İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Kəndimizin son günü (64-cü yazı) |


Son dəqiqə

son xeber > CƏMİYYƏT > Kəndimizin son günü (64-cü yazı)

Kəndimizin son günü (64-cü yazı)
Tarix : 29 İyun 2017 17:19

XXXXXXIV Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Ötən fəsildə söz verdiyim kimi yenə Ağdam bazarından danışacağam. Bazar tək keçmiş SSSR-də deyil, bütün dünyada məhşur idi desəm yanılmaram. Moskvanın məhşur konfetləri fabrikdən ilk buraxılışlarının sınağından Ağdam bazarında keçərdi. Meçta, qaz ayağı, müxtəlif vaflilər, peçenyələr dəmir piştaxtaların üstündə dağ kimi uzaqdan gəl-gəl deyər, nişana, toya xonça tutanların kilo-kilo alaraq bir-birinə qarışdırması bir aləm idi. Dünya düzəninin Ağdam gerçəkliyi elə dünyanın özü boyda möcüzə idi. Piştaxtaların üstünə qalaqlanmış seçmə mermeyvəni elə silib işıldadardılar ki, Bakının indi ən bərk gedən stilistləri, kosmetoloqları yazıq Rəqsanənin üzünü ha əlləşib-vuruşsalarda elə parıldada bilmirlər. Ağdam bazarında hər alverçinin uzun illər üzünün-gözünün öyrəşdiyi müştərisi var idi. Yazılmamış Ağdam qanunlarına görə, bir alverçi digərinin müştərisinə mal satmazdı, əgər müştəri istəyən mal həmin alverçidə olmasa qarşılıqlı anlaşma ilə həmin müştəri razı şəkildə yola salınardı. Kəndlərdən tezdən, o başdan gətirilən seçmə məhsullar alverçilər tərəfindən topdan alınar biraz fərqli qiymətə gün ərzində xırıd edilərdi. Bazarın daim sakinləri olan qadınlar yay-qış piştaxta arxasında dayansalarda yanaqlarından qan damar, qıs-qıvraq olardılar. Alverçilərin müxtəlif malları, məhsulları çəkib satdıqları daşlı tərəzilərlə qızıl çəkmək olardı. Dünyanın Ağdam adlı möcüzəsində camaat bir-birini dolandırıb xeyir verib, xeyir gördüklərindən yalanın, əyri işlərin yeri, anlamı yox idi. İti qılıncdan betər kəsən düz söz, bir dəfə deyilən kəlmə var idi, qadın-kişi fərqi qoyulmadan sözünün-gözünün yiyəsi olanları hamı tanıyardı. Sevgilərdə aşkarda, gizlində işıldayan məhrəmanə qadın-kişi münasibətləridə abırlı, pərdəli olar, ağını-bozunu çıxartmazdı. Bazardakı alverçi qadınların çoxu dul qadınlar olsada heçkim onlarla əndazədən çıxan tərzdə danışmaz, gözəl-göyçək gəlinlərdən hansısa mal alarkən, mənalı-mənalı irişən kişi, cavan olardısa onun ağdamlı olmadığı o dəqiqə bilinər, dünyanın hər üzünü görsələrdə hərzaman məhşur ağdamlı kəlməsini göz bəbəyi kimi qoruyan qadınlara kömək lazım olmazdı, yazılmamış qanunları pozmaq istəyən gəlmə hoydu-hoyduya götürülər, özünü itirən başıbəlalı güclə aradan çıxardı. Bazarda nə alsan kağız torbalara yığılar, ekoloji sağlam olan bu torbalar elə bərəkətli olardı ki, nə qədər yığsan dolmazdı. Bazar çörəyi bir aləm idi, ayrıca torbaya qoyduğumuz qaynar ətrindən-qoxusundan qarın doyardı. Evə gəlib çıxana qədər azqala birini xırda-xırda qopardıb yeyərdik. Hələdə Ağdamın məhşur bazar çörəyinin dadını-tamını unuda bilməyərək heç yerdə rast gəlməmişəm. Bazarın baş tərəfində kartof-soğan, kələm, kök, digər kənd təsərrufatı məhsulları geniş talvarın altında isə ağartılar, süd, qatıq, pendirlər, əsası isə bal dadan qaymaq satılardı. Ağdam qaymağı adnan deyilərdi. Hər qaymaq satanın öz müştərisi var idi ki, səhər o başdan gəlib stəkanda satılan qaymağı alandan sonra qaynar çörəkdə götürərək yaxınlıqdakı sübh tezdən samovarları tüstüləyən çayxanalarda təzədəm çayla şirin edərək qaymaq stəkanının dibinidə sivirərdilər. Hələ qaymağa azca balda qatanda dünyanın ləzətini alardı yeyənlər. Ağdam bazarında satılan qaymaqlar səhər ala-qaranlıqlı kəndlərdən gətirildiyindən axşam sağılan süddən sərildiyindən təzəliyi ləzətini dahada artırardı.

Bağlarda, geniş düzlərdə, dərələrdə-təpələrdə otlayan mal-qaranın, qoyun-quzunun südü şirəli, dadlı olduğundan tutulan pendiri, sərilən qaymağıda ələ düşməzdi. Uzaq-yaxın rayonlarımızdan belə səhər o başdan Ağdama özünü qaymaq yeməyə çatdıranlarında sayı-hesabı olmazdı. Bəzən tezdən çayxanalarda qaymaq pərəstişkarlarının çoxluğundan yer tapmaq olmazdı. Mənim dayım İnkişaf hər səhər o başdan Seyid Mirəli ağanın ona halallığın verdiyi 79-33 AQA nömrəli ağ moskviçi işə salar, rəhmətlik Qaragilənin hazırladığı çay çörəyə əl vurmaz, özünü uzun illərin tanışı qaymaq satana çatdırar, qırağa qoyulmuş ağzı kağızlanmış stəkanı götürərək çayxanada həmişə ki, yerində oturaraq təzə təndir çörəyi ilə arxayın yeyəndən sonra həmişə ki, yerinə Qiyaslı yolunun üstündə ki, dayanacaqdan kəndlərə adam daşıyar, xırda-xırda, minnətsiz-sünnətsiz çörəyini qazanardı, təbii ki, günortada pitisini, bir-iki şiş kababını da yeyərdi. Axşam kəndə qayıdanda da avtobusa çatmayanlardan da yol üstü Moskviçə götürər, pulda almazdı.

Kəndə gələndə Mayılın, Tehruzanın yaşadıqları evin yanından keçəndə məhşur siqnalını verəndə rəhmətlik Qaragilə göy rəngli darvazanı açar, hazır saxlardı. Dörd bacının tək ümidi Qasımov İnkişaf Əliş oğlunun məhşur siqnalını Qaragilə ilə bərabər yaxınlıqda yaşayan iki bacı da səbirsizliklə gözlədiklərindən eşidib arxayınlaşar, əlləridə işə yatardı. Dünya isə Qasımov İnkişafın Seyidin bərəkətli əlindən aldığı ağ Moskviç kimi bir yerdə dayanmayaraq get-gəlində idi. İrəliləyən kitabımızın gələn fəslindədə Ağdam mövzusundan bəhs edəcəyik. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.

loading...
980 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
Prezident İlham Əliyevdən yeni təyinat – Sərəncam
Rəşid Səfərov: Peşəkar, ləyaqətli, qayğıkeş, ədalətli, bacarıqlı təşkilatçı, etimadı, etibarı hər zaman doğruldan uğurlu kadr
“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
Rusiyanın yaratdığı dövlətə ABŞ-dan cavab
Günel Natiq - Ərinin xəyanətinə sevinən qadın
Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
“Malorusiya” Danbasın ümidsiz çağırışıdır – Savçenko
Metroda yenilik: yeni sistemlər quraşdırıldı - Foto
3 türk ölkəsi nazirləri yekun bəyanat imzaladı
Malorusiya Putinin ideyasıdır, məqsəd isə... – Makkeyn
3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü
Sabahın hava proqnozu açıqlandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Bu universitetlərdə keçid balı endirildi - Siyahı
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərindən birgə - Bəyanat
Bəşər Əsədin oğlu danışdı – İlk dəfə
Tramp şam yeməyində Putinin yanına getdi... – Gizli söhbət
Bakı nefti ucuzlaşdı
3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı - Foto
Bu ölkə yeraltı şəhər tikir
Nazir
19 İyul - Günün qoroskopu
Rusiya Belarusa 700 milyon kredit ayırır
Bu ölkədə meşə yanğınları tüğyan edir
Merkeldən Türkiyəyə tələb: Sərbəst buraxın!
ABŞ məhkəməsi Trampdan bunu tələb etdi
İranın Qətərdəki hərbi bazası barədə: Fəlakət...
Suraxanıda qətl törədən 22 yaşlı gənc tutulub
ABŞ İŞİD-dəki agentlərini geri çağırır
Poroşenkodan Ukraynadakı “yeni dövlətə” - Reaksiya
Din bizi orta əsrlərə aparmamalıdır – Millət vəkili
Rusiyadan Ukraynada yeni dövlət yaradılmasına – Reaksiya
Prezident İlham Əliyev Türkmənistan XİN başçısını qəbul etdi
İsrailə xəbərdarlıq: Qırmızı xətti keçsə...
Putin cüdo fəndlərindən istifadə edir - Məşhur rejissor
Abçeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına silahlı müqavimət göstərmiş şəxs həbs edildi
Qənirə Paşayeva 4 ölkənin deputatı ilə görüşdü - Foto
İrandan kürd dövlət iddialarına növbəti – Reaksiya
Yaşa, Prezidentim yaşa!
Kremldən Kadırovun qeyri-etik sözlərinə - Reaksiya
Qarabağla bağlı konkret plan... – Məmmədyarov
Onlar ABŞ-ın müttəfiqləridir - İran
Üç ölkənin gömrük şefi Bakıda görüşəcək
Körpələrə ən çox verilən adlar – Siyahı
Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir
“Rus NATO-su” Suriyaya ordu göndərir
Dünyada maraqlar toqquşur, balans pozulur - Lukaşenko
Jurnalistlər üçün aksiya - Pulsuz müayinə
Prezident İlham Əliyev Latviya prezidenti ilə görüşdü - Foto
Çevriliş Türkiyəyə bu qədər zərər vurdu
İŞİD-ə xəbərdarlıq: Telafər uğrunda mübarizə...
Sabah 39 dərəcə isti olacaq
Tarkan bir aya 32 milyonu necə qazandı?
Kadırov:
Türk ordusu qisasını aldı: PKK-nın önəmli ismi məhv edildi
Amerikalılar Putinə görə Trampa güvənmir
Ruhaninin qardaşı həbs olundu
Gülən o yazı ilə hansı mesajı vermək istəyir? - Foto
Rusiyadan Suriya açıqlaması: 2022-yə çatdı
Millət vəkili AP üzvünü Bakıya dəvət etdi - Foto
16 İyul - Günün qoroskopu
Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu - Foto
NATO rəhbərindən 15 iyul açıqlaması: Hələ də şokdayam
Prezident İlham Əliyev həmin gün bu sərəncamı verdi
Məşhur yazıçının məktubu rekord qiymətə satıldı
Türk xalqı küçələrə axın etdi - Canlı yayım
Kəndimizin son günü (69-cu yazı)
Votsapdan daha bir yenilik
Tramp Güləni Türkiyəyə verəcəkmi?
“Mersedes” 16 min maşını geri çağırır
XİN-dən Avropa Parlamenti deputatına - Cavab
Karlovun xələfi Türkiyəyə getdi
Hansı sahədə qiymətlər artacaq? – Təhlil
Trampdan Qətərlə bağlı ikibaşlı açıqlama
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com