İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Kəndimizin son günü (67-ci yazı) |


Son dəqiqə

son xeber > CƏMİYYƏT > Kəndimizin son günü (67-ci yazı)

Kəndimizin son günü (67-ci yazı)
Tarix : 10 İyul 2017 20:34

XXXXXXVII Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn edilmiş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Əsasən kəndimizə, Qarabağın ən ağır, ləngərli, dağ vüqarlı ellərindən olan Novruzluya, elimizin-obamızın dünən ki, bəxtəvər günlərinə, bugünkü ələmli xatirəsinə həsr etdiyimiz kitabımızda dağ Qarabağından, Stepanakertdən danışmağım, əski xatirələri vərəqləməyimin əsas səbəblərindən biri kitabımızın tək Novruzlu dərdini əhatə etməməsidir.

İstədiyimiz odur ki, bir zamanlar bizim olan, indi ki, əlimiz çatmayan, ünümüz yetməyən o cənnət diyarla bağlı bildiklərimizi canlı şahidi olduqlarımızı oxucularımıza çatdıraq ki, əlimizdən gedən misilsiz gözəlliklərin, (mən təbii ki, ehtiyatları, ermənilərin talan edərək azqala iyirmi beş ildir daşıyıb qurtara bilmədikləri var-dövləti demirəm, bu barədə çox danışılıb) bir daha acılı-şirinli xatirələrini oyatmaq istəyirəm, get-gedə aetan bəzi kitayski ürəklərdə, qəlblərdə.

Kitayski qəlb, ürək o deməkdir ki, kimi dindirirsən deyir ki, ürəyimin, yəni qəlbimin damarlarını şuntlatmışam, yəni Allahın xəlq elədiyi bəni-adəmə bəxş elədiyi can cisimlərin əsası olan, ürəyin, qəlbin təbii ətdən olan damarlarını kapronla əvəzləyiblər, zəhərli göbələklər kimi artan klinikalarda pul qıran gözəlim həkimlərimiz. Niyə kitayski sözünü çox işlədirəm, həmin kapron damarlar qərb istehsalı olmayanda, yəni kitayski çıxanda faciənin qaçılmazlığını heç kim sığortalaya bilməz, o ki, qaldı televizion ulduzlarına dönmüş gözəlim həkimlər bu durumda acizdilər.

Faciələr də yığışanda, gizlətmək mümkün olmayanda, damarı kitayski kapronla ölüm hökmü yazılmış xəstənin sahibi, yiyəsi əl çəkməyəndə qoşa-qoşa titullu, girdirmə diplomlu həkimi sakitcə tutub qoyurlar içəri ki, ölənin yerdə qalanlarının ürəyi sakitləşsin, həkimdən qopara biləcəklərinə maşından, evdən eşikdən alıb kef eləsinlər. Onsuzda Allahdan ipi üzülmüş binəvalara kapron şunur nə edəsiydi ki, kitayski ya yaponski nə fərqi var idi, ölüm fərmanını ulu tanrı verənə heç nə kömək edə bilməz. Tarixi-Nadiri biraz oxusamda bizim gözəlim həkimlərimizin titullarını (qotazlısına rast gələndə lap çətinlik çəkirəm) görəndə, rastıma çıxanda, çoxundan heçnə anlaya bilmirəm. Fəlsəfə üzrə tibb doktoru, yaxudda, tibb üzrə fəlsəfə doktoru, nələr, nələr, açmasını çözə bilmədiyim bu əndərbadi qotazlı titulları mənasını ad yiyələri özləridə bilmir desəm inanın. Ötən əsrin dumanlı illərində bir Qarabağ qəzeti var idi. Beyinlərin dumanlı vaxtı ortaya çıxan qəzetə əvvəli Stepanakertdə Obkom da (vilayət partiya komitəsində) işləmiş, anası erməni olan adamı baş redaktor seçəndə əlimiz-ayağımız yerdən üzüldü. Azəri türkcəsində aksentlə danışan vələduzna, erməni bicliyini sona qədər mənimsəmiş adam onu tanımayanlara, kökünə bələd olmayanlara, piasaya, publikaya elə sığınmışdı ki, küllü Qarabağ hər sözə inanan sadəlövh Ağdamlılar Seyid Lazım ağanın cəddinə yox, onun canına and içirdilər. İsbat olunmuş bir həqiqətidə təkrarlamaq məcburiyyətindəyəm. Ağdamlı Seyid Lazım ağanın cəddinə and içərək nəinsə doğruluğunu isbatlamaq istəyirsə deməli yalan danışır, dediyinə inananın ağlı yoxdur. Adam Qarabağın hər misrasından Qırxqızın, Kirişin, Sarıbabanın ətri-qoxusu gələn istedadlı şairinidə ermənisayağı ovsunlayaraq ağılsız Mütəllibov hökümətindən qopardığı sıfır kilometrə, yağlı Jiquliyə oturaraq Qarabağa dəxli olmayan aran Qarabağına, digər rayonlara vətənpərvər yürüşləri edən əzabkeş obrazın erməni fəndi ilə ustalıqla yaradaraq puldan-paradan qopardıb, var-dövlət yığardı. Qarabağ qəzetinin yuxarı hissəsində sovetsayağı yazılmış “vermə, dünyaları alsanda bu cənnət diyarı” sözləri ilə adamın erməni faşistlərinə, ana qohumlarına müraciət etdiyini, Qarabağ sevdalısı, (hazırda el-oba nisgilindən, ürəyi çatlamış bu nər kişinin ağır xəstəlikdən dolayı dili tutulub) istedadlı publisist Surxay Əlibəyli nəşriyyatın yeməkxanasında bütün talantını yeməkxana işində cəmləyərək ustalaşmış Anarın rus arağı adı ilə süzdüyü məlum dimidrollu nəysədən bir-iki rumka gillətdikdən sonra yana-yana, qışqıra-qışqıra deyər, adama və yanında fırladığı bir tikə çörəyə xatir qullara söydükdən sonra Anarın fəsadlı pivəsindən qurtumladıkdan sonra fısı yatıb, Qarabağ ağrısıda təbii ki, arxa plana keçən, məhşur Surxay Əlibəylinin xorultusu ətrafa yayılardı. İrəliləyən kitabımızın gələn fəslindədə yenə nələr, nələr deyəcəyik.

Teylor Fətişoğlu

Ardı var.

loading...
602 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
Prezident İlham Əliyevdən yeni təyinat – Sərəncam
Rəşid Səfərov: Peşəkar, ləyaqətli, qayğıkeş, ədalətli, bacarıqlı təşkilatçı, etimadı, etibarı hər zaman doğruldan uğurlu kadr
“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
Rusiyanın yaratdığı dövlətə ABŞ-dan cavab
Günel Natiq - Ərinin xəyanətinə sevinən qadın
Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
“Malorusiya” Danbasın ümidsiz çağırışıdır – Savçenko
Metroda yenilik: yeni sistemlər quraşdırıldı - Foto
3 türk ölkəsi nazirləri yekun bəyanat imzaladı
Malorusiya Putinin ideyasıdır, məqsəd isə... – Makkeyn
3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü
Sabahın hava proqnozu açıqlandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Bu universitetlərdə keçid balı endirildi - Siyahı
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərindən birgə - Bəyanat
Bəşər Əsədin oğlu danışdı – İlk dəfə
Tramp şam yeməyində Putinin yanına getdi... – Gizli söhbət
Bakı nefti ucuzlaşdı
3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı - Foto
Bu ölkə yeraltı şəhər tikir
Nazir
19 İyul - Günün qoroskopu
Rusiya Belarusa 700 milyon kredit ayırır
Bu ölkədə meşə yanğınları tüğyan edir
Merkeldən Türkiyəyə tələb: Sərbəst buraxın!
ABŞ məhkəməsi Trampdan bunu tələb etdi
İranın Qətərdəki hərbi bazası barədə: Fəlakət...
Suraxanıda qətl törədən 22 yaşlı gənc tutulub
ABŞ İŞİD-dəki agentlərini geri çağırır
Poroşenkodan Ukraynadakı “yeni dövlətə” - Reaksiya
Din bizi orta əsrlərə aparmamalıdır – Millət vəkili
Rusiyadan Ukraynada yeni dövlət yaradılmasına – Reaksiya
Prezident İlham Əliyev Türkmənistan XİN başçısını qəbul etdi
İsrailə xəbərdarlıq: Qırmızı xətti keçsə...
Putin cüdo fəndlərindən istifadə edir - Məşhur rejissor
Abçeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına silahlı müqavimət göstərmiş şəxs həbs edildi
Qənirə Paşayeva 4 ölkənin deputatı ilə görüşdü - Foto
İrandan kürd dövlət iddialarına növbəti – Reaksiya
Yaşa, Prezidentim yaşa!
Kremldən Kadırovun qeyri-etik sözlərinə - Reaksiya
Qarabağla bağlı konkret plan... – Məmmədyarov
Onlar ABŞ-ın müttəfiqləridir - İran
Üç ölkənin gömrük şefi Bakıda görüşəcək
Körpələrə ən çox verilən adlar – Siyahı
Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir
“Rus NATO-su” Suriyaya ordu göndərir
Dünyada maraqlar toqquşur, balans pozulur - Lukaşenko
Jurnalistlər üçün aksiya - Pulsuz müayinə
Prezident İlham Əliyev Latviya prezidenti ilə görüşdü - Foto
Çevriliş Türkiyəyə bu qədər zərər vurdu
İŞİD-ə xəbərdarlıq: Telafər uğrunda mübarizə...
Sabah 39 dərəcə isti olacaq
Tarkan bir aya 32 milyonu necə qazandı?
Kadırov:
Türk ordusu qisasını aldı: PKK-nın önəmli ismi məhv edildi
Amerikalılar Putinə görə Trampa güvənmir
Ruhaninin qardaşı həbs olundu
Gülən o yazı ilə hansı mesajı vermək istəyir? - Foto
Rusiyadan Suriya açıqlaması: 2022-yə çatdı
Millət vəkili AP üzvünü Bakıya dəvət etdi - Foto
16 İyul - Günün qoroskopu
Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu - Foto
NATO rəhbərindən 15 iyul açıqlaması: Hələ də şokdayam
Prezident İlham Əliyev həmin gün bu sərəncamı verdi
Məşhur yazıçının məktubu rekord qiymətə satıldı
Türk xalqı küçələrə axın etdi - Canlı yayım
Kəndimizin son günü (69-cu yazı)
Votsapdan daha bir yenilik
Tramp Güləni Türkiyəyə verəcəkmi?
“Mersedes” 16 min maşını geri çağırır
XİN-dən Avropa Parlamenti deputatına - Cavab
Karlovun xələfi Türkiyəyə getdi
Hansı sahədə qiymətlər artacaq? – Təhlil
Trampdan Qətərlə bağlı ikibaşlı açıqlama
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com