İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Kəndimizin son günü (63-cü yazı) |


Son dəqiqə

son xeber > CƏMİYYƏT > Kəndimizin son günü (63-cü yazı)

Kəndimizin son günü (63-cü yazı)
Tarix : 22 İyun 2017 20:35

XXXXXXIII Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Ötən fəsildə savablardan, sevdalı ölümlərdən çox danışdıq, yenə həmin mövzunun biraz da dərinliyinə varmaq hamımızın bildiyi fəqli həqiqətlərə müxtəlif baxışlardan baxmaq istəyirəm. Ölüm haqqdır deyənlərin sözləri məncə nisbi anlayışdır. Bəni Adəmin yaranışından gəlib-gedənlər canlı varlıqlar olan bizlərin gəlişi sevdiklərimizə xoş anlar yaşadaraq dünya boyda sevinclər yaşatsada vaxtlı-vaxtsız ölümlərdə nisgil yaradaraq dərd verdi geridə qalanlara, sevincli gəlişlərə, nisgilli gedişlərə şahidlik edənlərə. Yaşadığımız dünya o qədər qəribələşib, adiləşib ki, gəlişlərdən pay, gedişlərdən şöhrət umanların sayı çoxalaraq bütün keçmiş, qorunan ali dəyərlərin demək olar ki, sonunu gətirərək məhvini surətləndirib. Uzaqda olmayan dünəndə eşidərlər deyə az qala pıçıltı ilə dediyimiz ətrafımızda kar adamlar var kimi birazda bərkdən azqala qışqıra-qışqıra deyib hətta fəxrlənirik. Uzaq olmayan keçmişdə elin-obanın qorunan gözəl adətləri var idi. Kimsə ya əcəldən, ya fələkdən dünyasını dəyişərdisə ölü yiyələri çatana qədər mağar qurular zəruri ehtiyaclar tədarük edilərdi. Yas məclisi yeddi gün davam edər, məclis olan həyətdə iynə atsan yerə düşməzdi. Qəbir üstündən qayıdanlara yuxanın arasında halva paylanardı, isti samavar çayı məclis stəkanlarında paylanardı. Məclisin yeddisi çıxana qədər üstünə adəti qəbul edənlər üçündür yazılmış dəftərlər düzülər, kimin nəyə gücü çatsa dəftərin arasına pulu qoyar, siyahıya adını və məbləği qeyd edərdi. Yığılan məbləğ mərhumun ehsanına, qəbir üstünü götürməyə bol-bol çatdığından ölü yiyəsi gücə düşməz, borc-xərc etməzdi. Bu bizim bildiyimiz həqiqətlər idi ki, göz bəbəyi kimi qorunaraq nəsillərdən-nəsillərə ötürülərdi. Qaçqınlıq illərində peyda olmuş, təzə pullularımızın cücərtdikləri əndərbadi, eybəcərliklərdən danışacağam indi. Təzə pullularımızdan birinin öləninin yas məclisində dəftər görməyəndə fikirləşdik ki, halal olsun, imkanı var deyə camaata qıymır kimi fikirlərimizə mağarın girəcəyində gördüklərimiz sanki balta çaldı. Stolların üstünə dəftər qoydurmaq guya olmayan şəninə sığışdırmayan bu başabəlamız qapının çıxacağına qoltuğu dəftərli qohumunu güdükdə qoyduraraq bir nəfəri siyahıya düşməmiş, pulu güdükdə durana verərəq adınının yazdırılmasının unikal üsulunu kəşf edərək əməlli pulunu yığdırır. Özlüyündə dəftərlərin qoyulmasını fon kimi göstərən adam cığazın hərəkətləri hələdə eldə-obada lətifə kimi danışılır. Kəndin söz-söhbəti sevən bəziləridə pulsuz ehsan yeyəcəklərini düşünsələrdə ümidləri boşa çıxanda: heç onun dədəsinin çörəyinin qırağını görən olmadı buda ondan törəyib deyərək acıqlarını belə çıxardılar. Hələ bir var iki eşşəyin arpasını desələr böl onada qabiliyyəti çatmayan adam anasının qəbrinin üstünə yazıq Leninin axırda boynuna tros salınan heykəllərini belə kölgədə qoyan abidə yaptıraraq özünü rüsvay edib. Lenində qalmışdıq, rusnan almanın qarışığınnan yaranmış, ölüsünüdə torpaq götürmədiyindən azqala əsrə bərabər zaman kəsiyi boyunca Kremlə keşik çəkən bədbəxtin heykəlini flankəsə nümunə çəkdiyimizə görə, olmayan ruhu bizi bağışlayar, birdə yazıq ruhun nə günahı var. Kremlə ruhu kimdir buraxan. Kremlə ancaq dirilər daxil ola bilər ki, barmaqlarının işarəsi ilə dünyanın istənilən nöqtəsində dirilərin ölülərə, Lenindən fərqli ruhlara çevrilmələri an məsələsi olur. Ağdamın hələ ruhlar şəhərinə çevrilməsinə az qalmış bəxtəvər günlərimizdə “Lenin yolu” qəzetində ilk hekayəm dəyərli ziyalımız Bəbir müəllimin iti qələminin total hücumlarından sağ-salamat qutarıb dərc olunub işıq üzü görəndən sonra sevinə-sevinə təzəcə aldığım az olsada bərəkətli müəllim maaşının cibimdə olması qayğısız gənclik illərinin verdiyi ruh yüksəkliyindən azqala uça-uça məişət dükanlarının sıralandığı səkinin, bizim kəndə gedən avtobusların duracağına çatmamış pilləkənlərlə düşərək Boranın çayxana-yeməkxanasında oturardıq.

Döş cibimdə olan, hekayəmin, ilk  yazılarımın dərc olunduğu qəzet nüsxəsinə tez-tez əlimi vuraraq sanki əlavə güc alardım. Qıs-qıvraq daim gülümsəyəsən çöhrəli Boran kişi kəkliotulu çay dəmlər, adətən lüləkabab yeyərdik. Ağdamda, bu məkandakı lüləkabab öz xüsusi dadı-tamı ilə seçilərdi. Hələ lüləkababın yanında verilən manqal bişmiş soyulub əzilərək göyərti ilə qarışdırılıb sous kimi verilər, yeməklə dadından doymaq olmazdı. Doyunca yeyər, təmiz Ağdam spirtindən rayonda gizli-aşkar fəaliyyət göstərən sexlərdə bağlanan zavod malından seçilməyən araqdan bala-bala vurar, özümüzü azqala gələcəyin Markesləri, Remarkları sanardıq.

Dünya isə dünən ki, şöhrətin nəyi varsa hamısına nail olanlaara fərqli məkanlardakı qəlyanlarını sümürərək sənət incilərini yaradanlara, nədə özünü onlara oxşadanlara fikir vermədən get-gəlini davam etdirərək qanlı erməni tufanına yaxınlaşırdı. Ağdamda ticarət elə inkişaf edərək pik nöqtəsinə çatmışdı ki, adi bir köşkü, ticarəti olanın dolanışığı az keçməmiş dəyişər, cibi pulnan oynayardı. Şəhərin elə bir ərazisi qalmamışdı ki, təzə tikililər göbələklər kimi artıb görünməyə, pul rayona sel kimi axardı. Rayonun məhşur bazarında fəaliyyət göstərən alverçilərdə quş südü can dərmanı da, azqala atom bombasıda tapmaq olardı. Ətraf rayonlarda bazarlığı Ağdam bazarından üstünlük verərdilər. Topalaşan alverçilər müştərini gətirənidə unutmaz onunda komision haqqını verərdilər. Xarici malları xüsusi bir zövqlə tərifləyib xırıd edən Ağdam alverçilərinin saxta mal satmamaları onlara olan inamı, etibarı, güvəni həmişə qoruyardı. Tələbə olandada avqustun axırında Ağdam bazarından aldıqlarını azqala bütün tələbəlik illəridə geyinərdilər. İrəliləyən kitabımızın gələn fəslindədə nostalji Ağdam xatirələrini vərəqləyəcəyik.

Teylor Fətişoğlu

Ardı var.

loading...
1.022 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
Prezident İlham Əliyevdən yeni təyinat – Sərəncam
Rəşid Səfərov: Peşəkar, ləyaqətli, qayğıkeş, ədalətli, bacarıqlı təşkilatçı, etimadı, etibarı hər zaman doğruldan uğurlu kadr
“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
Rusiyanın yaratdığı dövlətə ABŞ-dan cavab
Günel Natiq - Ərinin xəyanətinə sevinən qadın
Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
“Malorusiya” Danbasın ümidsiz çağırışıdır – Savçenko
Metroda yenilik: yeni sistemlər quraşdırıldı - Foto
3 türk ölkəsi nazirləri yekun bəyanat imzaladı
Malorusiya Putinin ideyasıdır, məqsəd isə... – Makkeyn
3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü
Sabahın hava proqnozu açıqlandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Bu universitetlərdə keçid balı endirildi - Siyahı
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərindən birgə - Bəyanat
Bəşər Əsədin oğlu danışdı – İlk dəfə
Tramp şam yeməyində Putinin yanına getdi... – Gizli söhbət
Bakı nefti ucuzlaşdı
3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı - Foto
Bu ölkə yeraltı şəhər tikir
Nazir
19 İyul - Günün qoroskopu
Rusiya Belarusa 700 milyon kredit ayırır
Bu ölkədə meşə yanğınları tüğyan edir
Merkeldən Türkiyəyə tələb: Sərbəst buraxın!
ABŞ məhkəməsi Trampdan bunu tələb etdi
İranın Qətərdəki hərbi bazası barədə: Fəlakət...
Suraxanıda qətl törədən 22 yaşlı gənc tutulub
ABŞ İŞİD-dəki agentlərini geri çağırır
Poroşenkodan Ukraynadakı “yeni dövlətə” - Reaksiya
Din bizi orta əsrlərə aparmamalıdır – Millət vəkili
Rusiyadan Ukraynada yeni dövlət yaradılmasına – Reaksiya
Prezident İlham Əliyev Türkmənistan XİN başçısını qəbul etdi
İsrailə xəbərdarlıq: Qırmızı xətti keçsə...
Putin cüdo fəndlərindən istifadə edir - Məşhur rejissor
Abçeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına silahlı müqavimət göstərmiş şəxs həbs edildi
Qənirə Paşayeva 4 ölkənin deputatı ilə görüşdü - Foto
İrandan kürd dövlət iddialarına növbəti – Reaksiya
Yaşa, Prezidentim yaşa!
Kremldən Kadırovun qeyri-etik sözlərinə - Reaksiya
Qarabağla bağlı konkret plan... – Məmmədyarov
Onlar ABŞ-ın müttəfiqləridir - İran
Üç ölkənin gömrük şefi Bakıda görüşəcək
Körpələrə ən çox verilən adlar – Siyahı
Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir
“Rus NATO-su” Suriyaya ordu göndərir
Dünyada maraqlar toqquşur, balans pozulur - Lukaşenko
Jurnalistlər üçün aksiya - Pulsuz müayinə
Prezident İlham Əliyev Latviya prezidenti ilə görüşdü - Foto
Çevriliş Türkiyəyə bu qədər zərər vurdu
İŞİD-ə xəbərdarlıq: Telafər uğrunda mübarizə...
Sabah 39 dərəcə isti olacaq
Tarkan bir aya 32 milyonu necə qazandı?
Kadırov:
Türk ordusu qisasını aldı: PKK-nın önəmli ismi məhv edildi
Amerikalılar Putinə görə Trampa güvənmir
Ruhaninin qardaşı həbs olundu
Gülən o yazı ilə hansı mesajı vermək istəyir? - Foto
Rusiyadan Suriya açıqlaması: 2022-yə çatdı
Millət vəkili AP üzvünü Bakıya dəvət etdi - Foto
16 İyul - Günün qoroskopu
Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu - Foto
NATO rəhbərindən 15 iyul açıqlaması: Hələ də şokdayam
Prezident İlham Əliyev həmin gün bu sərəncamı verdi
Məşhur yazıçının məktubu rekord qiymətə satıldı
Türk xalqı küçələrə axın etdi - Canlı yayım
Kəndimizin son günü (69-cu yazı)
Votsapdan daha bir yenilik
Tramp Güləni Türkiyəyə verəcəkmi?
“Mersedes” 16 min maşını geri çağırır
XİN-dən Avropa Parlamenti deputatına - Cavab
Karlovun xələfi Türkiyəyə getdi
Hansı sahədə qiymətlər artacaq? – Təhlil
Trampdan Qətərlə bağlı ikibaşlı açıqlama
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com