İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Xaricdə təhsil fırıldağı |


Son dəqiqə

TƏHSİL > Xaricdə təhsil fırıldağı

Xaricdə təhsil fırıldağı
Tarix : 16 Avqust 2014 10:31

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb. 

 

İndi “Xaricdə ən yaxşı universitetlərdə istədiyiniz ixtisasda təhsil almaq şansı!”, “İmtahansız tələbə adını qazan!”, “Yalnız attestatla ali məktəbə qəbul olma şansı!” kimi şüarları əksər reklam lövhələrinin bəzəyinə çevrilib. Əsasən may-sentyabr aylarında ortaya çıxan bu fırıldaqçı şəbəkə abituriyentləri imtahansız istədikləri dövlət universitetlərinə və ixtisasa qoymaqla şirnikləndirir. Biz də özümüzü bu tələyə düşmüş kimi göstərib bu cür elanlardan bir neçəsini götürüb bu işi həyata keçirən ofislərə yollandıq. TQDK-nın keçirdiyi qəbul imtahanında az bal yığdığımızı və kəsildiyimizi bildirib xaricdə təhsil almaq niyyətində olduğumuzu dedik. İlk baş çəkdiyimiz məkan “Success Future” Ukraynada təhsil oldu. Buradan bildirdilər ki, vətəndaş heç bir imtahan vermədən Ukraynada istədiyi universitetə qəbul edilir. Bunun üçün isə tələb olunan yeganə sənəd attestatdır. Amma bunun üçün ilk öncə bu şirkətə 2500 manat ödəməliyik. Bu məbləğ qəbul pulu sayılır. İllik təhsil haqqı fakültələrə görə dəyişir. Məsələn Ukraynada yerləşən Karazin adına Xarkov dövlət Universitetinin hüquq fakültəsinin əyani təhsil haqqı 2040 manat, qiyabi isə 1270 manatdır.

Məlumat verən şəxsin dediyinə görə, bu universitet Bakı Dövlət Universiteti ilə rəsmi əməkdaşlıq edir: “Ukraynaya getmək və orada qalmaq xərci özünüzə aid olacaq. İldə iki dəfə getmək şərtdir. Ukrayna qanunvericiliyinə görə ildə  bir dəfə də getsəniz olar. Ancaq Azərbaycan qanunvericiliyinə görə iki dəfə getmək lazımdır. Seçimi özünüz etməlisiniz. Bu universitetin diplomu Azərbaycanda tanınır. İstəsəniz Təhsil Nazirliyinin qaynar xəttinə zəng edib soruşa bilərsiz”.

Digər baş çəkdiyimiz məkan isə Azəreadu Xaricdə Təhsil Mərkəzi oldu. Buradan bizə İstanbul, Ankara və İzmirdən başqa istədiyimiz universiteti seçə biləcəyimizi dedilər. Nəyə görə bu şəhərləri seçə bilmərik deyə soruşduqda buradakı universitetlərin özəl olduğunu, bu şirkətin isə ancaq dövlət universitetlərinə baxdığını dedilər.

Bu şirkətlərin təklifləri ilə tanış olarkən belə bir sual yaranır – axı imtahansız, heç bir bilik tələb olunmadan xaricdə necə ali məktəbə qəbul olmaq olar? Universitetə getmədən, evində oturub 4 ilin tamamını gözləyən və sonda diplom dalınca gedən tələbənin necə təhsil alacağı məlumdur. Yəni ölkələrdəki universitetlər, hətta fakültələr belə eyni olduğu halda əlavə xərclər və təhsil haqları fərqlidir. Yəni hər təşkilat öz maraqları çərçivəsində qiymət müəyyənləşdirib.

Biz bu şirkətlərə baş çəkərkən qəbul otağının qarşısında kiçik növbələrin olduğunun şahidi olduq. Qəbul imtahanlarında uğursuz nəticə əldə edən abituriyentlər və onların valideynləri bu şirkətlərə baş çəkir. Orada növbə gözləyərkən iki valideynin söhbətinin şahidi olduq. Valideynlərdən biri digərinə “qorxuram ki, birdən bu iş fırıldaq olar. Pulu verərik alıb qaçarlar. Uşaqlarımız da çöldə qalar. Həm də bilmirik ki, o universitetlərin diplomu Azərbaycanda tanınacaq? Həm də uşaqlar təhsilsiz olacaq” deyirdi.

Ürəyində çoxlu sual, narahatçılıq olan bu valideynə digəri bu cür cavab verdi: “Sənə təhsil lazımdır, yoxsa diplom? Əsas diplomdur. Diplom olandan sonra yavaş-yavaş oxuyub təhsilini də artırar. Həm də bunlar qanunsuz olsaydı qəzetdə, televiziyada reklam etməzdilər”.

Təəssüf doğurucu bir reallıqdır ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş plur.

Maraqlıdır, vətəndaşlara yalnız attestatla, imtahansız xaricdə təhsil vəd edən bu şirkətlərdən Təhsil Nazirliyi xəbərdardırmı?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu şirkətlərlə Təhsil Nazirliyinin heç bir bağlantısı olmadığını dedi: “Bu cür kommersiya təşkilatı ilə və yaxud da ki, özəl bir qurumla heç bir tərəfdaşlıq əlaqəsində deyilik. Yəni Təhsil Nazirliyinin bu şirkətlərlə heç bir bağlantısı yoxdur deyə onların fəaliyyəti haqqında danışmaq düzgün olmazdı. Təhsil Nazirliyi xaricdə təhsil üzrə dövlət proqramını həyata keçirən bir qurum kimi bu prosesə özü nəzarət edir və özü icra edir. Həmin məqamda onun digər özəl qurumlarla heç bir əməkdaşlığı yoxdur və olmayacaq da.

Bu cür reklam kampaniyaları aparan şirkətlər vasitəsi ilə xaricdə təhsil alıb qayıdan gənclərin diplomlarının Azərbaycanda tanınması məsələsinə gəlincə,  əsas odur ki, xarici ölkələrdə yerləşən bu universitetlərin hüquqi statusu tam müəyyən olunsun. Həmin gənclər tam şəkildə qanunvericilik prinsiplərinə uyğun olaraq orada oxuya bilsin. Oxuduqdan sonra isə diplomu hüquqi olaraq əldə edə bilsin. Əgər bütün sənədlər doğrudursa, həqiqətən oxuyubsa və diplomu dürüstdürsə həmin şəxs diplomunu Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim edir. Biz şəxsin bitirdiyi o universitetə sorğu göndəririk. O universitetdən də aldığımız məlumatlar əsasında sənədi, yəni diplomu təsdiq edirik ki, həqiqi baxımından sənəd doğrudur, diplom tanınır. Yaxşı olardı ki, vətəndaşlar reklam olunan müxtəlif ölkələrin universitetlərinə müraciət etmədən öncə bütün detalları öyrənib sonra qərar versinlər. Amma təkrar edim ki, bununla bağlı bizim heç bir digər qurumlarla əməkdaşlığımız yoxdur”.

“Yeni Müsavat”

loading...
495 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23 May - Günün qoroskopu
Melaniya İsraildə Trampın əlindən tutmadı - Video
Azərbaycanın gözlənilən treyleri yayımlandı - Video
İslamiadanın bağlanış mərasimi yekunlaşdı
Tədris ili nə zaman başa çatmalıdır? - Video
Kəndimizin son günü (54-cü yazı)
Makronun qələbəsi: Daxili ziddiyyətlər...
Türkiyə ilə bağlı bu qadağa qüvvədə qalacaq - Medvedyev
Əli və Ninonun hekayəsi Lüksemburqda - Foto
Polşa müsəlman qaçqınları qəbul etməyəcək - Kaçinski
Preziden İlham Əliyevdən Firəngiz Əlizadə ilə bağlı - Qərar
Rusiyada “Putinqrad” şəhəri ola bilər
İran: ABŞ iranafobiya yayır
Prezident İlham Əliyev şeyxi qəbul etdi - Foto
İslamiada barədə maraqlı - Statistika
Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Zaxarova Makkeynin təhqirinə cavab verdi: Yazıq...
Le Pen AB siyasətindən imtina etdi
İsrail Trampın Yaxın Şərq siyasətini dəstəklədi
Çin ABŞ-dan 100 gün istədi: Pxenyana görə
Çox böyük potensial var – Zakir Həsənov
Zərif Trampa söz atdı: 11 Sentyabrı kim törədib?
Qarabağ məsələsi Yaponiya parlamentində - Foto
Zakir Həsənov Gürcüstanda belə qarşılandı - Foto
22 May - Günün qoroskopu
Nazarbayev Trampla görüşdü
Hüseyn Cavidin xanımı Stalinə nələr yazmışdı? – Məktub
Millimiz Bakı-2017-nin qalibi oldu
TV-lərimizin reytinqi ilk dəfə açıqlandı – Cədvəl
Medvedyev Türkiyəyə gəldi
Putin Parisə gedir? - Kremldən açıqlama
İŞİD-ə böyük zərbə: Xüms alındı
Davudoğlu Ərdoğanı belə təbrik etdi
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Prezident İlham Əliyev Ərəb-İslam-Amerika sammitində - Foto
Ərdoğan partiya sədri seçildi
İslamiadada qızıl medallarımızın sayı 70-ə çatdı
Mariya Stadnik İslamiadanın çempionu oldu
Qalmaqallı Filippin prezidenti Rusiyaya üz tutdu
Çoban Pərvinin daha bir ifası yayıldı - Video
İslamiada: Azərbaycan üzgüçüsü qızıl medal qazandı
Ruhaninin qələbəsini qeyd etmək qadağan edildi
Güləşçimiz İslamiadanı bürünc medalla başa vurdu
ABŞ Pxenyanı vuracaqmı? - Rusiyadan xəbərdarlıq
Falçıların açıq-aşkar reklamı aparılır - İlahiyyatçı
Avropaya vizasız gediş-gəliş... - Nazir müavini
FETÖ ilə mübarizə şəxsi məsələm deyil - Ərdoğan
Nazir Gürcüstanda şəhid ailələri ilə görüşdü - Foto
Tramp: Artıq bu ölkə ilə aramızda gərginlik olmayacaq
Qənirə Paşayeva BƏƏ naziri ilə - Foto
Azərbaycan daha bir qızıl medalını qazandı
Ərdoğan yenidən AKP-nin başında - Foto/Video
Ruhaninin yenidən prezident seçilməsi... - Slutski
Canlı yayımda stolun altından it çıxdı - Video
Sabah hava necə olacaq?
Qadın güləşçilərimizdən ilk qızıl medal
Tramp Ərəbistanda qılıncla rəqs etdi - Video
Ukrayna və Almaniyadan Rusiyaya qarşı razılıq
Mariya Stadnik yarışa qələbə ilə başladı
21 May - Günün qoroskopu
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə gəlib
Kral Salmandan Trampa ən yüksək mükafat - Foto
ABŞ Ərəbistana İrana qarşı elə sistemlər verir ki...
Poroşenko
İstənilən hücuma cavab verəcək gücdəyik - Roqozin
Azərbaycan medal əyarında liderliyini qoruyur - Siyahı
ABŞ-la Səudiyyə arasında nəhəng müqavilə: 350 milyard...
Azərbaycanın aktivinə daha bir qızıl medal yazıldı
Almaniyadan Türkiyəyə xəbərdarlıq: Hər an...
Hərbçilərimizdən növbəti təlim - Foto
Ər-Riyad: ABŞ-ın İrana qarşı mövqeyi…
PYD rus bayrağını göz bəbəyi kimi qoruyur
Ermənilərdən etiraf: İtkilərimizin sayı getdikcə artır
Muşda küçəyə çıxmaq qadağan edildi
“Putin İttifaqı” İranla yekun müqaviləyə hazırlaşır
Buna göz yummayacağıq - Ərdoğan
Tiflis AB diplomatını gözləyir – Diplomatik skandal
Qorbaçov ABŞ-a “perestroyka” arzulayır
18 yaşlı azərbaycanlı İsveçdə birinci oldu - Video
ABŞ Suriya strategiyasını açıqladı: Gedəcəyik
Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib
Tramp sadiq adamını Vatikana səfir göndərdi
Qarabağ münaqişəsi təcili həll olunmalıdır - Aİ
Tramp islamın beşiyinə gəldi – Foto
İranda seçki: Hər şey bitdi, qalib bəllidir - Rəsmi nəticə
Azərbaycan daha bir qızıl qazandı
MN-dən ermənilərin yaydığı videoya - Reaksiya
ABŞ SSRİ-ni buradan dinləyirdi: “Fil qəfəsi” və Qaqarin
Azərbaycan 62-ci qızılı qazanaraq Türkiyəni keçdi
İtaliyalı turistlər Azərbaycanın cənubunda - Foto
İsrail məxfi sənədləri yaydı: ərəblərin biabırçı məğlubiyyəti
Prezident İlham Əliyev sərəncam imzaladı
Türk futbolçu meyxanaçı Mətişə elçi gəldi
Brüssel Sorosa görə bizə savaş elan edib - Orban
Dünya türkün gücünü görəcək - Ərdoğan
Bu kəndlərdə işləyənlərin maaşı artırılır
Qənirə Paşayeva həqiqətlərimizi Filippinə çatdırdı
Biz bunun şahidi olduq - Mədət Quliyev
Əhmədinejat Ruhaniyə: Yenə gələcəm, can, can - Video
MKİ-ni çökdürən Assanca qarşı cinayət işi ləğv edildi
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com