İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Kəndimizin son günü (62-ci yazı) |


Son dəqiqə

son xeber > CƏMİYYƏT > Kəndimizin son günü (62-ci yazı)

Kəndimizin son günü (62-ci yazı)
Tarix : 19 İyun 2017 20:42

XXXXXXII Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Ötən fəsildə biraz mücərrəd danışdım deyəsən, həyatımızın özəllikləri hər birimizin öz əlindədir, özümüz taleyimizin naxışlarını vuraraq, necə istəsək elədə yaşamımızı seçib, müəyyənləşdiririk, tale qisməti, tanrı payı qaçılması mümkün olmayan yaşamların reallaşması deməkdir. Nə idi bizim qaça bilmədiyimiz həqiqətlər bəhs edə-edə gəlirik əsas məqama. Kəndimizin ağ alça çiçəkli bəxtəvər günlərindən biri idi. Axşam hansı məhlədəsə toy olacaqdı.

Dekabrın son günləri olduğundan şaxta qılınc kimi kəsir, qar dənələri kəndimizin üstünə sığal çəkirdi. Kazımov Kamilin bərk gedən, padşahlıq qılıncının hər iki tərəfinin iti kəsən vaxtları idi. Kəndimizə şəhərdən gəlin gətirilən qızın atası da ötkəm kişilərdən olduğundan qapısını əvvəlcə rəhmətlik Bəylər kişinin ikirəngli çayı gələndən sonra bəzəkli xonçada qarpızın gəlməsi görənlər heyrətlənmədilər, belə şedevrlər toylarımızda tez-tez təkrar olunduğundan öyrənmişdik belə olacaqlara. Niyə xatırladım bu hadisələrdən birini, izahını verəcəyəm. Mingəçevirdə olan təmtəraqlı, xeyli xərc çəkilən toylarımızda qarpızda yeyən olmadığından ortalıqda qalır, heçkimin ağlına gəlmir ki, rəmzidə olsa bu və digər adətlərimizi təkrarlasın, itib getməyə qoymasın. Birdə camaatı qınamıram, Kazımov Kamili anası birdə dünyaya gətirəsi deyil.

Tağı müəllim padşahlığa, (müasir tamadalığa) başlayanda elə bildik ki, camaatımızı yaxşı tanıyan Abışov Musanın yeznəsi, eyni zamanda qudası olan bu istedadlı insan Kamil kişinin hərəkətlərindən edib oxşada biləcək. Az keçmədi, bir iki məclisdən sonra yanıldığımızı gördük, Tağı müəllim alındıra bilmədi, biraz oxşada bilsədə, yerişini bilməyib iflasa uğradı, diqqətçil camaatımızda ondan istədiklərini ala bilməyərək məclislərimizə gəlişinə qırmızı işıq yandıraraq veto qoydular. İndi məclislərimizi idarə edən yerli tamadaların üstündə dava salıb gəlişlərinə müntəzir dayanan Novruzlu əhli digər adətlərimiz kimi, bu özəlliyimizidə deformasiyaya uğradaraq vayına oturdular. Tağı müəllimin qəbul olunmamağını alqışlayanlar qanmadılar ki, ala-çiy olsada bu kişidən Novruzlu iyi, hənri gəlir, yavaş-yavaş yaxşı bir toy padşahı kimi yetişib ötənlərimizin azqala burnumuzun ucunu göynədən bəxtəvər xatirələrini yaşadardı bizə, öz əlimizlə keçmişimizə balta çalmağa yaman həvəsli olduq yaranışdan. Əziz xatirələrimizi qorumaq istərkən qotazlı, çox da uzaq olmayan ləkəli keçmişi olanların müqaviməti ilə pastlaşdıq hər addımbaşı. Belələrindən qırılmaq, qopmaq yaman çətin olurmuş, bir-birlərini ağızlarına tüpürürmüşlər kimi, it ilxısı, köpək sürüsü kimi hürüşərək davamlı olaraq pisliklərini piasaya sırıyaraq özlərini kənarda saxlamağı bacarırdılar. Orda qalmışdıq ki, mərd kişilərdən bizə yadigar qalmış adət-ənənələrimizə qəsdən zərbə vurulur, sırada çıxarılırdı. Bütün bunlarıda edənlərin kimlikləri göz qabağında olsada nədənsə susmağa üstünlük verirdik. Dünya isə öz işində, get-gəlində idi gələni qarşılayıb, gedəni yola salan gəlimli-gedimli, son ucu ölümlü dünyanın istəkləri, oyunları fələyidə mat qoyurdu.

Mingəçevir qəbirstanlğını abidələr məkanına döndərmişdik, adları kəndimizdən qotazlı olanlar diriykən başı töhməli, urvatı olmayan ölülərinin qəbri üstündə təmtəraqlı abidələr ucaldaraq, köhnə pisliklərini ört-basdır etmək istəsələrdə nəticə uğursuz olur, təzədən yaddaşlar vərəqlənirdi.

İtirdiklərimizin əvəzini ala bilməsəkdə cansız, soyuq, baş daşlarından kömək umur, imdad diləyirdik. Ağlı-qaralı dünya isə öz işində, gedişində-gəlişində idi. Dünyanın o yerinə çatmışdıq ki, heçkim başqasının kitabını oxumur, ancaq öz səhifələrini çevirirdi. Xatirələrimizin ağ atlı Novruzlusuda get-gedə uzaqlaşır, ilğıma çevrilirdi. Dəyişən heçnə yox idi, ağaclar da, talelərdə eyniyyət təşkil etdiyindən zamanın, məkanın birdə para görməyənlərin üzünə qəfləti gün doğması fərqləri fərdlər arasında çoxaldıb dayanış nöqtələrini sağa-sola fırlamışdı. Nə baş verdi, nələr ortadan qalxdı, hamı bildi agah oldu, özləyənlərdə, gözləyənlərdə. Ağ həsrətli cığırlara baxmaqdan gözlərimizin kökü saraldı, itirdiklərimizə heyfslənməkdən başqa qazancımız olmadı, vaxtsız məzarlarımızın sayı artdıqca təpərli ürəklərimizin yağıda əridi vaxtsız-vədəsiz ömür karvanlarımız güllə dəyib səhflərini pərən-pərən saldıq, qərib durna qatarı kimi yarıda qırılaraq puç oldu. Novruzlunu özləyənlərlə-gözləyənlərin sıraları seyrəldikcə ucuz ölümlər tez-tez qonağımız olmağa, vaxtsız-vədəsiz qapılarımızı döyər, istədiyini almamış, çalmamış əl çəkməzdi. Ölümlərin ətrinə-qoxusuna elə öyrəşmişdik ki, bu qoxunu almayanda darıxıb azqala axtarışına çıxardıq. Nazını çox çəkdiyimizdən ölümlərdə ərköyünləşmiş ən yaxşılarımızı seçib apardı özü ilə, pislər arını yeyib, namusunu dallarına atanlar isə sanlı qoz kimi yerlərindən tərpənməzdilər.

Sevdalandığımız nazlı-qəmzəli ölümləridə qınamazdım. Bu dünyada yaşamları, hətta nəfəsləri belə pisliklərə boyanmış, varlıqları günah daşıyıcıları olan belələrindən yerdə-göydə bezarıdığından yazıq ölümü günahlandırıb qınamağın adı-anlamı yox idi. Ucuz ölümlərin sevgilisi olan dünya dediyimiz möcüzəli qəribəlik isə hələ ki, bildiyini edərək avandına-tərsinə baxmadan dəyirman daşı timsallı günlərimizi əridə-əridə sonuçları sıfırlayırdı. Dəyirmanın ovdanına sular axıb hərəkətə gətirdiyi kimi ağlı-qaralı dünyanın ovdanınada bizlər, fərdlər yaxşı, pis əməllərimizlə günahlarımızı, savablarımızı boşaldaraq əritməyə çalışardıq. Bəzən günahlar çox olduğundan dəyirmanın ovdanında çiləkən yaradar, savablarımız kənarda qalardı. Savabların, günaha yazıldığı dünya duracağında növbəsini gözləyənlərin sayı isə durmadan artdığından dəyirman çax-çaxının bənzəri günlərimizi yelə verərək növbəti ucuz ölümlərin intizarını çəkərdik. İrəliləyən kitabımızın gələn fəslində birbaşa şahidi olduqlarımızı qələmə alacağıq. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.

loading...
812 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
Prezident İlham Əliyevdən yeni təyinat – Sərəncam
Rəşid Səfərov: Peşəkar, ləyaqətli, qayğıkeş, ədalətli, bacarıqlı təşkilatçı, etimadı, etibarı hər zaman doğruldan uğurlu kadr
“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
Rusiyanın yaratdığı dövlətə ABŞ-dan cavab
Günel Natiq - Ərinin xəyanətinə sevinən qadın
Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
“Malorusiya” Danbasın ümidsiz çağırışıdır – Savçenko
Metroda yenilik: yeni sistemlər quraşdırıldı - Foto
3 türk ölkəsi nazirləri yekun bəyanat imzaladı
Malorusiya Putinin ideyasıdır, məqsəd isə... – Makkeyn
3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü
Sabahın hava proqnozu açıqlandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Bu universitetlərdə keçid balı endirildi - Siyahı
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərindən birgə - Bəyanat
Bəşər Əsədin oğlu danışdı – İlk dəfə
Tramp şam yeməyində Putinin yanına getdi... – Gizli söhbət
Bakı nefti ucuzlaşdı
3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı - Foto
Bu ölkə yeraltı şəhər tikir
Nazir
19 İyul - Günün qoroskopu
Rusiya Belarusa 700 milyon kredit ayırır
Bu ölkədə meşə yanğınları tüğyan edir
Merkeldən Türkiyəyə tələb: Sərbəst buraxın!
ABŞ məhkəməsi Trampdan bunu tələb etdi
İranın Qətərdəki hərbi bazası barədə: Fəlakət...
Suraxanıda qətl törədən 22 yaşlı gənc tutulub
ABŞ İŞİD-dəki agentlərini geri çağırır
Poroşenkodan Ukraynadakı “yeni dövlətə” - Reaksiya
Din bizi orta əsrlərə aparmamalıdır – Millət vəkili
Rusiyadan Ukraynada yeni dövlət yaradılmasına – Reaksiya
Prezident İlham Əliyev Türkmənistan XİN başçısını qəbul etdi
İsrailə xəbərdarlıq: Qırmızı xətti keçsə...
Putin cüdo fəndlərindən istifadə edir - Məşhur rejissor
Abçeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına silahlı müqavimət göstərmiş şəxs həbs edildi
Qənirə Paşayeva 4 ölkənin deputatı ilə görüşdü - Foto
İrandan kürd dövlət iddialarına növbəti – Reaksiya
Yaşa, Prezidentim yaşa!
Kremldən Kadırovun qeyri-etik sözlərinə - Reaksiya
Qarabağla bağlı konkret plan... – Məmmədyarov
Onlar ABŞ-ın müttəfiqləridir - İran
Üç ölkənin gömrük şefi Bakıda görüşəcək
Körpələrə ən çox verilən adlar – Siyahı
Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir
“Rus NATO-su” Suriyaya ordu göndərir
Dünyada maraqlar toqquşur, balans pozulur - Lukaşenko
Jurnalistlər üçün aksiya - Pulsuz müayinə
Prezident İlham Əliyev Latviya prezidenti ilə görüşdü - Foto
Çevriliş Türkiyəyə bu qədər zərər vurdu
İŞİD-ə xəbərdarlıq: Telafər uğrunda mübarizə...
Sabah 39 dərəcə isti olacaq
Tarkan bir aya 32 milyonu necə qazandı?
Kadırov:
Türk ordusu qisasını aldı: PKK-nın önəmli ismi məhv edildi
Amerikalılar Putinə görə Trampa güvənmir
Ruhaninin qardaşı həbs olundu
Gülən o yazı ilə hansı mesajı vermək istəyir? - Foto
Rusiyadan Suriya açıqlaması: 2022-yə çatdı
Millət vəkili AP üzvünü Bakıya dəvət etdi - Foto
16 İyul - Günün qoroskopu
Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu - Foto
NATO rəhbərindən 15 iyul açıqlaması: Hələ də şokdayam
Prezident İlham Əliyev həmin gün bu sərəncamı verdi
Məşhur yazıçının məktubu rekord qiymətə satıldı
Türk xalqı küçələrə axın etdi - Canlı yayım
Kəndimizin son günü (69-cu yazı)
Votsapdan daha bir yenilik
Tramp Güləni Türkiyəyə verəcəkmi?
“Mersedes” 16 min maşını geri çağırır
XİN-dən Avropa Parlamenti deputatına - Cavab
Karlovun xələfi Türkiyəyə getdi
Hansı sahədə qiymətlər artacaq? – Təhlil
Trampdan Qətərlə bağlı ikibaşlı açıqlama
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com