İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Yetmiş yaşında bu qadının 25 yaşlı məşuqları vardı” – FOTOLAR |


Son dəqiqə

son xeber > ŞOU > “Yetmiş yaşında bu qadının 25 yaşlı məşuqları vardı” – FOTOLAR

“Yetmiş yaşında bu qadının 25 yaşlı məşuqları vardı” – FOTOLAR
Tarix : 21 Avqust 2014 0:52

Azadlıq brilyantlardan üstündür…

 

 

Məşhur fransalı aktrisa Fanni Ardanla müsahibə:

 

 

 

– Fanni Ardanın danışmaq istəmədiyi mövzular varmı?

– Şəxsi həyatım.

 

– ​Sənətinizin ictimai məzmun daşımasına baxmayaraq? Ümumiyyətlə, qapalı insansınız?

 

– Bir çox işləri sənətimə görə etməli oluram. Tədbirlərdə, ziyafətlərdə, təqdimatlarda iştirak etmək məcburiyyətindəyəm. Ancaq sonsuz gecə əyləncələri mənlik deyil.  İnsanların əhatəsi məni qorxudur. Həyatda utancaq, qərarsız olsam da, çəkiliş meydanında tamamilə başqayam.

 

 

– Özünüzü səmimi insan hesab edirsiniz?

– İncəsənətdə, birmənalı olaraq, hə. Lakin həyatda özümü bacardıqca sıxmağa çalışıram.  Tam səmimi ola bilmərəm. İnsanlar qarşısında oyun oynamaq və düşüncələrimin yalnız  az bir hissəsi ilə bölüşmək məcburiyyətindəyəm.

 

– Qərar verərkən ürəyinizlə düşünürsünüz, yoxsa ağlınızla?

– Ürəyimlə.

 

– Heç vaxt mənfəətinizi güdmürsünüz?

– Heç vaxt pula görə nəsə etməmişəm.  Mənim nə evim, nə pullarım, nə okeanda adalarım var, ancaq azadlığım var. Bu isə brilyantlardan və xəz mantodan daha üstündür.

 

– Məgər pul azadlıq vermir?

– Xeyr, pullar insanı daha çox asılı edir.  Bu zaman artıq dayana bilmirsən, onları itirməkdən qorxursan. Daha hara xərcləyəcəyini və hara yatıracağını bilmirsən. Bu ağır yükdür.

 

– Sənətiniz adi həyatınızda sizə yardımçı olur?

– Sözsüz. Nəyisə etmək istəməyəndə özümə deyirəm: “Təsəvvür et ki, rol oynayırsan”.  Ümumiyyətlə, həyat kiçik teatrdır. Hərənin öz pyesi var.  Bu komediya və ya dram da ola bilər. Ancaq hər səhər pərdə qalxır və yeni tamaşa başlayır.

 

– Xoşbəxt qadın bədbəxt aktrisa ola bilər?

– Əgər siz şəxsi həyatda xoşbəxtsinizsə, çətin ki, uğurlu aktrisa olasınız. Ancaq bu da var ki, əgər siz uğursuz aktrisasınızsa, xoşbəxt qadın da ola bilməyəcəksiniz. Mən, ümumiyyətlə, düşünürəm ki, incəsənət adi həyatdan daha vacib və əhəmiyyətlidir. Çünki incəsənət çox qurbanlar tələb etsə də, əvəzində həqiqi və unudulmaz bir iz buraxır. Həyat isə, təəssüf ki, yox. Hər şeyə birdən sahib olmaq mümkün deyil. Mən incəsənət xatirinə daim şəxsi həyatımda qurbanlar vermişəm. Həyat yanımdan ötürdü, mən isə özümə deyirdim: “Bu barədə sabah düşünərəm…”

 

 

– Həyatınızda nəyi dəyişmək istərdiniz?

– Mən sevdiyi kişinin yanında addımlayan, kişiyə sarılan qadın olmaq istərdim. Yalnız bir insana görə yaşamaq istərdim.

 

 

– Siz iki böyük qadını, dahi aktrisanı canlandırmısınız – Sara Bernar və Mariya Kallası. Onlardan hansı ruhunuza daha yaxındır?

– Əgər Sara Bernar və ya Mariya Kallasla kofe içmək şansım olsaydı, Kallası seçərdim. Onunla rollar, əsl kişilər, dahi şəxsiyyətlər haqda doyunca danışıb-gülərdik. O, əsl incəsənət üçün yaşayırdı. Nahaq yerə onu diva adlandırmırdılar. Sara Bernar isə başqa idi. O, ABŞ-a keçmək üçün sirk truppasında da oynaya bilərdi. Onun obrazı, onun həyatı Kallasın həyatı qədər faciəvi olmayıb. Sara kişilərə ağalıq etməyi sevən qadınlardan idi. Ona heç kimin fikri maraqlı deyildi. Yetmiş yaşında bu qadının 25 yaşlı məşuqları vardı!

 

 

– Bəs sizə ətrafın fikri maraqlıdır?

– Xeyr, heç maraqlandırmır! Əlbəttə ki, insanlara hörmət etmək lazımdır, ancaq onların xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur.

 

– Bu illər ərzində özünüzdə, xasiyyətinizdə hər hansı bir dəyişikliklər baş verib?

– Düşünmürəm. On beş yaşımdan məndə eyni qorxu və adətlər var. Həyatımda tez-tez güzəştlərə getməli olmuşam. Lakin mən heç vaxt satılmamışam və öz ideallarıma sadiq qalmışam.

 

– Nədən qorxursunuz?

– Bəzən mənə elə gəlir ki, heç nədən qorxmuram. Birdən qara vual kimi, canımı qorxu tutur. Uşaq vaxtlarımdan bununla mübarizə aparıram. Bəzən bunun çarəsi olmadığını düşünürəm. Gələcək qarşısındakı qorxu dəhşətdir! Yaşlı qadınları müşahidə etməkdən xoşum gəlir, onlar daha heç nədən qorxmurlar, mən isə belə olmağa hələ səy göstərirəm.

 

– Qocalıqdan  qorxursunuz?

– Qocalıq deyə bir şey mövcud deyil. Axı sən özün dəyişmirsən, dəyişən ətrafın sənə olan münasibətidir.

 

– Həyatınızı planlaşdırırsınız?

– Bu, məndə heç vaxt alınmayıb. Belə həyat məni darıxdırır, hətta ölüm barədə düşünməyə vadar edir.

 

– Qadında hansı xüsusiyyətləri bəyənirsiniz?

– Yüngülxasiyyət qadınları sevirəm. Qadın şampana bənzəməlidir. Hissiyyatlı, yüngülxasiyyətli qadın əsl ehtiras nümayiş etdirməyə qadirdir! Qadında kiçik şıltaqlıqları, qəribəlikləri xoşlayıram. Ancaq yalanı, ikiüzlülüyü sevmirəm. Həyatdan zövq almaq lazımdır, axı biz bir dəfə yaşayırıq!

 

 

– Dünyanın ən gözəl qadınları Katrin Denyov və Cina Lollobridcida təkliyi ailə həyatından üstün tutdular…

– Belə qadınlarla yaşamaq kişilər üçün əzabdır. Həmişə hər kəsin hörmət etdiyi əsl, güclü kişiləri sevmişəm. Ancaq eyni zamanda, kişilərin xidmətçisinə çevrilən qadınları bəyənmirəm. Təəssüf ki, öz şəxsi ailə həyatımı qurmağa vaxtım olmadı.

 

 

– İndiki həyatınızı sakit ailə həyatına dəyişərdiniz?

– Xeyr. Ancaq otellərdə, restoranlarda əylənən cütlükləri müşahidə etməkdən zövq alıram. Sevgili cütlüyün bir-birilərinə necə baxmaları, söhbət etmələri… Bu bir incəsənət nümunəsi, bir şedevrdir.

 

 

– Sizin həyatınızın kişisi – o, kimdir, hansı xüsusiyyətlərə malik olmalıdır?

– Bir çox kişilər qəlbimi fəth etmək istəyiblər, ancaq… Mənə məxsus olan kişi ekstravaqant və bir az da dəlisov  olmalıdır. Həmişə ən yaxşı ər kimi dənizçiləri hesab etmişəm: görüş, ayrılıq,  gözləmək…

 

– Daha nəyə nifrət edirsiniz?

 

– Səfehlərə və siyasətçilərə.

 

 

– İxtisasca politoloqsunuz…

– Heç vaxt siyasət haqda danışmıram.

 

 

 

– Sizə elə gəlmir ki, aktyor və siyasətçinin bir çox ümumi cəhətləri var?

– Xeyr. Siyasətçi daim ağlı, aktyor isə hissləri ilə düşünür. Siyasət – həmişə yalan deməkdir, aktyor isə həmişə səmimidir. Pul aktyor üçün heç vaxt əsas faktor olmayıb. Əlbəttə, siyasətçi xoşa gəlmək üçün özünü aktyor kimi göstərməyə çalışır. Acaq bunu məqsədli şəkildə edir, aktyorda isə bu yoxdur.

 

– Fanni Ardanı adi qadınlarla hansı xüsusiyyət birləşdirir? Yemək hazırlamağı, evdarlıqla məşğul olmağı sevirsiniz?

– Yox, təkcə bu yox!

 

– Bəs uşaqlara tərbiyə vermək?

– Mənim yalnız bir tərbiyə üsulum var – sevgi. Uşağa öz gələcəyini seçməkdə azadlıq vermək lazımdır. Onun kim olmasının heç bir əhəmiyyəti yoxdur – saç ustası, yoxsa yazıçı. Ən əsası, işində birinci olmağındır. Əgər insan ixtisas seçimində səhv etmirsə, o, hər səhər yuxudan xoşbəxt insan kimi ayılacaq. Hətta sevgidə və başqa məsələlərdə də problemləri olsa, düzgün seçim, heç nəyə baxmayaraq, irəli getməsinə xidmət göstərəcək…

 

 

Tərcümə: Aytən Cavanşir  

Publika.az
loading...
388 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan  rayonlarında yaşayan vətəndaşların nəzərinə
Pensiyaçıların nəzərinə: Dəyişikliklər olacaq
Nazir Ramin Quluzadə Sumqayıtda vətəndaşlarla görüşəcək
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd edilib.
Elmar Məmmədyarov Moskvada Sergey Lavrovla görüşəcək
 Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
Azərbaycan prokurorluğunun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak etmişdir
Bakı şəhər prokurorluğu ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişdir
24 Yanvar - Günün qoroskopu
İŞİD son cəbhəni də tərk etdi: Mosulun şərqi... - İraq
10 saniyəyə 19 bina partladıldı - Video
Serbiya və Rusiya bu ölkəni parçalamağı planlaşdırır
Azərbaycanlı AŞPA-nın vitse-prezidenti seçildi
Prezident İlham Əliyevdən köçkünlərlə bağlı - Mühüm fərman
Məşhur Femen hərəkatı dağıldı
Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir - Nazir
Bakıya enən təyyarələrlə bağlı - Yeni qayda
Kremlin Ukraynada təxribatçılara xərclədiyi – Şok məbləğ
Ərdoğan Afrikada davul çaldı - Foto
Guya bunların yenilməz ordusu var – İlham Əliyev
Bakıda beynəlxalq forum keçiriləcək
Krım tatarları dünya dövlətlərinə müraciət etdilər
Rusiya təkbaşına qaldı: Qərb şirkətləri üz çevirdi
Tramp NATO-nu yenidən formalaşdıracaq
Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışında - Foto
Türkiyədə referendum bu şüarla keçiriləcək
Dolların məzənnəsi kəskin azaldı
Erməni təxribatı ifşa olundu – Madriddə
Dalay Lama: “Putinlə Trampa inanıram”
Kəndimizin son günü (17-ci yazı)
Azərbaycan klublarının təcrübəsi çoxdur - Stamenkoviç
Rusiyanın Energetika naziri neftin bu ilki qiymətini açıqladı
İŞİD Mosulun ən böyük otellərdən birini partlatdı
İstanbulun tarixi sarayı dənizə doğru axır
Livanda terror: Canlı bomba vuruldu
Tramp Qurani-Kərimdən ayələri dinlədi - Video
Medvedev yenidən Partiya sədri seçildi
Ərdoğan:
Qadınlar infarkta daha meyillidir
İstanbulda evlənən Muradın Mərakeşdə də toyu oldu - Fotolar
Raminə Eyvazqızı - Nənəmin tatusu
Nərmin Dadaşova - Hamilə qadın çiyələk istəsə, sizmi verəcəkdiz?
Murad Köhnəqala -
Elçin Hüseynbəyli - Tanrı əbədi iqtidardır, Qardaşım!
Günel Natiq - Əsəblərə toxunan reklamlar
Millət vəkili “Vətən qoxusu”nu təqdim etdi - Foto
Əfsanə geri döndü - Foto
Madonna Trampı təhqir etdi - Canlı yayım dayandırıldı
Psixoloqdan SOS: Telefon xəstəliyi...
Hindistanda qatar relsdən çıxdı - 36 ölü, 100 yaralı
Sabaha olan hava proqnozu açıqlandı
Türkiyə ordusu 165 İŞİD hədəfini vurdu
Çinin üç gəmisi mübahisəli zonaya girdi
Tramp Türkiyəyə gəlir? - Rəsmi açıqlama
Bu ölkə silkələndi: 8 ballıq zəlzələ
Emin və Kamranın komandasından əzmkar qələbə
Qazaxıstandan Astana açıqlaması:
Pakistanda daha bir partlayış: 25 ölü
Tramp ABŞ-ın dünyadakı bu mövqeyinə son qoyur - Şərh
Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Xəbərdarlıq: Yollar buz bağlayacaq
Deputatlarımız Maliyə gedir - Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
Kəndimizin son günü (16-cı yazı)
Alman kəşfiyyatının Türkiyə narahatlığı
Tramp və nüvə çemodanı: “qırmızı düymə” necə basılır...
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi - FOTO
“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş
Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını
Sabahın hava proqnozu açıqlandı
20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı
20 Yanvar faciəsi Los-Ancelesdə - Foto
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com