İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Kəndimizin son günü (66-cı yazı) |


Son dəqiqə

son xeber > CƏMİYYƏT > Kəndimizin son günü (66-cı yazı)

Kəndimizin son günü (66-cı yazı)
Tarix : 05 İyul 2017 19:54

XXXXXXVI Fəsil

Yaddaşımızda, gözlərimizin didəsindən dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Qasımov İnkişaf Əliş oğlunun poçtun qabağındakı dikdirə hər axşam çıxmasının tək səbəbi Seyid Mirəli ağa ilə görüşmək deyildi. Onsuzda uzağı axşama sarı uzaqbaşı başın dik tutaraq iri addımlar ata-ata abidənin arxasındakı dağtikanının sıx bitdiyi ərazidən keçərək ağanın gecəli-gündüzlü açılıb-örtülməkdən bozarmış darvazasından içəri keçər, şüşəbəndin girəcəyində ayaqqabılarını çıxardıb ərklə içəri keçərdi. Bacıları qədər xətrini istədiyi Xalidə xala ağaya qardaş bildiyi İnkişaf qağası ilə xoş görüşəndən sonra təzədəm çay süzüb gətirər, yemək tədarükünə başlardı.

Əvvəlcə Seyid Mirəli ağanın döz cibinə sarı təkliyi zorla basan yoldaş Qasımov xeyli dərdləşdikdən sonra Xalidə xalanın kələm dolmasından, yanında da mütləq üstünə mələs nar sıxılmış nazik doğranmış soğan olardı, rahat təndir çörəyi ilə dadlı-dadlı yeyərdi. Seyidin çörəyindən yemək tutya kimi bin-bərəkət sayılardı. Özüdə ola Seyid Mirəli ağa kimi dağdan ağır ocaq sahibinin halal bin-bərəkətindən kəsmək, nur-aləm, nur sayılardı. Dadlı-dadlı yeyilən xörəklərdən sonra Xalidə xalanın üstü filli hindistan çayından içər, dominoya başlardılar. Qasımov İnkişaf Əliş oğlu bu oyuna elə meylli olmasa da Mirəli ağaya xatir məcburən oynardı. Ağa möhkəm domino həvəskarı olduğundan uzun qış gecələrini domino ilə qısaldardı. Ağanı domino da udmaq hər oğlun işi deyildi. Seyid Elyası həmişə udduğundan onunla oyuna ciddi baxmaz, necə deyəllər ikinci heyyətlə oynayardı. Seyid Mirəli ağanın dünya dərki geniş olduğundan, məntiqi düşüncə tərzinin inkişafı əhatəli, təfəkkürünün dərinliyi ona həmişə qələbə qazandırardı. Stolüstü oyunlar zamanı da düşüncə tərzinin əhatilliyisi əsas meyar sayılardı. Dörd bacının tək qardaşına dər dəfə soyadı ilə müraciətlə bəhs etməyinin səbəbi Sovet ordusu sıralarında partiya bileti aldığı ilə həmişə öyünən, kəndimizin ən gözəl oğlanlarından olan Qasımov İnkişaf Əliş oğlunun ən böyük arzularından biri həmişə kommunist sayağı jestlərlə hərəkət etməsi və sahib olması idi. Bizdə ömür payının şərəfli zirvəsində hələdə şax qəddi-qamətli dayanmış Qasımov Əliş həkim kimi ləyaqətli cənnətməkanlığı hərbi həkim kimi rus-alman savaşında minlərlə yaralıya ikinci həyat verərək ölümün əlindən alsada, qismətinə yazılmış ölümdən qaça bilməyərək uzaq diyarlarda qazanmış kişinin oğlu olan İnkişaf dayımızın örnək həyatından bir yarpaqla onunda həyat hekayətinə hələlik son verəcəyəm.

Qasımov İnkişaf Əliş oğlunun poçtun qarşısında adətən çox dayanmasının səbəblərindən, sirlərindən çox adam xəbərdar olsada açıqlanmaz hərşeydə qaydalar çərçivəsində cəryan edərdi. Nə idi qaydalar çərçivəsində baş verənlər, darıxma əziz oxucum biləcəksən. Kəndin ən gözəl, yaraşıqlı, qəddi-qamətli oğlanlarından olan Qasımov İnkişaf Əliş oğlunun sevimli Giləsinə qədər ilk eşqi, məhəbbəti olan, könül verib, könül alsada, qovuşa bilmədiyi ellər gözəli gəlinin qismət olduğu evlə qəhrəmanımızın adətən dayandığı məkan əl çatımında idi. Kəndimizdə göyərməyən əksər eşqlər kimi Qasımov İnkişaf Əliş oğlunu bu sirli-sehirli məkana gözünü zillər, baxar-baxar, eləbil ilk eşqinin ağ atlı oğlanın əzabından zövq alan o nazlı gəlin, həyət-bacada güya iş görmək bəhanəsi ilə su sonası kimi sallana-sallana gəzərək tanış məkana yandırıb-yaxan hərtürlü bir baxış atardı.

Ellər gözəlinin həyət-bacaya çıxmasıda illərin tanış məkanından ona zillənən həsrətli baxışlara görə olardı. Həyətdə-bacada gəlinin şümşad əllərinin işə yatmasına qoçaq, pinikar əri imkan verərdi ki. Su sonası göz yaşı kimi sulara yaraşıq verdiyindən ellər gözəlidə kəndimizin bu dərəsini süsləndirib mazata mindirmişdi sanki. Xeyli gözlər danışıb, baxışlar sevişərək vüsala qovuşandan sonra sanki təpərlənən, güclənən Qasımov İnkişaf Əliş oğlu davamlı baxışlarını zorla sevgili ünvandan yığışdıraraq evinə halalı, qarasına uçan sevimli Giləsinin yanına gedərdi. Gilədə sevimlisini əzizləyə-əzizləyə rahatlayar, çayını qurtumlayan Qasımov İnkişaf Əliş oğlu biraz oturub o başdan qalxıb ağ Moskviçlə şəhər yolunu tutacağına görə yatmağa gedərdi. Gilədə bayaqdan onun yerini hazırladığından, mal-qaranı, qoyun-quzunu rahatlayar, uşaqlara çay-çörək verərdi. Səhərin gözü açılandada ağ Moskviç göy darvazadan çıxar (təbii ki, saatın neçəliyi, havanın hansı təbdə olmasının Qaragilənin darvazanı taybatay açaraq halalını uğurlamasına maneçiliyi ola bilməzdi) şəhər yolunu tutar, sanki öz-özünə duracağına yol alardı. Dünyada öz işində, nakam sevgiləri odsuz-alovsuz yandırmaqdan, qovurmağından sanki zövq alaraq başsız atlı kimi qarasını çapırdı. Qasımov İnkişaf Əliş oğlununda həyat hekayətinə hələlik son verərək yenə Stepanakertdən, ilk gəncliyimizin ağ alça çiçəyinə oxşar nakam, vüsallı sevgilərin pıtrax, pişpişi kimi ayağımıza dolaşdığı sevgilərdən, yamyaşıl gözlərinə heyrətlə baxdığım, incə qamətli erməni gözəli Qayenedən, bizi özlərindən çox sevərək əzizləyən erməni qızlarından danışmaqla hadisələrin axarına bələdçilik edəcəyəm.

Əslən Mardakertdən olan, institutumuzun erməni sektorunda oxuyan gözəl Qayanedə ermənilikdən əsər-əlamət yox idi. Dəniz suyunun maviliyi, göylüyü iri gözlərinə hopmuş Qayanenin kökündə hansısa bir türk kişinin mayasının dayanması mütləq idi. Ona görə ki, ermənidə belə heyrətamiz gözəllik ola bilməzdi. İrəliləyən kitabımızın gələn fəslində də bu mövzunun davamı gələcək. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.

loading...
854 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
Prezident İlham Əliyevdən yeni təyinat – Sərəncam
Rəşid Səfərov: Peşəkar, ləyaqətli, qayğıkeş, ədalətli, bacarıqlı təşkilatçı, etimadı, etibarı hər zaman doğruldan uğurlu kadr
“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
Rusiyanın yaratdığı dövlətə ABŞ-dan cavab
Günel Natiq - Ərinin xəyanətinə sevinən qadın
Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
“Malorusiya” Danbasın ümidsiz çağırışıdır – Savçenko
Metroda yenilik: yeni sistemlər quraşdırıldı - Foto
3 türk ölkəsi nazirləri yekun bəyanat imzaladı
Malorusiya Putinin ideyasıdır, məqsəd isə... – Makkeyn
3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü
Sabahın hava proqnozu açıqlandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Bu universitetlərdə keçid balı endirildi - Siyahı
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərindən birgə - Bəyanat
Bəşər Əsədin oğlu danışdı – İlk dəfə
Tramp şam yeməyində Putinin yanına getdi... – Gizli söhbət
Bakı nefti ucuzlaşdı
3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı - Foto
Bu ölkə yeraltı şəhər tikir
Nazir
19 İyul - Günün qoroskopu
Rusiya Belarusa 700 milyon kredit ayırır
Bu ölkədə meşə yanğınları tüğyan edir
Merkeldən Türkiyəyə tələb: Sərbəst buraxın!
ABŞ məhkəməsi Trampdan bunu tələb etdi
İranın Qətərdəki hərbi bazası barədə: Fəlakət...
Suraxanıda qətl törədən 22 yaşlı gənc tutulub
ABŞ İŞİD-dəki agentlərini geri çağırır
Poroşenkodan Ukraynadakı “yeni dövlətə” - Reaksiya
Din bizi orta əsrlərə aparmamalıdır – Millət vəkili
Rusiyadan Ukraynada yeni dövlət yaradılmasına – Reaksiya
Prezident İlham Əliyev Türkmənistan XİN başçısını qəbul etdi
İsrailə xəbərdarlıq: Qırmızı xətti keçsə...
Putin cüdo fəndlərindən istifadə edir - Məşhur rejissor
Abçeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına silahlı müqavimət göstərmiş şəxs həbs edildi
Qənirə Paşayeva 4 ölkənin deputatı ilə görüşdü - Foto
İrandan kürd dövlət iddialarına növbəti – Reaksiya
Yaşa, Prezidentim yaşa!
Kremldən Kadırovun qeyri-etik sözlərinə - Reaksiya
Qarabağla bağlı konkret plan... – Məmmədyarov
Onlar ABŞ-ın müttəfiqləridir - İran
Üç ölkənin gömrük şefi Bakıda görüşəcək
Körpələrə ən çox verilən adlar – Siyahı
Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir
“Rus NATO-su” Suriyaya ordu göndərir
Dünyada maraqlar toqquşur, balans pozulur - Lukaşenko
Jurnalistlər üçün aksiya - Pulsuz müayinə
Prezident İlham Əliyev Latviya prezidenti ilə görüşdü - Foto
Çevriliş Türkiyəyə bu qədər zərər vurdu
İŞİD-ə xəbərdarlıq: Telafər uğrunda mübarizə...
Sabah 39 dərəcə isti olacaq
Tarkan bir aya 32 milyonu necə qazandı?
Kadırov:
Türk ordusu qisasını aldı: PKK-nın önəmli ismi məhv edildi
Amerikalılar Putinə görə Trampa güvənmir
Ruhaninin qardaşı həbs olundu
Gülən o yazı ilə hansı mesajı vermək istəyir? - Foto
Rusiyadan Suriya açıqlaması: 2022-yə çatdı
Millət vəkili AP üzvünü Bakıya dəvət etdi - Foto
16 İyul - Günün qoroskopu
Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu - Foto
NATO rəhbərindən 15 iyul açıqlaması: Hələ də şokdayam
Prezident İlham Əliyev həmin gün bu sərəncamı verdi
Məşhur yazıçının məktubu rekord qiymətə satıldı
Türk xalqı küçələrə axın etdi - Canlı yayım
Kəndimizin son günü (69-cu yazı)
Votsapdan daha bir yenilik
Tramp Güləni Türkiyəyə verəcəkmi?
“Mersedes” 16 min maşını geri çağırır
XİN-dən Avropa Parlamenti deputatına - Cavab
Karlovun xələfi Türkiyəyə getdi
Hansı sahədə qiymətlər artacaq? – Təhlil
Trampdan Qətərlə bağlı ikibaşlı açıqlama
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com