İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Yüzü yarı edən Rəşad Məcidin Özü, Sözü və… Düzü |


Son dəqiqə

son xeber > MANŞET > Yüzü yarı edən Rəşad Məcidin Özü, Sözü və… Düzü

Yüzü yarı edən Rəşad Məcidin Özü, Sözü və… Düzü
Tarix : 20 Avqust 2014 0:42

Arzularla, ümidlərlə qolboyun olub yola çıxanda, adətən, bomboz tərəddüdlər, tutqun gümanlar rahatlıq vermir adama. Şəkk-şübhə yaxandan düşmür, ətəyini buraxmır. Nə qədər özünə güvənsən də, arzularına pərvəriş verəcək, ümidlərini qanadlandıracaq KİMSƏlərə ehtiyac duyursan. Tapdınsa, rast gəldinsə, deməli, taleyin gətirib, bəxtin yavər gedib. Ancaq təkcə taleyə minnətdar, bəxtə borclu olmaqla iş bitməz. Həmin o KİMSƏlərin də haqqını danmamaq, əməyini, dəstəyini etiraf etmək gərəkdir. Belə etiraflar həm də bir vəfa borcudur. Şəxsən məndən bu “borc”u istəyən, ümumiyyətlə, belə bir “borc”un olduğunu xatırladan da yoxdur, amma mən ki çox şeyi yaxşı xatırlayıram…
* * *
Rəşad Məcidlə ilk tanışlığımız Yazıçılar Birliyində olub. Şeirlərimi oxuduqdan sonra mənə “525-ci qəzet”də işləməyi təklif etdi. Bu, jurnalist olmaq üçün doğulduğunu düşünən birinə yaradılmış ilk təmənnasız imkan idi. Və bu imkanla, 2006-cı ildən üzübəri, ölkə mətbuatının brendlərindən sayılan və artıq ikinci evimə çevrilmiş “525-ci qəzet” vasitəsilə peşəkar jurnalistikaya yolum açıldı. Tək mənə yox, onlarla gəncə yol açmış Rəşad Məcidin bununla bağlı tərif və təqdir dolu yazılara, bəlağətli təşəkkür cümlələrinə ehtiyacı yoxdur, əlbəttə. Amma haqq-sayının unudulmaması, dilə gətirilməsi, yazıya alınması, hər halda, bir yubilyar kimi ona da xoş olar. Olsun…
ÖZÜ
Mən Rəşad Məcidin ÖZÜnu SÖZÜndən əvvəl tanımışam. Bir dəfə “Naşir” jurnalı üçün ondan müsahibə alanda özümü sanki imtahana gəlmiş kimi hiss etdiyimi demişdim. Rəhbərlik etdiyi qəzetdə uzun illərdir çalışdığıma, günaşırı redaksiyada, toplantılarda qarşılaşdığımıza baxmayaraq indinin özündə də hər dəfə bu hissi keçirirəm. Bəlkə həmişə sına(q)vda olduğumu hiss etdiyimdəndi ki, götürdüyüm hər müsahibəyə, yazdığım hər esseyə, qaraladığım hər köşə yazısına hədsiz məsuliyyətlə yanaşmalı oluram. Və bundan usanmıram, bu, artıq həyat tərzimə çevrilib. Bəlkə də bu müdir zabitəsi tək mənə yox, “525″in bütün işçilərinə peşəkarlıq baxımından formada qalmağa kömək edir. O müdir kimi zabitəli, zəhmlidir, xarizması da öz yerində. Amma heç vaxt öz xarizmasından istifadə edib hansısa əməkdaşını onun iradəsinə danışıqsız tabe olmağa məcbur etməyib. Onun zabitəsi demokratik fondadır həmişə. Xoşlamadığımız insandan müsahibə götürməyə, istəmədiyimiz yazını yazmağa məcbur etməyəcək qədər demokratik. Onun bütün bu zahiri “xof” altında məharətlə gizlətdiyi ümumi qayğını, doğmalığı “525 ailəsi” həmişə hiss edir. Bu cəhət onu kollektiv müdirindən daha çox, ailənin bütün üzvlərinə bəslədiyi dəruni hissləri ustalıqla gizlədən, zahirən zəhmli, daxilən ürəyiyuxa, kövrək ailə başsısı kimi səciyyələndirir.
Rəşad Məcidi çox danışan görməmişəm. Nə işdə, nə də tez-tez rastlaşdığımız tədbirlərdə. O, ÖZÜnün və sözünün, eləcə də başqalarının zamanının dəyərini bilən adamdı. Amma könlünə düşəndə içdən gələn söhbətləri uzatmaq arzusunda olduğunu və bundan zövq aldığını da hiss etmişəm.
Rəşad Məcid tez ÖZÜndən çıxan deyil. Amma qəzetdə hansısa yarıtmaz işdən əsəbiləşibsə, gözünə görünməmək yaxşı olar. Qanıqara olanda daha çox özünə qapanır və daha çox siqaretə -Xilaskarına sarılır sanki. Bəzi rəhbərlər kimi hökmünü çığır-bağırla yeritdiyini görməmişəm, incikdirsə, nədənsə narazıdırsa, bir ağır baxış, bircə cümlə, ya da sükut… Onun sükutu haqqında illər öncə yazmışdım, yeri gəlib yenə təkrarlayıram: vay o gündən ki, Rəşad Məcid sadəcə susa. Bu susqunluğun ağır mənası var. Onun susmağı razılıqdan deyil, narazılığından xəbər verir. Üstəgəl, bu sükuta ironik bir təbəssüm də əlavə olundusa, onda heç nə…
İroniyadan söz düşmüşkən, Rəşad Məcidin ÖZÜnüqoruma vasitəsidir ironiya. Bədxahlara yenik düşməmək, zəif görünməmək üçün tez-tez istifadə etdiyi “silah”dır onun məlum-məşhur ironiyası.
Rəşad Məcid haqqında son günlərdə yazılan təbrik yazılarını bircə-bircə oxuyanda əmin oldum ki, onu tam əksəriyyətə sevdirən bir çox ümdə cəhəti var: həssaslığı, kövrəkliyi, düzlüyü, səmimiliyi, qayğıkeşliyi… Siyahını uzatmaq olar. Amma Rəşad Məcidin bir vacib keyfiyyəti də onun gənclərə öz güclərinə inam hissi aşılaması, onlara irəli getmək üçün cəsarət, ürək-dirək verməsi, amma həm də güclü qayğı göstərməsidir. Məşhur misalda deyildiyi kimi, balıq vermir, balıq tutmağı öyrədir o. Ümidi, qayğını və dəstəyi təmənnasız bəxş edir gənclərə.
Rəşad Məcid təzadlar adamıdır. Yaradıcılığında da, yaşamında da. Bəzən verdiyi cavabla “hə”mi, “yox”mu dediyi məlum olmayacaq qədər təzadlı, sirli və maraqlı. İntizarda saxlamaq qabiliyyəti də öz yerində. Dilindən adi bir təqdir cümləsi eşitmək özü də uğurdur. Uğur demişkən, mən də daxil, bu gün jurnalistikada imzasını təsdiqləyən, ədəbiyyatda az-çox sözünü deyən onlarla yazarı məhz Rəşad Məcid ÖZÜ uğurlayıb bu yolda.
SÖZÜ
Yaradıcılığı ilə bağlı təvazökardır. Müsahibələrində vurğulayır ki, nə böyük ədəbiyyata iddia eləyirəm, nə də yazdıqlarımı böyük sənət əsəri sayıram. Təvazökarlıq dozadan bir az artıq kimi görünür bu məqamda. Hamımız bilirik ki, hansısa şairi, yazıçını da bəlkə bir şeir, bəlkə bir hekayə, bəlkə bir roman möhürləyir ədəbiyyata. Zənnimcə, uğurlu publisistika, nəsr və poeziya nümunələri yaradan Rəşad Məcidin də ədəbiyyatda qalası bir SÖZÜ var. Rəşad Məcidin publisistikası sadə, birbaşa və emosionaldır. Mətləbi kəsə yolla, birbaşa çatdırır. Bəlkə də haqlıdır. Ömrün su kimi axıb getdiyi müasir çağda nədəsə sətiraltı, mətnaltı mənalar axtarmaq da boşuna vaxt itkisidir bəlkə… Adətən, bu tipli mətnləri bir elə xoşlamasam da, onun son kitabını – apaçıq və birbaşa yazılmış “Dəlicəsinə”ni bəyəndim. Kitaba seçilmiş uğurlu ad müəllifin həm yaradıcılığını, həm də həyat ritmini özündə ehtiva edir. Kitabdakı məqalələri birləşdirən ümimi cəhət var: istək və ağrı. Ad mahiyyətə uyğundur. Zatən həyat da dəlicəsinə istəklə başlayıb ağrıyla bitən nəsnələrdən ibarət deyilmi? Kitabdakı birinci yazıya da, sonuncu müsahibəyə də eyni ruh hakimdir: “Bütün uğursuzluqların arxasında sevgisizlik durur. Bütün məğlubiyyətlərin səbəbi dəlicəsinə istəyin olmamasındadı. Allah dəlicəsinə istəyənlərin yanındadı! Dəlicəsinə istəyin peyvəndi qorxudu! Peyvənddən qaçın! Dəlicəsinə sevin! Dəlicəsinə mübarizə edin! Çatacaqsınız! İnsan bir şeyi dəlicəsinə istəyirsə, mütləq arzusuna çatır”.
Rəşad Məcidin hər iki hekayəsini -”10 sentyabr” və “Cənnət dərəsi”ni oxumuşam. Hər ikisi haqqında tanınmış tənqidçilərin və peşəkar oxucuların rəyləri var. Taftalogiyaya lüzum görmürəm. Amma hər iki hekayədə mənim diqqətimi cəlb edən ən maraqlı məqam səbəb-nəticə əlaqəsidir. 11 sentyabrın nəticəsi 10 sentyabrda baş verən səbəbdədi, cəhənnəm isə cənnətə laqeydlik səbəbindən yaranıb…Hər şey bu qədər bəsit və bu qədər dərin…
İroniya, sükut, zabitə, eyni zamada dəlicəsinə bir istəklə silahlanan Rəşad Məcidin obrazını poeziyası tamamlayır. Daxilindəki gizlinləri şeirləri ələ verir. Özü deyir ki, şeir onu yazanın zəif tərəflərini nişan verir. Qismən razı deyiləm. Bəzən zəifliklərimiz, etiraflarımız bizi güclü, orijinal edir. Akutaqava yazır ki, şair hamının qarşısında ürəyini açan insandır. Rəşad Məcid şairdir. Və məhz bu onu sona qədər qapalı olmağa qoymur. Son dövrlərdə yazdığı şeirləri oxudum, 21 yaşındakı ruh və ovqat dəyişməyib o şeirlərdə. Bu poeziyada gah 21 yaşında gənc oğlanın təbiəti coşub-daşır, gah da dünyanın hər üzünü görmüş insanın ağlı sakitcə dillənir:
İçəridən əyildinsə,
Ha dik dayan, ha düz yeri…
Görək, necə keçəcəksən,
İçindəki qəliz yeri…?
Sevgi şeirlərinin hər misrasında alovuyla qarsan, yandırıb-yaxan hisslərlə, dəlicəsinə templə başlanan sevgilərin poetik ifadəsi var:
Adam kimi darıxmıram…
…Beynim qollarımda döyünür…
İlikləriməcən darıxıram…
Yaxud da:
Sonra bu əzabların üstündə
Cızdağı çıxan yanmış qırıntılarımdan
Adam düzəltmək çətin olacaq,
Çəkmə əlini…
Amma bu şeirlərin qəhrəmanının gözünü saf eşqi bağlasa da, o, rasionallıq hissini itirmir, düşündüyünüz qədər də sadəlövh deyil:
Hələ ki təzə qar kimisən,
Günəşin işıldamağına bəndsən.
Əridikcə çıxacaq üzə
Gizlətdiyin hər nə var…
Hələ ki təzə qar kimisən…
Və ya:
Sonda bildim
Hər kəsin özünə çalışdığını,
Sənin çiçəkdən çiçəyə qonub
Şanına bal daşıdığını,
Mənim öz əlimlə
öz kəndirimi hördüyümü-
sonda bildim..
Dəlicəsinə başlanan sevgilər, sevdiyinin yolunda kölə olmağı belə qəbul edəcək qədər güclü bağlılıq, sonra da puç olan ümidlərin, xəyal qırıqlıqlarının ardından qəzəb dolu misralarla qəddarcasına ayrılmalar… Bəzi şeirlərdəki ayrılığın qəddar ifadəsi hətta sarsıdıcıdır, amma həm də təbii təsir bağışlayır. Çünki vulkan püskürməsi, zəlzələ effekti ilə, dəlicəsinə bir templə başlayan sevgilər gec-tez ya “candərdi gördüyün boş işə, mənasız vərdişə çevrilir”, ya da üzdən sakit, amma daxilən dişi bağırsağı kəsən qəzəblə yekunlaşır:
Hələ bir bir az müqavimət göstərib,
Dava salıb, hələ hay-küy edirsən…
Bilmirsən ki, bu son səhnə, göstəri,
Bilmirsən ki, qurtarırsan, bitirsən…
…Xəbərin yox, inanmırsan bəlkə də,
Xəbərin yox, Allah haqqı, gedirsən….
Yeni şeirlərinin içində “Ləkə” diqqətimi xüsusilə çəkdi. Çox yaxşı yazılıb, vəssalam:
Hara söykənmişəm,
Unutmuşam…
Plaşımın arxası ağappaq toz…
Yer var bilinmir toz, tərtəmizdi sanki.
Adamlar da elədi,
Bilmirsən, söykənirsən,
Zaman keçir görürsən,
Ağappaq ləkəsi çıxıb ürəyinə…
DÜZÜ….
Söhbətlərin birində gözləri harasa məchulluğa dikildi, üzündə laübali ifadə ilə mərhum Aydın Məmmədovu xatırladı və sitatını xatırlatdı: “Düz əyrini kəsir”. Düzü, çoxunu “tanıyan” və çoxunun tanıdığı yarım əsrin tanığının dolanbac, əyri-üyrü yollar kəsişməsində yaşadığımız indiki dövrdə bunu xatırlatması məni təsirləndirdi onda… Dostluqların, sevgilərin, dəyərlərin alınıb-satıldığı müasir çağımızda bu cümləni xatırlamaq ehtiyacını hiss edən, bu hissiyyatla yaşayan belə İNSAN(lar)ın əhatəsində olmağıma sevinmişdim….
Bir ingilis atalar sözündə deyilir ki, heç yerə dönməyən adam uzağa gedər… İllərdir tanıdığım bu adam nə döndü, nə dəyişdi… Uzaqlara gedəndə də yaxınında olanları unutmadı, yadlaşmadı, qayğı və diqqət payını əsirgəmədi. Bugünlərdə dəyişməyən, dönməyən Rəşad Məcid dəyişməyən bir tarixi – doğulduğu günü və növbəti gəncləşməyini qeyd edir.
Əvvəldə də xatırlatdığım kimi, bu yazı mənim ona olan vəfa borcumdu… Hərçənd ki, bəzi borclar heç ödənilmir, amma cəhd eləmək də bir işdir…
Əsrin tən yarısında olan Rəşad Məcidin elə bu şövqlə, bu dəlicəsinə istəklə 100 yaşa çatacağına və mənim də hələ neçə-neçə belə yubiley yazıları yazacağıma və bu vəfa borcunu tam ödəyəcəyimə ümid edirəm. “Borclu borclunun sağlığını istəyər” – misalını bu mətləbə calasam, kimsəyə bir ziyanı dəyməz, düşünürəm. Mənəvi cəhətdən borclu olduğum Rəşad Məcidin bundan sonra da ən azı indiyəcən yaşadığı qədər sağlığını arzulayıram…
Sevinc MÜRVƏTQIZI

Dia.az

loading...
774 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
Tarif Şurasından yeni qərar
6 ölkə başçısı Prezident İlham Əliyevi təbrik etdi
İslamiadada bilet satışından nə qədər qazandıq?
Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi
Ayfon-8 həyəcanı - Qiymətlər
Müdafiə nazirləri Tiflisdə görüşdü - Foto
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
Sabahın hava proqnozu açıqlandı
Tramp xərcləri 3,6 trilyon dollar azaldır
23 May - Günün qoroskopu
Melaniya İsraildə Trampın əlindən tutmadı - Video
Azərbaycanın gözlənilən treyleri yayımlandı - Video
İslamiadanın bağlanış mərasimi yekunlaşdı
Tədris ili nə zaman başa çatmalıdır? - Video
Kəndimizin son günü (54-cü yazı)
Makronun qələbəsi: Daxili ziddiyyətlər...
Türkiyə ilə bağlı bu qadağa qüvvədə qalacaq - Medvedyev
Əli və Ninonun hekayəsi Lüksemburqda - Foto
Polşa müsəlman qaçqınları qəbul etməyəcək - Kaçinski
Preziden İlham Əliyevdən Firəngiz Əlizadə ilə bağlı - Qərar
Rusiyada “Putinqrad” şəhəri ola bilər
İran: ABŞ iranafobiya yayır
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com