filarmoniyaya. Xan əmi məni görən kimi başladı sorğu-suala ki, qarabala, noolub, niyə qaşqabaqlısan? O, həmişə mənə qarabala deyə müraciət edərdi. Danışdım ki, hal-qəziyyə belə olub, bəs mənə efirə çıxmağa qadağa qoyublar. O, məni də özüylə götürüb, gəldi ali sovetə. Orda bizi bir nəfər səlahiyyətli şəxs qarşıladı. Adını indi unutmuşam. Xan əmi ona mənə görə ağız açdı. O kişi dərhal Ənvər Əlibəyliyə zəng edərək, mənə qoyulan qadağanı üzərimdən götürməyi tələb etdi.  Yəni sözümün canı budur ki, Xan böyük sənətkar olmasına baxmayaraq, çox sadə və canıyanan insan idi. Cavanlara böyük diqqət göstərirdi. Onun mənə elədiyi yaxşılıqları heç vaxt unutmaram.

 

 

“35 il ərzində birinci xanımından ayrılmayıb”

 

Xan Şuşinskinin sənət aləmində olduğu kimi, ailədə də fərqli bir insan olduğu deyilir. Yaxınlarının dediyinə görə, Xan əmi ailəsinə hər zaman xüsusi vaxt ayırırmış.

Qızı Bəyimxanım Cavanşirova deyir ki, o, dünyaya gələndə atasının 57 yaşı olub: “Atam ikinci dəfə ailə qurandan sonra mən dünyaya gəlmişəm. Atamın birinci xanımından övladı olmayıb. Amma buna baxmayaraq, atam 35 il ərzində birinci xanımından ayrılmayıb. Ona sədaqətli olub. 35 ildən sonra onun xanım atamı ikinci dəfə evləndirib. Bu evlilikdən dörd övlad dünyaya gəlib -3 qız, bir oğlan. Mənə anasının adını verib. Bəlkə, elə buna görə də məni həddən artıq çox istəyirdi”.

Bəyimxanım Cavanşirovanın sözlərinə görə, atası uşaqlarına və ailəsinə qarşı həmişə diqqətli olub.

 

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi…

İnşallah torpaqlarımız işğaldan azad olunsun, Qarabağda yenə o qüdrətli səsin sehrinə düşək! Çünki səs ölmür, o, hər zaman yaşayır.

 

Cəvahir Səlimqızı

 

loading...
2.376 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23 Mart - Günün qoroskopu
London terroruna Türkiyədən açıqlama gəldi...
ABŞ ən müasir silahının sınağını yayımladı - Video
Kvasnevski: “Avropada savaş gedir”
Türkiyə: “Norveç FETÖ-ya dəstək verdi”
Rusiya Ukraynaya pul köçürmələrini dayandırdı
Avropa müsəlmanlara 1000 avro təklif edir
Hamı kosmosa çıxarkən, bunlar qızlarımın... - Ərdoğan
İşğalçı ölkədən şok: Zenit-raket qurğusu ələ keçirildi - Video
Ukrayna təsdiqlədi: Rusiyaya “Avroviziya” zərbəsi
Mundiala namizəd 8 sürpriz komanda: Azərbaycan...
Çavuşoğlu:
Azərbaycanlı alim:
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib
Jirinovskidən təklif:
Dəhşətli istilər gəlir - Xəbərdarlıq
Rusiyadan Türkiyəyə qadağa ilə bağlı - Qərar
Tramp NATO-nun Brüssel sammitində iştirak edəcək
Ankaranın Krımla bağlı mövqeyi dəyişəcək - İddia
Nasist Almaniyanın dəhşətli UNO təcrübəsi – Video
22 Mart - Günün qoroskopu
III Şeyxülislama məxsus 250 illik Quran tapıldı - Foto
Səfirdən xalq artistinə hədiyyə - Foto
Koreya lideri 14 saat dindirildi
Alman diplomata Türkiyədən sərt xəbərdarlıq
Kəndimizin son günü (34-cü yazı)
17 yaşlı azərbaycanlı İsveçdə hər kəsi ağlatdı - video
Azərbaycanla oyun bizim üçün... – Tomas Müller
Belarus fövqəladə hallar nazirinin müavini həbs edildi
“Azərbaycanda Yeni il” Polşa mətbuatında - Məqalə
Hüsnü Mübarək nəhayət azadlığa buraxıldı
Gürcüstan prezidenti və baş naziri Marneulidə - Foto
Oranı tərk etməliydik - Tramp
Jurnalist mətbuat konfransında yatdı – Video
Gül və Davudoğlu Yıldırımı saymadı - İmtina
Şok: Yanukoviçin Qırğızıstan üzərindən daha bir oyunu - Foto
ABŞ prezidenti qızına vəzifə verir
Ruslar Krım və Türkiyəyə üstünlük verdi
Sovet avtomobillərini heç belə görmədiniz – Foto
Əsəddən çağırış: Dəstəyinizdən imtina edin
“Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir”
Türkiyədə əməliyyat: 999 həbs
Xəbərdarlıq: Havalar kəskin soyuyur
21 Mart - Günün qoroskopu
Kəndimizin son günü (33-cü yazı)
“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi
Xodorkovskidən Trampa:
“O səs Türkiyə”nin qalibi haqda şok iddia - Video
Bu, xüsusi əməliyyat idi - Poroşenko
Zakir Həsənov “Açıq qapı” günündə - Foto
Referendumdan sonra ilk addım... - Kılıçdaroğlu
Azərbaycanda alternativ enerji isehsalı artdı
Kremldən kürd muxtariyyəti açıqlaması: Mümkün deyil
Peyvənd artıq iynəsiz və ağrısız olacaq
Novruz  bayramı Bakı İstintaq Təcridxanasında da qeyd edildi.
Su neftdən baha olacaq
Almaniyadan Türkiyəyə: Sizdən asılıdır
İrəvandan uçan təyyarədə radioaktiv maddə tapıldı
Tramp Merkellə niyə əl sıxışmadı? - Ağ Evdən açıqlama
Azərbaycanda avtomobil bahalaşdı
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Zinəddin Zidanın oğlu antiqəhrəmana çevrildi
Suriyada Rusiya səfirliyinin binası vuruldu
Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan neçəncidir?
Hava şəraiti dəyişəcək
HƏMAS-dan BMT-yə İsraillə bağlı xəbərdarlıq
Rusiya Bakının təhlükəsizlik sistemindən istifadə edəcək
İslam Oyunları ilə bağlı biletlərin qiyməti açıqlandı
Trampı devirib onun yerinə... - Şok İddia
İsraildən Suriyaya: Müdafiə batareyalarını məhv edərik
Özil millimizə qarşı oynamayacaq?
Kadırov:
Türk jurnalistlər qələbənin ildönümünü Bakıda keçirdi
Azərbaycanlı gimnast bürünc medal qazandı - Dünya Kuboku
Moskvada 400 rubl qarşılığında məcburi mitinq - Video
Bu ölkə ABŞ diplomatını ölkədən qovdu
“Qəbələ” yenidən liderliyə yüksələcəkmi?
İçərişəhərdə “Bahar qalası” - Fotolar
Türkiyədən PKK əleyhinə 11738 əməliyyat...
4 min rüşvət verib sürücülük vəsiqəsi aldı
Nigeriyada terror: Ölənlər və yaralananlar var
ABŞ İrana görə səfərbərlik elan edib
“Rusiyaya qarşı sanksiyalar AB-ni parçalayır”
Bayram günlərində hava necə olacaq?
Tramp Çinə gedir?

Tramp Çinə gedir?

19 Mart 12:50

Sığortalı əmanətlərin əhatə dairəsi genişləndirilir
3 kiloqram ağırlığında limon yetişdirildi
“Kamaz” avtobus dayanacağını dağıtdı - Foto
Ermənistandan növbəti təxribat: 136 dəfə...
Şimali Koreya yenə dinc durmadı: Növbəti sınaq
Holland-türk böhranına ağlagəlməz - Müdaxilə
ABŞ-Çin savaşı: Vaşinqton Tayvanı silahlandırır
Cəmilovdan şok açıqlama: Krım belə satıldı
Türkiyə Menbicdə böyük əməliyyata başlayır
18 Mart - Günün qoroskopu
Almaniya millisi Bakıya bu heyətlə gəlir
Latviya
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com