İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Kəndimizin son günü (65-ci yazı) |


Son dəqiqə

son xeber > CƏMİYYƏT > Kəndimizin son günü (65-ci yazı)

Kəndimizin son günü (65-ci yazı)
Tarix : 03 İyul 2017 19:13

XXXXXXV Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Ağdamlı bəxtəvər günləeimiz qaymaqlı, ballı günlərdə qalaraq, xatirəyə dönərək, ilğım kimi görünməz oldu. Qasımov İnkişaf Əliş oğlu ağ Moskviçi bizim alt evin pəncərələrinə söykənən talvarın altına salandan sonra gün ərzində Moskviçin saxlancına qoyduğu təklikləri, üçlükləri, beşlikləri dəstələyib cibinə qoyar, təbii ki, bu bərəkətli pullardan Qaragiləyə də, uşaqlara, əsasən Tələtə kino pulu düşərdi. Dörd bacının tək qardaşı olan Qasımov İnkişaf Əliş oğlunun bacısı uşaqları olan bizlər dədə deyə çağırardıq.

Qaragiləni sevə-sevə, (nadir hallarda) Gilə çağırar, aclığı-susuzluğu olmadığını bildirərək piyada sovxozdan icarəyə götürərək, barama qurdu saxladığından əkdiyi çəkilliyə baş çəkməyə gedərdi. Çəkillik köhnə bağ yerində Paşayev Hümbətin evinin qarşısındakı dərə boyu uzandığından Tələtlə, Hümbət kişinin oğlu Vəlinin arasında həmişə dava-dalaş olardı. Kənddə qıvrım, qara saçlarına görə hind kinosunun qəhrəmanı Qambbarsingə oxşar elə çox vaxtda öz adı ilə çağırmazdı. Təbii ki, Vəliyə də bu ləqəbi ötən fəsillərdə həyat hekayəsindən bəhs etdiyimiz Verdiyev Əli vermişdi.

Tələt balaca olanda Vəli ilə davalarda döyülsədə biraz irilən kimi Vəlinin gözünün odunu alaraq çəkilliyə gizli-aşkar Vəli və inəkləri, qoyun-quzusu, hətta eşşəyi tərəfindən edilən çox saylı basqınların qarşısını alaraq, basılan qaratikan çəpəri tez-tez qalınlatmaq əzyətindən birdəfəlik qurtardı. Qasımov İnkişaf Əliş oğlu Tələtin boyu çıxandan sonra çəkilliyin idarəçiliyini birbaşa ona dövr edərək yerli-yersiz qonşu qovğalarından, suyu arteziandan növbəli-növbəsiz gətirə bilmək qayğılarından birdəfəlik yaxasını azad edərək rahatlaşdı.

Dünya dərkləri elədə geniş olmayan, Vəli ilə Tələtin çəkillik davalarına, mübahisələrinə erməni tankları, zirehli maşınları birdəfəlik qanlı tırtılları ilə son verərək hər ikisinə belə demək mümkünsə rahatlıq gətirdi. Kövrək, duyğusal Vəliyə ailəsi ilə məskunlaşdığı, (ana qohumlarının yaşadığı Bərdədə) yataqxanada balalarını böyütmək, arabirdə pastlaşdığı camaatımızdan görəndə hönkür-hönkür ağlamaq, Tələtə də min cürə oyunlardan çıxdığı uzaq Çernavtsı şəhərində konyakdan, viskidən vurandan sonra çəkillikdən, eşşəyə əli çatmayanda həyətlərinə, Qasımov İnkişaf Əliş oğlunun boylarını sevdiyi, əzizlədiyi cins inəklərinə, qoyun-quzusunu belini qıra-qıra apardığı ot şələlərini xatırlasam qaldı. Bu da filmin sonu. Tələtlə, Vəlinin həyatlarından yerli-yersiz ermənilərin son verdiyi çəkillik davalarından, qəpik-qəpik oyunlarından, ağır ot şələlərindən digər önəmli nəysə xatırlaya bilmədiyimdən həyat hekayətlərinə hələlik son verirəm. Dünya isə öz işində idi, Vəlinin, Tələtin davaları, qəpik-qəpik və digər oyunlarda udmalarını-uduzmalarını saya salmadan öz oyununu oynayır, qanlı erməni tufanına yaxınlaşırdı. Tələtlə, Vəlinin ataları-anaları əllərini dağlasalar belə gizli oynadıqlarından fərqli dünya öz müdhiş, qanlı qumarını açıq-aşkar oynayırdı. Erməni qoşunları hələ kəndimizə daxil olub qanlı işğala əl qoymamışdan öncə, Qasımov İnkişafın sevimli mal-qarasının, Tələtin belini yağır eləyən ot şələləri daşıyıb yedirtdiyi qızıl inəyi, iri gözlü buzovunu bizim içimizdə ki, ermənilər avtomat güllələri ilə ağlar qoyduqlarından ötən fəsillərdə bəhs etdiyimizdən bir arxayınçılıq hissi ilə qeyd etmək istəyirəm, sonralar ermənilərdə betər öz yağılarımızı tanrı cəzalarına çatdıraraq zəlil-zəkat etdi, dilsiz-ağızsız heyvanlara qıyanların sonu ya vaxtsız ucuz ölümlər yada üz söykədikləri həbsxana küncləri oldu. Dünyanın gəlişi-gedişi də Qasımov İnkişaf Əliş oğlunun ağ Moskviçi kimi zaman adlı aölı-qaralı yolların yaxasını cıra-cıra Ağdam, Novruzlu, küllü Qarabağ kimi yağmalanacaq, düşmən tapdağında qalan davasız-dərmansız dərdlərimizi üstümüzə qara, qanlı yellər kimi əstirməyə başlayırdı. Hələ ki, o qanlı günlərin ilk yelləri əssədə bəxtəvər günlərimizin dadını çıxarsaqda mayamıza haram qatanların fitnələri ilə bir-birimizin qəsdinə dayanmaqdan, çəkinməyənlərin, doymayanların dünya düzəninədə azqala əl qatmaq istəyirdilər. Ağsaqqallarımızın öyüd-nəsihətləri qulaqardına vurulması, elin-obanın ordan-burdan azıb-təzib gələn artıq-urtuğa meydan sulamaq üçün görünməmiş fürsət tanıtmasıda faciələrimizin ortaq məxrəcinə ağlagəlməz zəmin hazırlayırdı. Hələ ki, o günlərə, faciələrimizə stimul verən zəminə, astanaya biraz qalırdı. Qasımov İnkişaf Əliş oğlunun çəkilliyə baş çəkib əlləri ilə əkdiyi, qayğısını ən çox istədiyi oğlu Tələtə əmanətlədiyi yaşıl yarpaqlı, bir boyu qalxmış ağaclara fəxrlə, doyunca baxaraq, təcrübəli baramaçı kimi bu il neçə qutu ipəkqurdu götürə biləcəyini hesablayaraq, (təbii ki, təhvil verəndə alacağı puluda) bığaltı qımışar, Tələtə gərəkən tapşırıqlarını verərək kəndin aralığına çıxardı.

Kənd turnesinə daş yoldan, avtobus dayanacağından başlayan Qasımov İnkişaf Əliş oğlu yolda-irizdə qarşısına çıxanlarla mehribanlıqla hal-xoş edərək qardaşı qədər çox istədiyi Seyid Mirəli ağa ilə görüşmək, dərdləşmək üçün poçtun qənşərinə enərdi. Mobil telefonlar olmadığından qarasına gedərdi ki, bəlkə Seyid Mirəli ağa hələ həmişə ki, yerində dayanıb papirosunu tüstülədə-tüstülədə eləbil yaxınlaşmaq da olan bəlaları duymuş kimi məçhulluğa baxardı. İrəliləyən kitabımızın gələn fəslindədə Qasımov İnkişafla Novruzlu seyrində davam edəcəyik. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.

loading...
770 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

25 İyul - Günün qoroskopu
Ərdoğan: “İsrail atdığı addımlarla səhvə yol verir”
AB-dən Rusiya ilə bağlı şok: ABŞ-a qarşı hərəkətə keçək
Rusiyaya çağırış: Bu ölkənin parçalanmasının qarşısını al
Kəndimizin son günü (71-ci yazı)
Bakı-Moskva əməkdaşlığı erməniləri narahat edir - Markov
İsrail bu ölkədəki təmsilçiliklərini bağladı
Benzinlə bağlı daha bir - Yenilik
Federasiya Şurası Putinə müraciət edəcək: Həyasız qərar
Sosial müavinət alanların sayı açıqlandı
Dünya casusluq sistemlərindən imtina etməlidir - Rusiya
Güzəştli mənzil gözləyənlərə - Şad xəbər
Ərdoğan bizimlə qumar oynayır - Almaniya
Sabahın hava proqnozu: Külək əsəcək, şimşək çaxacaq
ABŞ 13 milyardlıq gəmisini təqdim etdi - Foto
Olimpiya çempionu akulaya uduzdu - Video
Britaniyadan kürdlərə zərbə: Müstəqilliyə qarşıyıq
Bələdiyyənin 108 ağacını kəsən Qax sakini barəsində cinayət işi başlanıb
Məşhur terror təşkilatının lideri öldü
Rusiya ilə yeni savaş başlayır – Payız çox çətin olacaq
Ermənilər cəbhədə təxribat törətdi
Tehran axundu 29 il əvvəlki kütləvi edamlarını dəstəklədi - Şok
Çin Suriyanı ələ keçirir – Milyardlar
Sabahın hava proqnozu: Yağış yağacaq
Neymar
Ya Əli, ya Vəli... - Ərdoğan
Dünyanın ən isti bölgəsi... - Qonşu ölkə
Rusiyadan Ukraynanın hərbi prokuroru barədə - Həbs
Boksçularımız Dağıstanda 3 medal qazandı
Sevilən qadınların 6 vacib - Xüsusiyyəti
İtaliya AB-nin tələblərini qəbul etmədi
Ağ Evin gündəliydə
23 İyul - Günün qoroskopu
İsrail son qərarını verdi: Geri çəkilir
Şimali Koreya nüvə gücləri klubuna girir - ABŞ
Dönetsk böhranı müzakirədə: 4 lider danışıqlara başlayır
Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi
Türkiyənin Ukrayna ilə bağlı hərbi planı... - 15 milyon sözü
ABŞ-dan anti-Rusiya sanksiyaları ilə bağlı - Yeni qanun
Almaniya və Türkiyə arasında kritik görüş - Gərginlik
Pentaqon: ABŞ-ın imperatorluğu çökür
Ərəb şeyxindən 222 milyon avroluq təklif
Suriyada xaos hökm sürür – Kəşfiyyat
Mikser:
Bakıda
PKK-nın “beyni” məhv edildi
Tramp Rusiyanı yenidən imperiya edir - Klepper
Misirdən ərəblərə xəyanət: İsrail Qüdsə görə qınanmadı
Rusiya bizi işğal edir – Gürcüstandan çağırış
Ev verilən jurnalistlərin adları açıqlanıb (SİYAHI)
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
İstirahət günü hava necə olacaq?
Qanunsuz ağac kəsən şirkətlə bağlı – Açıqlama
Netanyahu Ərəb əmiri ilə niyə görüşüb? – Səbəb
Baş Prokurorluq jurnalistləri təbrik etdi
Azərbaycan milli mətbuatının 142-ci ildönümüdür
Azərbaycanda havanın sərinləşəcəyi tarix açıqlandı
Feminizmin məqsədi... - Putin
Mərakeş mediası Azərbaycanın ənənələrindən yazdı
Nüfuzlu amerikalı diplomat Ermənistana müharibə elan etdi
Almaniyadan şok: Türkiyə düşmənimizdir
Lukaşenko-Poroşenko görüşü: Huşsuz sədr və lüt qadın – Video
SHXÇDX-də Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunub
Məmmədyarov Macarıstan səfiri ilə görüşdü - Foto
Obama qələbəsini bizə borcludur – Rusiya
Yıldırımdan Almaniyaya mesaj: Həll edə bilərik
Moldovadan Rusiyaya qarşı sərt addım: Ordu çıxsın!
AMEA NaxçıvanBölməsi 2017-ci ilin birinci yarısında mühüm naliyyətlər əldə edib
ABŞ vətəndaşlarına bu ölkəyə getməyi qadağan edəcək
Sabahın hava proqnozu açıqlandı
Bu, rusların tarixi səhvidir - Kravçuk
10 milyon manatdan çox kredit vəsaitlərini mənimsəyən şirkət rəhbəri həbs edildi
Bu, ABŞ-ın xeyrinə olmayacaq - Maliki
Tramp Türkiyədəki səfirini dəyişdirir
İsrail Suriyanın səssiz işğalına başladı
Mərakeşdə keçirilən Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi  başa çatıb
Baş Prokuror Zakir Qaralov Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək
21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com