İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Prezident İlham Əliyev həmin gün bu sərəncamı verdi |


Son dəqiqə

son xeber > MANŞET > Prezident İlham Əliyev həmin gün bu sərəncamı verdi

Prezident İlham Əliyev həmin gün bu sərəncamı verdi
Tarix : 15 İyul 2017 21:16

Diqqət yetirirəm, son günlər jurnalistlərin mənzil bölgüsü ətrafında söz-söhbətlər, mülahizə və fikirlər dolaşmaqdadır. Əlbəttə, düşüncələrdəki müxtəliflik müəyyən mənada təbiidir. Axı söhbət jurnalistika ilə bağlı prosesdən gedir.

Ancaq arzu edərdim ki, deyilənlər heç bir halda ümumi işə kölgə salmasın. Çünki jurnalistlərin mənzil təminatı məsələsi asan başa gəlməyib. Razılaşaq ki, sıravi media təmsilçisinin özünə mənzil alması çox çətindir. Ümumən yaşadığımız dövrdə mənzil məsələsi hər bir vətəndaş üçün aktualdır. İnsanlar dövlət ipoteka kreditləşməsi və digər üsullarla uzunmüddətli ödənişlər hesabına mənzil sahibinə çevrilirlər.

Bu çətinliyə və jurnalistikanın spesifik sahə olduğuna görədir ki, həmkarlarımızın mənzillərlə təminatı məsələsi gündəmə gəlib.

Yaxşı yadımdadır, Mətbuat Şurasının fəaliyyətinin ilk illərində ayrı-ayrı media birlikləri mövcud istiqamətdə təkliflər irəli sürmüşdülər. Bu təkliflərdə jurnalistlərin təmirli mənzillə, özü də heç bir ödəniş etmədən təminatı nəinki nəzərdə tutulmurdu, heç ağıla belə gətirilmirdi. Yalnız müəyyən güzəştlərin edilməsi üzərində dayanılırdı.

2010-cu ilin iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şuranın İdarə Heyətinin üzvləri ilə görüş keçirdi. Jurnalistika ilə əlaqədar baxışlarını bölüşən ölkə başçısı bir sıra problem və çətinliklərə özü diqqət çəkdi, vəziyyətlə geniş şəkildə maraqlandı.

Görüşdə jurnalistlərin xeyli hissəsinin kirayədə yaşadığı, bəzilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu müzakirə edildi. Cənab İlham Əliyev məsələyə olduqca həssas yanaşdı, çıxışında konkret görüləcək işləri sadaladı.

Cənab İlham Əliyev həmin gün “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzalamaqla media ictimaiyyətinin çoxdankı arzusunu yerinə yetirdi. Məlum olduğu kimi, sözügedən Sərəncam jurnalistlər üçün yaşayış binasının inşasını nəzərdə tutdu. Bu o demək idi ki, vaxtilə hansısa güzəştli şərtlərlə mənzil sahibi olmağa razılaşan media təmsilçiləri heç bir ödənişsiz, tam təmirli mənzillərlə təmin ediləcəklər. Təmin edildilər də.

2013-cü ilin iyulun 22-də media ictimaiyyəti üçün böyük sevinc yaşandı. Dövlət başçısı “Jurnalistlər evi”nin açılışında iştirak etməklə 156 həmkarımızın xoş gününə şərik oldu, öz xeyir-duasını verdi, eyni zamanda, jurnalistlər üçün yeni yaşayış binasının təməlini qoyaraq mediaya diqqət və qayğının davamlı dövlət siyasətinə çevrildiyini növbəti dəfə isbatladı.

Prezidentin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamı əsasında inşa edilmiş növbəti bina artıq hazırdır. Mənzillərin bölgüsünü həyata keçirmək məqsədi ilə namizədlərdən sənədləri qəbul etmək üçün yaradılmış komissiya işini başa vurub. Komissiya daşıdığı missiyaya tam məsuliyyətlə yanaşıb. Hər bir namizəd barədə ən xırda detallar belə nəzərdən keçirilib. Artıq mənzil sahibi olacaq 254 nəfərin siyahısı məlumdur. Onların adları tezliklə açıqlanacaq.

Bütün bunları vurğulamaqda məqsədim odur ki, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev üçün mühüm əhəmiyyət daşıdığını bir daha diqqətinizə çatdırım. Yenə də deyirəm, mənzillərin bölgüsü ilə bağlı müxtəlif fikirlər və mülahizələr səslənməkdədir. Onların təfərrüatına varmaq istəməzdim. Onu da qəbul edirəm ki, hər kəsin haqq-ədalət anlayışına baxışı fərqlidir. Kimsə kimisə jurnalistika baxımından özündən daha zəif görə, özünü daha layiqli saya bilər.

Ancaq hesab edirəm ki, hər bir məsələyə münasibətdə ortaq nöqtələri müşahidə etmək mümkündür. Əgər niyyət və məram saflığından irəli gələn ortaq nöqtələr çoxdursa, demək ki, vicdanlı yanaşma var. Sizi əmin edirəm ki, jurnalistlər üçün mənzillərin bölgüsünə prinsip etibari ilə tam ədalətli və vicdanlı yanaşılıb. Bu yanaşma cənab Prezidentin iradəsindən irəli gələn müstəsna tələbdir. Bu yanaşma ölkə rəhbərinin başçılığı ilə Azərbaycan dövlətinin media siyasətinin mühüm göstəricisidir. Nəzərə alaq ki, dünyanın heç bir yerində jurnalistlərin dövlət hesabına mənzillə təmin edilməsinə dair ölkəmizdəki kimi təcrübə yoxdur. Bu təcrübənin qüsursuzluğu, faydalılığı və nümunəviliyi mütləqdir.

İyulun 21-də mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyillər. Onlar bizlərdəndir. Özünüz də bunun şahidi olacaqsınız. Tam qətiyyətlə bildirirəm ki, jurnalistlərin mənzil siyahısı Azərbaycan jurnalistikasının palitrasını əks etdirəcək. Orada qələminə sədaqəti ilə seçilənləri, peşəsinin təəssübünü çəkənləri, jurnalistika sahəsində xidmətləri olanları, illərdir zəhmətə qatlaşanları görəcəyik.

Xanımlar və cənablar, dəyərli həmkarlar, bizə dostlarımızın xoş gününə sevinmək, sevinclərini bölüşmək düşər. Səbirlə o günü gözləyək. Səbirli və təmkinli mövqeyimiz özümüzə verdiyimiz dəyərdir. Bu dəyərə görə bizə, daşıdığımız peşəyə münasibət formalaşır. Lütfən, bunu da unutmayaq!

loading...
406 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
Prezident İlham Əliyevdən yeni təyinat – Sərəncam
Rəşid Səfərov: Peşəkar, ləyaqətli, qayğıkeş, ədalətli, bacarıqlı təşkilatçı, etimadı, etibarı hər zaman doğruldan uğurlu kadr
“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
Rusiyanın yaratdığı dövlətə ABŞ-dan cavab
Günel Natiq - Ərinin xəyanətinə sevinən qadın
Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
“Malorusiya” Danbasın ümidsiz çağırışıdır – Savçenko
Metroda yenilik: yeni sistemlər quraşdırıldı - Foto
3 türk ölkəsi nazirləri yekun bəyanat imzaladı
Malorusiya Putinin ideyasıdır, məqsəd isə... – Makkeyn
3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü
Sabahın hava proqnozu açıqlandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Bu universitetlərdə keçid balı endirildi - Siyahı
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərindən birgə - Bəyanat
Bəşər Əsədin oğlu danışdı – İlk dəfə
Tramp şam yeməyində Putinin yanına getdi... – Gizli söhbət
Bakı nefti ucuzlaşdı
3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı - Foto
Bu ölkə yeraltı şəhər tikir
Nazir
19 İyul - Günün qoroskopu
Rusiya Belarusa 700 milyon kredit ayırır
Bu ölkədə meşə yanğınları tüğyan edir
Merkeldən Türkiyəyə tələb: Sərbəst buraxın!
ABŞ məhkəməsi Trampdan bunu tələb etdi
İranın Qətərdəki hərbi bazası barədə: Fəlakət...
Suraxanıda qətl törədən 22 yaşlı gənc tutulub
ABŞ İŞİD-dəki agentlərini geri çağırır
Poroşenkodan Ukraynadakı “yeni dövlətə” - Reaksiya
Din bizi orta əsrlərə aparmamalıdır – Millət vəkili
Rusiyadan Ukraynada yeni dövlət yaradılmasına – Reaksiya
Prezident İlham Əliyev Türkmənistan XİN başçısını qəbul etdi
İsrailə xəbərdarlıq: Qırmızı xətti keçsə...
Putin cüdo fəndlərindən istifadə edir - Məşhur rejissor
Abçeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına silahlı müqavimət göstərmiş şəxs həbs edildi
Qənirə Paşayeva 4 ölkənin deputatı ilə görüşdü - Foto
İrandan kürd dövlət iddialarına növbəti – Reaksiya
Yaşa, Prezidentim yaşa!
Kremldən Kadırovun qeyri-etik sözlərinə - Reaksiya
Qarabağla bağlı konkret plan... – Məmmədyarov
Onlar ABŞ-ın müttəfiqləridir - İran
Üç ölkənin gömrük şefi Bakıda görüşəcək
Körpələrə ən çox verilən adlar – Siyahı
Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir
“Rus NATO-su” Suriyaya ordu göndərir
Dünyada maraqlar toqquşur, balans pozulur - Lukaşenko
Jurnalistlər üçün aksiya - Pulsuz müayinə
Prezident İlham Əliyev Latviya prezidenti ilə görüşdü - Foto
Çevriliş Türkiyəyə bu qədər zərər vurdu
İŞİD-ə xəbərdarlıq: Telafər uğrunda mübarizə...
Sabah 39 dərəcə isti olacaq
Tarkan bir aya 32 milyonu necə qazandı?
Kadırov:
Türk ordusu qisasını aldı: PKK-nın önəmli ismi məhv edildi
Amerikalılar Putinə görə Trampa güvənmir
Ruhaninin qardaşı həbs olundu
Gülən o yazı ilə hansı mesajı vermək istəyir? - Foto
Rusiyadan Suriya açıqlaması: 2022-yə çatdı
Millət vəkili AP üzvünü Bakıya dəvət etdi - Foto
16 İyul - Günün qoroskopu
Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu - Foto
NATO rəhbərindən 15 iyul açıqlaması: Hələ də şokdayam
Məşhur yazıçının məktubu rekord qiymətə satıldı
Türk xalqı küçələrə axın etdi - Canlı yayım
Kəndimizin son günü (69-cu yazı)
Votsapdan daha bir yenilik
Tramp Güləni Türkiyəyə verəcəkmi?
“Mersedes” 16 min maşını geri çağırır
XİN-dən Avropa Parlamenti deputatına - Cavab
Karlovun xələfi Türkiyəyə getdi
Hansı sahədə qiymətlər artacaq? – Təhlil
Trampdan Qətərlə bağlı ikibaşlı açıqlama
Qəbul imtahanının cavabları açıqlandı
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com